Modern türk şeirinin ən
görkəmli nümayəndələrindən biri - Həsən
Hüseyn Qorxmazgil 1927-ci ildə Sivasın Gürün səmtində
anadan olmuşdur. Ailəsi hədsiz dərəcədə
kasıb olduğuna görə, uzun müddət məktəbə
gedə bilməmiş lakin, sonsuz inadı və həvəsi
sayəsində bütün çətinliklərə sinə
gərərək iyirmi bir yaşında ikən Adana
Oğlanlar liseyini bitirməyə müvəffəq
olmuşdur. İlk şeirlərini də liseydə
oxuduğu illərdə yazmışdır. Sonralar Ankara
Qazi Universitetində də təhsil alan Həsən Hüseyn
Qorxmazgil on altı şeir ("Qızılirmaq",
"Ağlama", "Ay işığı",
"İyunda ölmək zor", "Qandan xına
yaxılmaz" və s.), üç pyes ("Ohhoooo!",
"Made in Türkey", "Bığlar
danışır"), bir səyahət ("Bağdat-Bəsrə
yollarında") kitablarının müəllifidir. Bir sıra yerli şeir müsabiqələrinin
qalibidir. Məşhur türk şairi Fazil
Hüsnü Dağlarca onu "Kasıblığın zənginlikdən
daha gözəl böyütdüyü altun çocuq"
adlandırmışdır.
AKARSUYA BIRAKILAN MEKTUP
Gitme,
sonbahar oluyorum, sonrası hiç
Ağaçlar
bükmesinler n'olursun boyunlarını
Neden
akşam oluyorum tren kalkınca
Kırlangıçlar
birdenbire çekip gidince
Mendiller
sallanınca neden tıkanıyorum
Öyle
çok acımasız ki, öyle birdenbire ki
Az
önceki çiçekler nasıl da diken diken
Gitme, sonbahar oluyorum, sonrası hiç.
O sularda
çimdik, bitti; köprüleri geçtik, bitti
O elmanın
tadı orda, o kuş çoktan öttü, bitti
Artık
çocuk değiliz, susarak da bir şeyler diyebiliriz
Günler
devlet alacağı, yıllar bir kadehçik buzlu rakı
Oyunlar
oyuncaksı, oyuncaklar eski şarkı
Kavaklara
oklu yürek çizip duran o çakı
Nerde
şimdi, nerde şimdi, nerde o kan
sarhoşluğu
Gitme, sonbahar oluyorum, sonrası hiç.
Demədim ki...
Bu şəhəri
meydan-meydan,
küçə-küçə,
ev-ev,
eyvan-eyvan
sevdim,
Mənim
olsun demədim ki...
Sevdim
dedimsə
qürub
çağının
qızılı
rəngini,
sevdim
dedimsə
könlüm
kimi
axıb
gedən
bu çayı,
sevdim
dedimsə
bu dənizi,
bu
dağı,
Mənim
olsun demədim ki...
Vuruldumsa
çaxmaq-çaxmaq
gözlərinə,
ürək cizdimsə şimşəklərdən
və
buna sevmək
deyərlər
dedimsə,
yetdimsə dərdlərin
ən
gözəlinə,
yedirtdimsə yuxularımı
o
nazlı quşa,
Mənim
olsun demədim ki...
Bu
axşam
qan kimi
qırmızı
şərab
istəyir könlüm,
bu
axşam
dünyanın
bütün türkülərini,
bütün
həsrətlərini
istəyir könlüm...
Bu
axşam
məni
yalnız buraxın,
yalnız
onu düşünüm, -
yəni
o şəhəri,
yəni
o küçəni,
yəni
o eyvanı,
yəni
yuxularımı
yedirtdiyim
o
nazlı quşu,
yəni
çəkdiyim
həsrəti...
İyunda da ölmək
olarmış
Dastan
Nazim Hikmətə
Orxan
Kamala
Əhməd
Arifə
Maydan
sonra -
iyunda da
ölmək olarmış,
mən
bacarmadım.
Mətbəədən
-
işdən çıxdım,
üstüm-başım,
üzüm-gözüm qəzet...
