Əlim əlində
qaldı
İstədim
əlimi çəkim əlindən,
Buraxmadın sən,
Əlim əlində
elə bil ki,
Ürkək
göyərçindi;
Çırpındı, çırpındı,
Elə
ki, tumarlandı,
Ovcunda
"xumarlandı"...
Ürəyinin
üstünə qoydun onu, öpüb-oxşadın onu
Əlin əlimlə
üzünə sığal çəkdi
Əlim əlində
sanki,
Ən zərif,
ən ətirli bir çiçəkdi,
Qoxuladın,
qoxuladın sən.
Məst
olub "ətrindən" yumdun gözünu,
Pıçıltıyla:
Çoxdan
arzulayırdım, - dedin, bu günü...
İllər
keçib o gündən,
Tale bizi
ayrı salıb,
Əlimsə
hələ də əlində qalıb,
Nə sən
buraxırsan onu, nə geri çəkirəm mən.
İndi
hicranın əlindən almağa məni nə səndə cəsarət
var,
Sənə
sarı gəlməyə nə məni qoymur vüqar.
Ay aman!
Ömrü
beləcə başa vurmaq olar?
Ürəyinə
qonaq gəlmək istəyirəm
Ürəyinə
qonaq gəlmək istəyirəm,
Qonaq qəbul
edərsənmi?
Bir
zamanlar o ürəkdə yerim vardı...
İndi
vüqarımı əyən
Ürəyimin
istəyini söyə-söyə,
Ürəyinə
qonaq gəlmək istəyirəm,
O
zamankı ayrılığın səbəbini bilmək
üçün.
Gəlim,
xoşbəxt ürəyinə
Bircə
dəfə baxım gedim.
Gəlim,
sənin ürəyində
Çoxdan
ölmüş duyğulara
Ürəyimin
acısını sıxım, gedim.
Gəlim,
yorğun xəyalımı
Yollarından
bir dəfəlik yığışdırım,
Çıxım,
gedim.
Bu istəyim
bir həsrətin son nidası,
Bu gəlişim
indi qərib bir sevginin əlvidası.
Bəlkə,
sən də bu görüşü gözləyirsən.
Ürəyinə
qonaq gəlmək istəyirəm.
Nə
deyirsən?
Qəm boğçası
Ürəyim
qəm boğçasıdır
Gündüzlər
dustağımdır
Gecələr
yastığımdır.
İllər
boyu ürəyimə
O qədər
yığılıb qəm,
Nə sinəmə
yerləşir artıq o,
Nə
başımın altına qoya bilirəm.
Dolub şişmiş,
ağırlaşmış ürəyimlə
Bir təkliyə,
bir xəlvətə çəkilmək istəyirəm.
Qoyub bu qəm
boğçasını qabağıma,
Oturaraq
hönkür-hönkür ağlayım,
Hədər
keçən ömrümə,
İtkilərimə,
acılarıma,
Çəkdiyim
əzablara,
Qurumuş
arzularıma,
Uğursuz
taleyimə,
Yorulmuş
inadıma,
Sınmış
qanadıma,
Zorla
boğub söndürdüyüm ilhamımın oduna,
Cərgələrdən
çıxdığımçün,
Sağlığımda
unudulmuş, ölmüş adıma.
Ağlayım,
göz yaşlarım tükənənə kimi,
Yorulub
haldan düşənədək...
Mənə
olan oldu daha,
Bundan
sonra yaşamağın nə mənası.
Söndürüb
son ümidimin işığını,
O təklikdə,
tənhalıqda,
Oturduğum
o yerdəcə,
Öz qəmimin
boğçasına
Bükülmək
istəyirəm.
Allah!
Göndər Əzrayılı,
Mən
ölmək istəyirəm,
Ölmək
istəyirəm.
Saçlı Həmzəyeva
Ədəbiyyat qəzeti.- 2018.- 22
sentyabr.- S.25.