Şamaxıda Nəsimi – şeir,
incəsənət və
mənəviyyat
festivalının təntənəli
açılış
mərasimi olub
Bü gün Şamaxıda Azərbaycanın
tanışmış şair
və mütəfəkkiri
İmadəddin Nəsiminin
heykəli önündə
Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının
açılış mərasimi
keçirilib.
Trend-in məlumatına görə,
Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına
həsr olunan, şeir və sənətin yaşadılması
məqsədi daşıyan
festivala Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə sentyabrın
27-də şairin doğulduğu
Şamaxı şəhərindən
başlanılıb.
Mərasimdə İmadəddin Nəsiminin
heykəli önündə
təşkil olunan şeir-musiqi məclisində
respublikamızın mədəniyyət
və incəsənət
xadimləri, həmçinin
xarici ölkələrdən
gələn qonaqlar iştirak ediblər.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək,
Azərbaycan şairi,
mütəfəkkir İmadəddin
Nəsiminin poeziyasından
söz açıb.
Ə.Qarayev bildirib: “Festival tarixi
əhəmiyyət daşıyır,
çünki Nəsiminin
yaradıcılığı dünya əhəmiyyətlidir.
Azərbaycan dahi filosoflar,
şairlər və ədiblərlə məşhurdur.
Nəsimi adını
islam dünyasının
tarixinə yazan hürufiliyin yaradıcılarından
biridir. Festival çərçivəsində qonaqları Şamaxı və Bakıda müxtəlif mədəniyyət
müəssisələrində çox zəngin və maraqlı proqram gözləyir.
Festival bizim milli irs və
müasirliyimizi, tarix və mədəniyyətimizi
əks etdirir və insanların mənəvi təkmilləşmələrinə
yönəlib. Festivalda müxtəlif
ölkələrdən tanınmış
mədəniyyət və
elm xadimləri iştirak
edir və tədbirin beynəlxalq miqyası onun böyük əhəmiyyət
daşıdığından xəbər verir”.
Daha sonra Xalq artisti Alim
Qasımov və qızı Fərqanə Qasımovanın ifasında
Nəsiminin qəzəlləri
tədbir iştirakçılarını
valeh edib.
A.Qasımov bildirib: “Nəsimi
festivalı, Nəsiminin
yaradıcılığı mənəviyyata xidmət
edir və bizim muğam kimi, o da, yüksək
insani dəyərləri
təbliğ edir. Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyi sayəsində
minlərlə insan Nəsiminin yaradıcılığının
böyüklüyünü və bizim günlərdə
onun aktuallığını
göstərəcək nadir poeziya və incəsənət əsərlərini
görəcək və
eşidəcəklər”.
İslam
müsiqisinin dünyaca
tanınmış ifaçısı
Azərbaycan əsilli
müğənni Sami Yusif
öz növbəsində
festivalın dünya mədəniyyəti üçün
əhəmiyyətini vurğulayıb:
“Nəsiminin yaradıcılığı
insanın ağlı
və gözəlliyini
tərənnüm edir.
İnsan
kamilliyinin böyüklüyünü
təbliğ edən bu festivalda iştirak
etmək mənim üçün böyük
şərəfdir. Müasir dünyada
mənəviyyat axtarışı
çox aktualdır, çünki hər kəs öz xoşbəxtliyini, həqiqəti
tapmağa çalışır.
Və bu aspektdə festival həmin məqsədlərə
çox gözəl xidmət edir, dünya birliyini sülhə və tərəqqiyə çağırır”.
Qeyd edək
ki, sentyabrın 30-dək
keçiriləcək festival Nəsiminin fəlsəfi baxışlarını əks
etdirən “Simadan – asimana” və onun öz kəlamından
götürülən “Zərrə
mənəm, günəş
mənəm…” şüarları
ilə təşkil olunub.
Ədəbiyyat qəzeti.- 2018.-
29 sentyabr.- S.3.