YARADICI YAZARLIQ TRENDİ

 

Yaradıcılıq, cəmiyyətin  insanın inkişafında mühüm yer tutan, hər bir fərddə var olan həyatının hər dövründə yer alan bir istedaddır.

Yaradıcılıq anlayışı Qərb ölkələrində, xüsusilə, səksəninci illərdən əhəmiyyət qazanmağa başlayır. Dünyada hal-hazırda tədris sistemində modern bir konsepsiya çərçivəsində özünəməxsus olana yaradıcılığa hər şeydən çox önəm verilir. Gənclərin yalnız texnoloji bacarıqlarının deyil, həm duyğusal bacarıqlarının inkişaf etdirilməsi məqsədi güdülür.

Bu, üçünmü lazımdır?

Bir dəfə dostum mənə demişdi ki, hər birimizin beynində neft qaz quyuları var. Bəzimiz beynimizdəki dəyərli sərvətlərin fərqindəykən, bəzilərimiz  heç bunun fərqində belə deyilik. Yaradıcı yazarlığın əsas məqsədi beynimizdəki bu dəyərləri ortaya çıxarmaq, emal etmək istehsalata tətbiq etməkdən ibarətdir.

Yaradıcı yazarlıq mənim bir şeylər etdiyim sahədir. Yəni creative writing. Daha çox fiction yazılışı ilə bağlı məsələlər mənasındadır. Yeni roman, hekayə, bir çox nəsir növü, hətta ssenari, teatr əsəri mənasında.

Amerikada Avropadakı bir çox ölkələrdə məktəblərdə universitetlərdə yaradıcı yazmaq dərsləri keçirilir. Burada məqsəd yazıçı yetişdirmək deyil, insanın öz içindəki yaradıcı gizli gücü ixtira etməsini təmin etmək, uğurlu olmaq, insanın özünü kəşf etməsinə, öz imkanlarını, sərhədlərini ərazilərini  görməsinə özünəinamı formalaşdırmaq kimi məqsədlər qarşıya qoyulur. Məhz yaradıcı yazma çalışmaları bu imkanı insanlara verir.

Bəs üçün yazırıq?

Bəlkə bu dünya bizi qələbəlikləşdirdiyi qədər tənhalaşdırdığından...

Yazarlığı öyrənməyin mümkün olmadığını düşünənlərlə yanaşı, bunun mümkün olduğunu düşünənlər yox deyil. Bəzi yazarlar yazarlığın genetikasını yazacaq qədər çox sayda mülahizələr irəli sürüblər.

Yazarlıq istedaddır - deyənlərdən fərqli olaraq, dünyada son dövrlər trendə çevrilən yaradıcı yazarlıq konsepsiyasına görə, yazarlıq müəyyən mənada öyrənilə bilər.

Yazarlıq doğuşdan gələn bir istedaddır. Ruh burulğanıdır amma bunu müxtəlif təlim, təhsil kurslarda inkişaf etdirə bilərsiniz. Məsələn, Tarantino film izləyərək rejissorluq qabiliyyətini daha da inkişaf etdirmişdir. Çox oxumaq yazarlığı inkişaf etdirir.

Yazarlıqda uğur qazanmaq istəyirsinizsə;

1. Yaxşı bir fikir tapmalısınız...

2. Müşahidə qabiliyyətinizi inkişaf etdirməlisiniz;

3. Hər gün yazmalısınız;

4. Mütaliə bazanız olmalıdır;

5. Dünyagörüşünüz qədər çox olsa, o qədər fərqli ola bilərsiniz.

Yaxşı fikir tapmaq üçün ən yaxşı vasitə müşahidədir. Müşahidə qabiliyyətini inkişaf etdirmək əsrarəngiz bir hiss təcrübədir. Hər şeyə yeni roman mövzusu kimi baxmaq həyəcanvericidir. Eynilə aslanın ovunu gözlədiyi kimi, səbirlə pusquda durub gözləmək. Müşahidə etmək...

İnsanlarla danışaraq, yaxud insanların həyatını araşdıraraq maraqlı mövzular əldə edə bilərsiniz.

Murad Gülsoyun da dediyi kimi, hər şey bu sualla başlayır: Uydurmanın sehri nədir?

Ədəbiyyatın da rəsm, yaxud heykəl kimi bir sənət növü olduğu belletristika sənətinin əsaslarını öyrətməsi fikrini müdafiə edən Gülsoya görə, öyrənmək öyrətmək, ədəbiyyatı da o "dahi yazıçı" mifindən sıyıraraq daha "insani" daha "dünyəvi" libasa bürüyür.

Bu, qulağa son dərəcə absurt gəlsə , mümkündür.

Mənim fikrimcə, həm gerçək həyatda ola bilmədiyiniz kimliklərə yazılarınızda bürünə bilərsiniz.

Ancaq yazmaq üçün əsas pillələrdən birinin ilham olduğunu vurğulayanlar da az deyil. Umberto Ekoya görə, "İlham sənətsəl aspektdən hörmətli görünmək üçün hiyləgər yazarların baş vurduğu pis kəlmədir".

Əslində, bütün bu fikirlər tam olaraq üst-üstə düşməsə , belə bir söz var ki, dahiliyin yüzdə onu ilham, yüzdə doxsanı tərdir... Mən bu fikirlə razılaşıram. Fransız şairi Lamartin şeirlərindən birini necə yazdığıyla bağlı tez-tez  danışırmış. O deyirmiş ki, bu şeir gecə yarısı meşədə tək-tənha gəzərkən onun ağlına gəlmişdir. Ancaq şair öldükdən sonra həmin şeirin müxtəlif versiyalarını otağından tapırlar.  İllərcə şeiri yazıb-yazıb düzəldib... Bu da Ekonun fikirlərinin əyani təsdiqi olaraq tarixdə qalır.

Görüldüyü kimi, hər şeyin gerçəyindən daha çox onun hekayəsi, insanlara daha ekzotik təsir bağışlayır...fərqi yoxdur bu hekayə uydurulmuş da ola bilər...

Hekayə danışmaq, yola gətirməyin, yadda qalmağın məna yaratmağın ən yaxşı yoludur. Hekayələr, insanlarla obyektlərlə duyğusal əlaqə yaratmağımızı təmin edir. Duyğusal bağlar qərarlarımıza, verdiyimiz qərarlar həyatımıza təsir göstərir.

İstər bir məhsul marketinqini təyin edin, istər layihənizi ya fikrinizi satmağa çalışın, istərsə, aşiq olduğunuz adama özünüzü tanıdın...

Hər zaman yaxşı bir hekayəyə ehtiyacınız var...

Muriel Rukeyserin dediyi kimi, "Kainat atomlardan deyil, hekayələrdən ibarətdir".

 

Nargis

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 sentyabr.- S.27.