Danışan dili
olaydı
eşqin kaş
"Səni
sevirəm" - deyən kəs
bir
üzgün musiqiçidir
ki, itirib
səsini.
Danışan
dili olaydı eşqin kaş.
Min şən Torağay
sənin
gözlərində.
Min səssiz
bülbül
mənim
boğazımda.
Danışan
dili olaydı eşqin kaş.
"Səni
sevirəm" - deyən kəs
Qəmgin
ürəkli gecədir ki,
Axtarır
ayını.
Danışan
dili olaydı eşqin kaş.
Min
gülər günəş sənin şivəndə
min
ağlar ulduz
mənim
yalvarışımda.
Danışan
dili olaydı eşqin kaş.
Səslədim səni
Qaranlıqda
axtardım gözlərini,
qaranlıqda
tapdım gözlərini
və gecəm
ulduzlarla doldu.
Səslədim
səni
Ən
qaranlıq gecədə, ürəyim səslədi səni.
Və sən
səsimlə gəlirdin mənə sarı,
əllərinlə
nəğmə oxuyurdun əllərimə,
Gözlərinlə
gözlərimə,
dodaqlarınla
dodaqlarıma.
Bədəninlə
nəğmə oxuyurdun bədənimə.
Mən
gözlərinə, dodaqlarına öyrənmişəm,
öyrənmişəm
təninə.
Məndə
bir şey söndü,
cücərdi
məndə bir şey.
Mən
yenə körpəlik beşiyimdə
yuxuya
getdim
və
keçmişdəki gülüşümü geri aldım,
məndə
şübhə yuva salmışdı.
Bir bulaq
kimi axdı mənə tərəf əllərin
və
yeniləndim,
inandım,
qucağıma
aldım inancı bir oyuncaq tək
və
ilkin illərin beşiyində yuxuya getdim
ətəyində...
ora
röyalarımın beşiyidir!
Və
dodağıma qayıtdı keçmiş gülüşlərim,
təninlə
laylay çaldın tənimə.
Mənimlə
idi gözlərin
Və
bağladım gözlərini.
Niyə
ki, əllərin güvəniləsiydi!
Qaranlıqdır
pislik!
Cinayətkardı
gecələr!
Ey
sevgilim, ey inanc,
mən
pisliklə küsəm!
Və
oxuyuram səni bir böyük gün kimi.
Səsləyirəm
səni, dinlə,
ürəyim
səslər səni!
Hasar
çəkib gecə həndəvərimə
Və mən
səni izləyirəm.
Ulduzlarını
izləyirəm
ürəyimin pəncərəsindən.
Niyə
ki, günəşdir hər ulduz
Mən
günəşə inanıram,
mən dənizə
inanıram.
Və
gözlərin dənizlərin çeşməsi,
İnsan
dənizlərin çeşməsi!
Həmişənin özü
Ən
gözəl sözünü söylə,
aydınlat
işgəncənin gizlin sükutunu
Qorxma ki,
desinlər:
Boş -
boş nəğmə oxuyursunuz!
Axı
bizim nəğməmiz
Boş nəğmə
deyil!
Çünki
eşq,
boş
söz deyil!
Qoy elə
günəş də doğmasın
sabahlarımıza
görə,
əgər
bircə toxuma minnətdirsə!
Çünki
eşq elə sabahın özüdür,
həmişənin
özüdür.
***
Darıxmağın
bir kiçik adı olardı kaş,
Ki,
canına çağırardın,
bir
kiçik ad
ki, məhəbbətə
görə oxuyardın.
Ölüm
kimi...
Ki, həyatın
kiçik adıdır!
***
Kimsən
ki, güvənərək adımı
sənlə səsləyirəm,
sevinclərimin
çörəyini sənlə bölürəm,
otururam
yanında.
Dizin
üstündə beləcə yuxuya gedirəm,
Kimsən
ki, mən belə tələsik
röyalarımın
vadisində sənə tələsirəm?!
Ey eşq
Ürəyimlə
əllərimin titrəməsi
o üzdən
idi ki, eşq sığınacaq olsun
Uçmaq
yox,
qaçış
yolu olsun.
Ey
eşq... ey eşq,
Mavi
üzün bəlli deyil!
Və məlhəmin
soyuqluğu
odlu
yaraya.
Şölənin
şuru yox,
ürək
sərinliyinə...
Ey
eşq... ey eşq,
Al
üzün bəlli deyil!
Təskinliyin
qübarı
huzura.
Və
azadlığın dincliyi
huzurun
qaçışına...
Qaranlıq,
mavi
sakitliyə
Və
yarpağın yaşıllığı,
qırmızıya...
Ey
eşq... ey eşq,
Tanışlıq
rəngin bəlli deyil!
Sirr
Bir sirdir
göz yaşı,
bir sirdir
təbəssüm,
Sevgi bir
sirdir.
O gecənin
göz yaşı,
sevgimin
gülüşüydü.
Nağıl
deyiləm ki, söyləyəsən,
nəğmə
deyiləm ki oxuyasan.
Dinləməyə
səs deyiləm,
ya görməyə
bir şey deyiləm,
ya bir
şey ki, biləsən...
Mən
ortaq bir dərdəm,
bağır
məni!
Ormanla
danışır ağac,
səhrayla
tikan,
kosmosla
ulduz.
Və mən
sənlə danışıram.
Mənə
adını söylə,
əlini
ver mənə,
mənə
sözünü söylə,
ürəyini
ver mənə.
Kökünü
bildim sənin,
dodaqlarınla
bütün dodaqlara söz söylədim,
tanışdır
əllərin mənə.
Ey gec
tapılmış,
Səninləyəm!
Bulud
qasırğaya olan kimi
Tikan
çölə olan kimi
Yağış
dənizə olan kimi
Bülbül
bahara olan kimi
Bir
ağac kimi ki, ormanlığa danışır.
Çünki
kökünü bildim sənin,
çünki
səsim səsinə tanışdır!
Ölülər
Bütün
ölülər idim mən.
Səssizcə
nəğmə oxuyan quşların ölüsü,
ən
gözəl heyvanların ölüsü
torpaq
üstə və su içində.
İnsanların
ölüsü,
Pisi-yaxşısıyla.
Mən
ordaydım -
keçmişdə.
Nəğməsiz,
heç
bir sirr mənlə deyildi.
Nə bir
təbəssüm
Məhəbbətə
nə bir həsrət.
Məni
vaxtsız yuxuda gördün,
və səninlə
oyandım!
***
Qəm
burda yox,
Ordadır!
Bu
qaraxananın soyuqluğunda
Döyünür
ürək!
Bu şad
olmayan qürbətdə,
təəssüfdür
həvəs
ki,
keçir dayanışın ucqarlarından.
İçsiz
badam sındırırıq.
Diyarın
xatirəsi
və cəhənnəmin
acılığı
Keçir
damarlarımızdan.
***
Sən
hardasan?
Bu
dünyanın sınırsız ərazisində.
Sən
hardasan?
Dünyanın
ən ucqar yerində
mən
dayanmışam,
sənin
yanında.
Sən
hardasan?
Bu
dünyanın təmiz olmayan ərazisində.
Sən
hardasan?
Mən
dünyanın ən təmiz
zirvəsində
dayanmışam,
bu
böyük çayın yaşıl yerində
dayanmış,
ki, səs-səsə
verirb oxuyur
Səninçün...
Tərcümə etdi: Ümid
NƏCCARİ
Əhməd ŞAMLU
Ədəbiyyat qəzeti.- 2018.- 22
sentyabr.- S.31.