Küçədəyəm...
Küçədə
Tomson zirehlisi,
küçədə
lüləsi dörd bir yana fırlanan tank,
küçədə fit səsi,
küçəyə çıxmaq yasaq...
küçədəyəm,
gecə
- bir zeytun tumurcuğu,
çiçək ətri verir,
bir
yaralı qartal kimi
çırpınır
ürəyim,
oy, anam,
oy,
iyunda
ölmək
bilsən
nə qədər zor!..
Havada
vurulmuş
quş nəfəsi,
havada
vurulmuş
quş tükü,
amma
gecə
yenə də
zeytun
tumurcuğu rəngində,
amma
gecə
yenə də
Aylı-ulduzlu -
gözəl iyun
nə
anlar acılardan?!
Sınmış
budaq kimi
yolun
ortasında
qalıb
bir qol...
İşləmişəm
on beş saat,
tükənmişəm on beş saat,
acmışam,
yorulmuşam,
yuxusuzlamışam,
anama
söyüb patron
alnımın tərini,
gözümün nurunu
tökdüyüm
bir qəzetdə,
sıxmışam dişlərimi
bir-birinə,
fit
çala-çala
soyutmuşam
hirsimi,
istidən,
soyuqdan
qorumuşam
ümidlərimi...
İsti
bir ev,
isti bir
yemək,
isti bir
yataqda
bütün dərdlərimi unutduracaq
isti bir
öpüş keçib könlümdən.
Bir davadan
çıxıb,
bir davaya
girmişəm,
vurulmuşam küçədə -
oy, anam,
oy,
iyunda
ölmək
bilsən
nə qədər zor!..
Küçədə
Tomson zirehlisi,
küçədə
lüləsi dörd bir yana fırlanan tank,
küçədə fit səsi,
sarı-sarı yarpaqlarla
yan-yana
sallanan
insan cəsədləri!
Asacaqlar
Aydəmiri,
asacaqlar
Gürcanı,
bəlkə başqalarını da...
Pis bir ot dəymiş kimi
sızıldayır
gənziyim,
sarı-sarı tökülür
gözlərim,
kirpiklərim,
əllərim,
ayaqlarım...
Yarpaqları
yolunmuş,
budaqları qırılmış
bir
ağac
nə
anlada bilər ki,
nazlı-nazlı rüzgarları yoxsa,
pırıl-pırıl quşları yoxsa?..
Sevdim gəlini
-
bənövşə
vaxtında,
sevdim
şeiri -
bənövşə
vaxtında,
sevdim
tumurcuğu -
bənövşə
vaxtında,
öpdüm öpdüyümü -
bənövşə
vaxtında,
amma
sevmədim, heç sevmədim
insanoğlunun
sabunlu
ipdə sallanan
solğun
bənövşə halını...
Nədən
belə ağrılı,
nədən belə acılıyam,
nədən küçələr
belə
bomboş,
nədən evlər
belə
dopdolu,
nədən evlər
solur
küçələrdə
çiçək
kimi?
Evsiz
küçə,
küçəsiz şəhər,
şəhərsiz ölkə -
göz
yaşı,
göz
yaşı,
göz
yaşı...
Asmaq,
öldürmək
nəyi dəyişir,
məsələ
yaşatmaqdır,
yaşatmaq,
məsələ
sirat
körpüsündən keçirməkdi
bir
çöl çəyirtkəsini!
Ah, yavrum,
ah,
gözəlim,
ah,
canım mənim,
sevdiciyim,
bir dənəm,
bu
yolçuluğun sonu yox...
Küçədəyəm,
gecə
- bir zeytun tumurcuğu,
çiçək ətri verir,
bir
yaralı qartal kimi
çırpınır
ürəyim,
oy, anam,
oy,
iyunda
ölmək çox zor!
Hardayam mən,
hardayam
mən,
hardayam?
Kimsiniz
siz,
kimsiniz
siz,
kimsiniz?
Nə
deyir bu radiolar,
nə
yazır bu qəzetlər?
