Mavi ekranların yaşıl
işığı...
Nigar
İsmayilqızına elegiya
Nigar
İsmayılqızı aramızdan getdi. Doğulduğu
günü ölüm gününə hədiyyə etdi həm
də. Tək-tək adamlar var ki, öldüyü tarixlə
doğulduğu gün üst-üstə düşür.
33
yaş nədir ki? Allaha üsyan kimi başa düşməyin,
amma qan xərçənginin ildən-ilə
cavanlaşması qurbanları ilə yanaşı,
qurbanlarının doğmalarını, yaxınlarını
da alıb aparır...
Nigar İsmayılqızı bu
33 ilə 4 kitab, 3 film
sığdırmışdı. Azərbaycan Yazıçılar Birliyinin
üzvü, həm də Prezident təqaüdçüsü idi.
2015-ci ildə ilk kitabı
- "Pamukun qonşusu"
ilə Azərbaycan və Türkiyə mətbuatına səs salmışdı. Ssenariləri, sənədli filmləri,
uğurlu layihələri
ilə hər zaman gündəmdə idi Nigar.
Nigar İsmayılqızı
imzası həm də uzun müddət
televiziya ekranlarında
eşidilib. Müxbir, redaktor kimi
mavi ekranların yaşıl işığı
olub. Bir sıra televiziya
layihələrinin müəllifi
və aparıcısı
kimi tamaşaçıların
yaddaşında əbədi
iz buraxa bilib. Nigar eyni zamanda, Türkiyə və Azərbaycan tamaşaçısının
gülərüzlü aparıcısı
idi.
... Fəqət nə ölkəmizdə,
nə də Türkiyədə nakam taleli həmkarımızın
dərdinə əlac
tapılmadı. Cəmi 10 gün
əvvəl həkimlər
gənc yazıçıya
kəskin leykoz diaqnozu qoymuşdular.
On gün sonra
isə əcəl onu aramızdan apardı.
Allah rəhmət etsin!
Tural Turan
Fuad Cəfərli
Ədəbiyyat qəzeti.- 2018.-
15 sentyabr.- S.32.