"Kitabi-Dədə Qorqud" balkar dilində

 

Kitablar kitabı olan möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanı yaxın günlərdə "Appam Korkutnu kitabı: Dastan" adı ilə Nalçikdə "Print Sentr" nəşriyyatı tərəfindən Qaraçay-Çərkəz və Kabarda-Balkar Respulikalarının xalq şairi Qurtulanı Salixdinin tərtibçiliyi və uyğunlaşdırması ilə tarixdə ilk dəfə balkar dilində işıq üzü görüb. Kitaba əhatəli ön söz yazan Q.Salixdi bütövlükdə ölməz türk dastanları haqqında müfəssəl məlumat verir ortaq türk mədəniyyəti örnəklərinə istinadən, türk millətinin oğuz boyuna məxsus qövmün mədəniyyət tariximizə bəxş etdiyi ortaq abidələrdən söz açır. Bu barədə kitabın "Giriş" bölməsində yetərincə məlumat müqayisələr yer alıb. Sonra "Kitabi-Dədə Qorqud"un Drezden Vatikan nüsxələrindən məlum olan boylar ardıcıllıqla Q.Salixin uğunlaşdırması ilə yeni nəşrə daxil edilib.

Yeni nəşr hər bir halıyla bütün türk qövmlərinin dili bir, ruhu bir olduğunu, eyni kökdən gəldiyini ortaya qoyur. Belə deyək ki, heç bir çevirmə tərcüməyə ehtiyac duymadan türkdilli xalqlar üçün "Dədə Qorqud" anlaşılan maraqlıdı.

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 sentyabr.- S.3.