Kimdir o
ölən uzaqlarda,
kimdir
o köçən
dünyamızdan?
İyunda
da ölmək olarmış...
Oy, anam,
oy,
hardayam mən?
Asmaq,
öldürmək
nəyə çarədir?
Bir budaq
qırılırsa,
bir irmaq
quruyursa,
bir yaz gələ
bilmirsə,
bir
qış gedə bilmirsə,
sünbüllər
türkülərini
söyləyə bilmirsə,
sarı-sarı
-
asmaq,
öldürmək
nəyi dəyişir?
Kökü
burda -
ürəyimdə,
yarpaqları
uzaqda bir çinar,
ürəyində nisgil,
gözlərində həsrət
köçdü
dünyadan, -
silkələdi
yarpaqlarındakı
günəşləri:
"Oğlum,
səni
səsləyirəm,
eşidirsənmi
Məməd,
Məməd, Məməd..."
Küçədəyəm,
gecə
- bir zeytun tumurcuğu,
çiçək ətri verir,
üstüm-başım,
üzüm-gözüm qəzet...
Vurmuşam
özümü qaranlığa,
oy, anam,
oy,
iyunda
ölmək zor...
Bu
ağrılar,
bu
acılar,
bu
sızım-sızım
sızıldayan
ürək...
Bu
ağac niyə belə yarpaqsızdı,
bu gecə
niyə belə ulduzsuzdu,
bu
küçələr niyə belə bumbuzdu,
bu
insanlar niyə belə ümidsizdi,
"Anadoluda
bir kənd
qəbiristanında
basdırın
məni,
daş-maş istəməz
və
uyğun
olarsa,
başımın
üstündə bir çinar..."
On il əvvəl demişdi.
Demək,
on il
sonra
olanlar
oldu...
Demək
camış
gönü dediyi
əsl
ürək imiş...
Demək,
"Şilə bezi",
demək,
"yaşıl
bibər",
bir də
Məmədin üzü,
bir də
İstanbul,
bir də
"saman sarısı"
bir də
həsrət,
sapsarı
saralmış,
demək,
köçdü ustad,
ürək sızısı qaldı,
özündən sonra gələnlər çəkəcək...
Oy, anam,
oy,
iyunda
ölmək olarmış...
İllərdi
ki,
qan-tər
içində
çəkdim
bu yükü,
verdim dərdin
alqışlarına
3 iyun 1963-ü.
İndi
uzaqda -
bir
xiyabanda
uyuyur
ustad,
əyilir
üstünə
qızılgül
budaqları,
əyilir
üstünə cənnət...
Mətbəədən
indicə çıxmışam,
üstüm-başım qəzet,
üzüm-gözüm qəzet...
Gecə -
bir zeytun tumurcuğu,
çiçək ətri verir,
tankların,
Tomson zirehlilərinin
yanından keçsəm də,
beynimin,
bax, burasında
bir
çalıquşu oxuyur...
Oy, anam,
oy,
iyunda
ölmək zor -
gərək Nazim Hikmət olasan,
gərək Orxan Kamal olasan,
gərək Əhməd Arif olasan...
Hər acını bal
elədik
"Pir
Sultan Abdal ölür-dirilir..."
Bu bəbələrin
gözəlliyinə bax:
qaşları - dastan,
gözləri - dastan
əlləri - qan içində...
Kor olasan
demirəm ki:
kor olma,
məni
gör.
Dəyədə
birlikdə yatdıq,
Öküzü
birlikdə tutduq,
Qoyun-quzunu
yox,
bu
dağlarda
özümüzü,
özümüzü
güddük...
Xor
baxdıqmı qarışqaya,
qırdıqmı qanadını sərçənin?
Vurduqmu cüyürün balasını?
Ya, biz insana necə qıyarıq?
Sən olmasan, öldürmək nə?
Çürümək nə zindanlarda?
Həsrət
nə, ayrılıq nə,
yoxluq nə,
yoxsulluq nə,
ilənmək nə, dilənmək nə,
işsiz-gücsüz dolanmaq nə,
gün
gün ilə ötüşməli,
yar yar
ilə öpüşməli,
iyləşməli, söyləşməli,
qorxa-qorxa
yaşamaq nə?
