"Ulduz"
jurnalının yeni sayında
"Ulduz" jurnalının
yeni sayı ədəbiyyatşünas alim
Rüstəm Kamalın
ekspert rəyi ilə açılır.
Filologiya
elmləri doktoru Elnarə Akimovanın
"Özüylə söhbəti"
və "Adil Mirseyid - bu adam qarasevdalı bir şair" məqaləsi də bu sayda təqdim
olunur.
Xanım Aydın və Vüsal Nurunun xalq yazıçısı
Anarla söhbətlərinin
təəssüratları da
bu sayın maraqlı yazılarındandır.
Ruslan
Dost Əlinin (Qazaxıstan),
Fazil Vəliyevin (Tatarıstan), Vaqif Bəhmənlinin, Mina Rəşidin,
Saqif Zeynalın, Elmaz Eyvazın, Rizvan Nəsiboğlunun yeni şeirləri,
professor Rüstəm Kamalın
ədəbiyyatşünas alim Azər Turanın 55 yaşına ünvanladığı "Ömür
deyilən söz kimi" adlı essesi, C.M.Bəydilinin türk ədəbiyyatı
örnəklərindən uyğunlaşdırmaları
da bu sayın
maraqlı materiallarındandır.
Jurnal Cavanşir
Yusiflinin "Azərbaycan
Cümhuriyyəti məfkurəsi
və bədii ədəbiyyat" məqaləsini,
gənc yazarların hekayələrini də oxuculara təqdim edib.
Ədəbiyyat qəzeti.- 2018.-
29 sentyabr.- S.27.