Zəlimxan yaşayır
xatirələrdə
Xalq Şairi Zəlimxan Yaqubun dünyasını dəyişməsinin ikinci
ildönümü ilə
əlaqədar şairin
məzarı ziyarət
olunub.
Elm, ədəbiyyat,
mədəniyyət xadimləri,
zəlimxansevərlər, şairin
doğmaları və
ailə üzvləri
Fəxri xiyabana gələrək şairə
ehtiramlarını bildirib,
məzarı üzərinə
gül dəstələri
düzüblər.
Azərbaycan Aşıqlar
Birliyinin katibi, Əməkdar Mədəniyyət
İşçisi, Zəlimxan
Yaqubun ədəbi irsinin araşdırıcısı
Musa Nəbioğlu şairin
hələ sağlığında
ikən özünə
milyonların qəlbində
abidə ucaltdığını
bildirib. O, bu yaxınlarda şairin xatirəsinə ehtiram əlaməti olaraq “Zəlimxan özü var xatirələrdə” kitabını nəşr
etdirdiyini deyib.
Vurğulanıb ki, kitabda Z.Yaqub
dünyasını dəyişəndən
sonra onun haqqında yazılmış
elmi-publisistik məqalələr
və ona ithaf olunmuş şeirlər yer alıb.
Milli Məclisin deputatı Qənirə Paşayeva Zəlimxan Yaqubun həm bir şair,
həm də bir şəxsiyyət kimi böyüklüyündən
söz açıb, Azərbaycan ədəbiyyatındakı
yerini və rolunu vurğulayıb.
Mərasimdə gənc şairlər Qılman İman və Anar Amin
Zəlimxan Yaqubun söz-sənət aləmində
hər zaman yerinin göründüyünü,
onun gənc ədəbi qüvvələrə
daim qayğı göstərdiyini vurğulayıblar,
onunla bağlı xatirələrini bölüşüblər.
Şairin doğulub
boya-başa çatdığı
bölgənin adından
çıxış edən
“Kəpənəkçi” Xeyriyyə
Cəmiyyətinin sədri
Azər Göyüşov
təkcə kəpənəkçililərin
deyil, bütövlükdə
borçalıların Zəlimxan
Yaqubla hər zaman qürur duyduğunu deyib, bu böyük söz ustadı ilə bağlı gələcəkdə həyata
keçiriləcək tədbirlərdən
söz açıb.
Sonda şairin oğlu Bəhlul Yaqubov çıxış edərək
anım tədbirində
iştirak edənlərə
və bütün zəlimxansevərlərə ailə
üzvləri adından
təşəkkürünü bildirib.
Ədəbiyyat qəzeti.- 2018.- 13 yanvar.- S.32.