Qəhr
olasan demirəm ki:
qəhr
olma,
məni
gör.
Əkildik,
torpaq olduq,
çəkildik, bayraq olduq,
töküldük, yarpaq olduq,
gəldik
çıxdıq bu günə.
Çörəyi
bol elədik,
Acını
bal elədik,
Siratı
yol elədik,
gəldik
çıxdıq bu günə.
Əkilir
əkin, gəlirik,
üyünür un, gəlirik,
bir
gedirik, min gəlirik,
məni
vurmaq
sənin nəyinə gərək?
Kor olasan
demirəm ki:
Kor olma,
məni
gör...
Ürəyim sızladığı
zaman
Ürəyim
sızladığı zaman,
gecə
yarısından sonra,
ya da,
gün
doğmamışdan əvvəl
sanki
uzaqdan,
sanki
qapqaranlıq bir yerdən,
sanki
heç
vaxt olmadığım
bir
vağzaldan,
sanki
heç
vaxt dinləmədiyim
musiqi
sədaları
gəlir
qulağıma:
vahiməli,
gəmiləri batmış
qanıqara
dənizə bənzər -
çağırır,
çağırır
məni durmadan,
nə
bilim,
bəlkə
elə o zaman
başlayır
sızlamağa
ürəyim…
Ürəyim
sızladığı zaman
divarları
bank
afişaları
ilə
süslənmiş
qədim
bir şəhərin
Cümhuriyyət caddəsində
axar su
kimi
batıb
çıxır,
batıb
çıxır
üç adam:
ikisinin əli
tüfəngli,
birinin
qolu qandallı…
Yüyürür,
yüyürür
bir qadın
qolu
qandallı adamın
arxasınca.
Nə
bilim,
bəlkə
elə o zaman
başlayır
sızlamağa
ürəyim…
Ürəyim
sızladığı zaman
kor bir
çeşmə başında
kor bir
qadın gəlir
gözlərimin
önünə,
neçə yumaq ipi
neçə
ləyən iynəyə keçirir -
nə
ip qurtarır,
nə
iynə…
Həbs
olunmuş oğlunamı,
qaçırılmış qızınamı,
ötən günlərinəmi
ağlayır
qadın?
Unutmuş…
Amma
ağlayır,
ağlayır,
ağlayır…
Nə
bilim,
bəlkə
elə o zaman
başlayır
sızlamağa
ürəyim…
Ürəyim
sızladığı zaman
bir tank
çıxır
bir
ağıdan,
bir filmdən,
bir
müharibə romanından,
və
keçir
üstündən
bütün sevgilərin,
bütün ümidlərin,
bütün oyuncaqların…
Su kimi
irəliləyir yanğın,
çırpınır yerdə
bir damla
qan -
kim
bilir,
bəlkə
elə o zaman
başlayır
sızlamağa
ürəyim…
Ürəyim
sızladığı zaman
ciyərlərimə dolarkən pis nə varsa,
əllərimə bulaşarkən pis nə varsa,
ayaqlarıma dolaşarkən pis nə varsa,
bu daşı
burdan
götürüb,
bura
qoymağın azarı
keçirir dırnaqlarını qırtlağıma -
yox olur
günaydınlar,
yox olur
alınmamış nə varsa,
yox olur
verilməmiş nə varsa,
yox olur
deyilməmiş
söz,
partlamamış
hirs,
bir
şey
sürüşüb
çıxır
barmaqlarımın
arasından -
kim
bilir,
bəlkə
elə o zaman
başlayır
sızlamağa
ürəyim…
Yəni mən
dörd mövsümə -
günlərə,
saatlara
bölərək,
küçəni,
şəhəri
vətənim
bilərək
bu
ürək sızımı -
bir
yarpaq kimi ərməğan edirəm
dirilik ağacına.
Həsən Hüseyn QORXMAZGİL
Tərcümə etdi: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.- 29 sentyabr.- S.16-17.