Şəhidlər poemasından
1
Qan yağdı Vətənə Yanvar gecəsi,
Bu dinc əhalini ottək biçdilər.
Qana qəltan oldu elin haqq
səsi,
Tanklar körpələri əzib
keçdilər.
Heyif ki, düşməni dost bildik,
heyif,
Ondan bizə çatan təhqir - pay oldu.
Onda ayıldıq ki, qannan don geyib
Yanvar bir özgə gün, özgə ay oldu.
Dünyanı aldadan o
"qızıl bayraq"
Millətlər boyuna bir kəfən
imiş.
Cəhənnəm yurdunda
o boş təmtəraq
Səadət deyilmiş bir şivən imiş.
Çalxandıq 70 il qan çanağında,
Yağı cəhənnəmə, ayranı
hanı?
Yandıq, külə
döndük qan ocağında,
Zalım zülm etdikcə ucaldı "şanı".
Durna qatarına dönüb gəldilər
O gecə yurduma ərlər-ərənlər.
Babək doğuldular,
Babək öldülər,
Canını Vətənə qurban verənlər.
Yüz illər
keçsə də, ötsə də zaman,
Demə el bu haqqı itirəcəkdir.
Ana gözlərindən
su içən Vətən
Çinar oğulların yetirəcəkdir.
Ey vətən yolunda şəhid ərənlər
Sizə yox, namərdə o qəbir qazıldı.
Sizin ruhunuzu uca bilənlər
İntiqam almağa
hər an hazırdı.
Bir anda çəkildi qəflət
yuxusu,
Tarix sınağına
çəkildik necə…
Gəldi azadlığın
gözəl havası,
Bir əldə yumruğa döndük o gecə.
Meydanda yarandı
insan dənizi,
Ərənlik sel kimi axdı
meydana.
Ay kimi, gün kimi açdı
bənizi,
Vətən vətən
oldu, ana da ana…
Şəhidlər dən kimi düşdü torpağa,
Yenidən boy atıb, göyərsin deyə.
Analar mərdliklə
dözdü bu dağa,
Dünya heyran qaldı bu mənzərəyə.
Şəhidlər qanıyla
boyanan Vətən
Yenə laləsini bitirəcəkdir.
Bu torpaq uğrunda canından keçən
Yeni qəhrəmanlar yetirəcəkdir.
2
Zevsdən od alan Prometeytək
Biz ulu Tanrıdan bəxt oğurlayaq.
Alınmaz, yenilməz
qayatək bitək,
Yurda qara günlər basmasın ayaq.
Haqq-hesab vədəsi
yetir illərin,
Şəhidim, məzarda rahat uyu.
Rəmzinə çevrilən
qərənfilləri
Öpüb gözlərimin üstünə
qoyum.
Umduğun yerlərə
sancılacaqdır
Şəhidim, inan ki, zəfər
bayrağım.
Xalqım zalımlardan
öc alacaqdır,
Yenə olacaqdır dağlarım
dağım.
Silaha sarınmaq
vədəsi gəlir
Yarımçıq savaşı bitirəcəyik.
Uğrunda qanınız
axan bir haqqı
Ərzin hər yanına yetirəcəyik.
Qisas yerdə qalmaz deyib babalar,
Zülm ilə ucalan zülm ilə enər.
Şəhidim, qələbə
marşı yenə də
Sizin dilinizdən dil açıb dinər.
Nə xoşbəxt
yaratdı sizi Yaradan,
Bu Vətən
yolunda şəhid oldunuz.
Yüz dəfə
Vətənə olardız
qurban
Bir daha anadan doğulsaydınız.
Əli Vəlioğlu
Ədəbiyyat
qəzeti.- 2018.- 20 yanvar.- S.27.