SƏNİN PƏNCƏRƏNDƏ
MƏNİM ÜMİDİM
Nə
köks ötürürəm, nə ah çəkirəm,
Sönür
adımıza yandırdığım şam.
Sənin
pəncərəndə mənim ümidim
Edam
kürsüsünə çıxır hər axşam.
Bilmirəm
nə işdi, daşdan fərqi yox,
Qaynar
gözlərinin qışdan fərqi yox.
Qəlbimin
bir bala quşdan fərqi yox,
Əcəl
təri tökür hər nəfəsində.
Solur
üzümdəki o tər baxışlar,
Tanrı
surətini verməyib demək.
Görünür
payızda yağan yağışlar
Yeddi rəng
olmayır yaz yağışı tək.
Yarpağı
tökülən ağacın dərdi
Payızın
eyninə deyildir, paşam.
Eh, sənə
nə var ki, mənim ümidim
Edam
kürsüsünə çıxır hər axşam.
İCAZƏ VER
Sənsiz
ovudammıram ürəyimi heç cürə,
Gümüşü
saçlarını qoy gəlim qarışdırım.
Bir
gözəl imza ataq səninlə atəşkəsə,
Küsülü
əllərimi saçınla barışdırım.
Ruhunu zəbt
eləyim, könlünü fəth eləyim,
Bir az
şıltaqlıq edim, ağlını
qarışdırım.
Günün
gündüz çağında Ayın, ulduzun olum,
Gecənin
sehri kimi hisslərini çaşdırım.
Məcnun
kimi səhraya, Kərəm kimi oda düş,
Sənə
yollar keçdirim, sənə dağlar aşdırım.
Sən məni
elə sev ki, bircə qüsur qalmasın,
Könlümü
çaylar kimi köpük-köpük daşdırım.
Adilə
tək dünyada seviləsi qızmı var,
İcazə
ver, mən səni özümə yaraşdırım.
ARADA ZƏNG ELƏ
Bu
payız küləyi yamanca əsdi,
Ayırdı,
sevərək ayırdı bizi.
Arada zəng
elə, susaq doyunca,
Beləcə
ovudaq bir-birimizi.
Xəyal et,
ən xoşbəxt vaxtlarımızı,
Bir az
rahatlıq tap, zamanı əylə.
Nəfəsin
dalğa tək vursun ruhuma
Sən də
qoşul mənə, anı il eylə.
Birdən
içini çək, əlim boşalsın,
Hıçqırım,
əfv elə, keç günahımdan.
Bir
xoşbəxt gecəni yadına salsın,
Dəli
ol, bir anlıq odlu ahımdan.
Dalım
dərininə, uzağına get,
Söhbətin
sehrinə, marağına get.
Vüsal
vadisinin qırağına get,
Səslə
dönüm gəlim, həsrətə göndər.
Sükutu
uzadaq, saatlar ötsün,
Dərman
hesab edək hənirimizi.
Arada zəng
elə susaq doyunca,
Beləcə
ovudaq bir-birimizi.
UZAQ PƏNCƏRƏDƏ TƏNHA
BİR QADIN
Uzaq pəncərədə
tənha bir qadın
Nə
vaxtsa yuxuna qonaq olacaq.
Durub
baxacaqsan xatirələrə,
Səsin
titrəyəcək, gözün dolacaq.
Bir nəğmə
dəyəcək qulaqlarına,
Səssiz
küçələrdən keçəndə bir gün.
O anda
yaş olub yanaqlarına
Axacaq qəlbinə
artıq gördüyün.
Baharda
gül hüznü alacaq səni,
Gözəl
nərgizlərin açdığı yerdə.
Bənövşə
gələcək gözün önünə,
Donub
qalacaqsan o anda birdən.
Keçəcək
huşundan qığılcım kimi
Əlində
çırpınan qaranquş bir əl.
Başına
dönəcək fərari ağlın,
Dəli olacaqsan...-
məyus, məəttəl.
Dönüb
axacaqsan qələm-kağıza,
Yumub
tökəcəksən hey varaq-varaq.
Uzaq pəncərədə
tənha bir qadın
Sonadək
ömrünə mövzu olacaq.
ÇƏRŞƏNBƏ
YALNIZLIĞI
Yenə
bir çərşənbə yalnızlığıdır,
yenə
bir ürək qəribliyi...
Ağ
buludların arasından düşən gün
işığı
ancaq xatirələri
canlandırmağa yetir,
səni
andırır təbiətdən yayılan ətir.
Əlimi
uzatsam tuta bilmərəm,
bilirəm,
amma...
and
içirəm, müqəddəs nə varsa ona!...
gözlərimi
bağlasalar da bilərəm
uzaqdan gələnin
sən olduğunu...
təki gələsən...
Həyat
deyilən bu məcburi yolçuluq
sənsiz
heç çəkilmir,
torpağı
daşlaşıb sol tərəfimin,
ora daha
heç bir ümid əkilmir...
Yenə
bir çərşənbə yalnızlığıdır,
yenə
bir ürək qəribliyi...
Arada səslər
duyuram, -
aşağıda
daşlar ağlayır, yuxarıda quşlar...
İndi
axı heç kimsənin vaxtı yoxdur
belə
incə mətləbləri anlaya,
adət
edib hamı sanki sevənləri danlaya...
Asfalt
yolda boş atılan addımlar,
torpaq
yolda yalınqat adamlar...
özün
düşün gerisini...
bu
Allahsız yağışlar da kəsmək bilmir,
aparıbdı
yanağımın dərisini...
Yenə
bir çərşənbə yalnızlığıdır,
yenə
bir ürək qəribliyi...
Adilə NƏZƏR
Ədəbiyyat qəzeti.- 2018.- 13
yanvar.- S.13.