Ehtiyac
Ağsaqqal şilləsi gərəkdi
mənə,
Dəyə qulağımdan, deyəm ki, varam.
Ay ata, nisgilin ürəkdi
mənə,
Nisgilin olmasa yaşayammaram.
Bu qəmə çatılıb
ürəyim yanar,
Dönər od-ocağın gözünə
indi.
Ay ata, bir şillə
vurammayanlar
Şillə vuran tutur özünə
indi.
Torpağı bölünən, torpaq
bölən də,
İndi qalib kimi görür
özünü.
Bir şapalaq fırla, sevinim mən də,
Şillən beş qitəyə bölsün
üzümü.
Qığılcım bəxş eylə sönən gözlərə,
Mənim odsuz qalan qara
sacım var.
Ehtiyacım yoxdu usta sözlərə,
Ata şilləsinə ehtiyacım var.
Geriyə baxanda
Ruzigar başıma qar ələyib, qar,
Dözümdən yapışıb sal dayanmışam.
Məni
axtaranda tapmağa nə var,
Dərdimin dalında daldalanmışam.
Daş üstə daş qoyub ucaltdım göyə,
Yollara
bircə daş diyirləmədim.
Evimiz var idi baş
girləməyə,
İşimdə, gücümdə baş girləmədim.
Gözümün içində duran
dünənim,
Nisgildən qalmadı, qəmdən qalmadı.
Taleyin tufanı çalxadı məni,
Əlimin tutalğac yeri qalmadı.
Başımın üstündə şimşək
çaxanda,
Mən imdad dilədim, bircə dözümdən.
Çiynimə taleyin yükü
çıxanda,
Tələbəliyim də düşdü gözümdən.
Darlıq
eləyirdi papaq da mənə,
Ac kölgəm sürünüb
yer yalayırdı.
Qənim
kəsilmişdi yarpaq
da mənə,
Düşəndə başımdan qapazlayırdı.
Tərslik eyləyirdi sərt
illərimiz,
Elə bu xislətlə öyünürdülər.
Möhtacı olduğum şitillərimiz
Arxayın-arxayın böyüyürdülər.
Kədərin bircəsi, ərki
idim mən,
Nə desəm edirdi,
Hamısı çin-çin.
Döyülə-döyülə bərkiyirdim
mən,
Döyülə-döyülə sınmamaq üçün.
Atalar ölmür
Bir qəfil şıdırğı
yağışa düşdüm,
Qopdu hıçqırığı
kədər selinin.
Ölümün adını çox
eşitmişdim,
Bu dəfə üzünü
gördüm ölümün.
Bir ulduz axırdı ömrün göyündə,
Elə bil soğulub tükənirdi qan.
Dünyanın ən ağır
yükü çiynimdə,
Yollar əyilirdi
ağırlığımdan.
O qədər dolmuşdu,
göllənmişdi ki,
Qəm-kədər sarıdan gözlər tox idi.
Göz yaşı yollara çilənmişdi ki,
Qəbiristan yolunun tozu yox
idi.
Mən idim sevinci ölən,
üzülən,
Bu da qəm küləyi,
Kədərin ətri.
Göz yaşım deyildi axan, süzülən,
Gözüm tökülürdü atamdan
ötrü.
Kövrək xasiyyəti pilədən-pilə,
Can qurban edərdi adamdan ötrü.
Sən demə adamlar bir yana,
hələ,
Ölüm də ölürmüş
atamdan ötrü.
Nisgilim misrama, sözümə sığmır,
Harda göməşidi
sevincim, nəşəm?!
Kiçik şəkillərin gözümə
sığmır,
Ay ata,
Şəklini böyütdürmüşəm.
Səkkiz
qat torpağa enibdi kökü,
Torpağa belə kök atan ölməyib.
Ölüm ürəyimə girib görsün ki,
Atalar ölməyir,
Atam ölməyib.
O kişi
Nəriman Həsənzadəyə
Çiyni tab gətirməz altında
qəmin,
İşə gözlərində qəm
gölü gələr.
Daha papağını yan qoymaq üçün
Nə ürəyi
gələr, nə əli gələr.
Fikir qaşlarını qaynaq edibdi,
Daha az görünür
daraqlı teli.
İndi
necə desin vəfat edibdi,
"Sevirəm" deməyə
gəlmirdi dili.
Evdə
başıkəsik bir
durna kimi,
Suyu sıpqarılan
bir səhəng qalıb.
Qanı
qaralıbdı,"ağarıb günü",
Ən çoxu
yadında qara rəng qalıb.
İndi
xatirədi ütüyə
kimi,
Bu ütü qırışlar
çəkir alında.
Siqareti çəkir kötüyə
kimi,
Diksinir, dodağı
qarsalananda.
Ölümü görəndə böyüyüb
gözü,
Boyuna əbədi
həsrət ölçülüb.
Bir az da saralıb, soluxub üzü,
Başını qoyduğu yastıq kiçilib.
Alışar gizlicə, yanar
gizlicə,
Yanıb qurtarmağı eyninə gəlməz.
Sarası
gözünə gələr
həmişə,
Hayıf, bircə dəfə evinə gəlməz.
Anamın son qayğıları
Yaxşı ki, görmədi
bu halı anam,
Alovum səngiyib,
küldə qorammı?
Yüngül söhbətlərdən aralı anam,
Deyərdi, ölümə yaraşırammı?
Qəlbinin toxluğu gözündən
daşar,
Deyərdi kasıb ol, çörəkli ol sən.
Deyərdi ki, armud ürəyə oxşar,
Çox ək ağacını, ürəkli ol sən.
Qadağa
qoymuşdu naləyə,
küyə,
Sıxıb dodağını səssiz
danışdı.
Çiynim ağırlıqdan ağrıyar
deyə
Anam bilə-bilə
arıqlamışdı.
İpək saçlarımda dərd
düyə-düyə,
Xına yox, saçına çəkmişdi qarı.
Şəklimi topraqda toz basar deyə
Yumdu gözlərini
göz qapaqları.
Məzahir HÜSEYNZADƏ
Ədəbiyyat qəzeti.- 2018.- 13
yanvar.- S.11.