Türkiyədə Mir
Cəlalın
hekayələr toplusu
nəşr edilib
Bugünlərdə görkəmli yazıçı, ədəbiyyatşünas
alim Mir Cəlalın
"Kəmtərovlar ailəsi"
adlı hekayələr
kitabı Türkiyədə
işıq üzü
görüb.
Yazıçının 110 illik yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı
Vəqfi tərəfindən
"Türk dünyası
ədəbiyyatı seriyası"ndan
çap olunan birinci kitabdır.
Kitabda
Mir Cəlalın "Həkim
Cinayətov", "Bostan
oğrusu", "İclas
qurusu", "Kəmtərovlar
ailəsi", "İstifadə",
"Elçilər qayıtdı",
"Niyə ovdan ayaq çəkdim",
"Təzə toyun nəzakət qaydaları",
"Vətən yaraları",
"Susuzluq", "Leyla",
"Müalicə", "Plovdan sonra", "Nazik mətləb",
"Xarici naxoşluq",
"Ay İsmayıl, başa
sal", "İnsanlıq
fəlsəfəsi" kimi
bir-birindən maraqlı,
müxtəlif mövzulu,
müxtəlif səpkili
hekayələri yer alıb.
Kitab yazıçının
qısa bioqrafiyası
ilə başlayır. Bioqrafiyadan sonra
gələn "Təqdim"
bölməsində Türk
Ədəbiyyatı Vəqfinin
başqanı Sərhat
Kabaklı kitabın Türkiyədə çap
olunması ideyasının
yaranması, Mir Cəlal
şəxsiyyəti və
yaradıcılığı haqqında düşüncələrini
bölüşür. Qeyd edir ki,
Türk Ədəbiyyatı
Vəqfi olaraq, 2018-ci ildən etibarən Türk Dünyasının
bütün coğrafiyalarına,
türkcə danışılan
hər bir vətən parçasına
yetməyi və buralarda yaşayan qardaşlarımızla, ədəbiyyat
və sənət mühitiylə qucaqlaşıb
ədəbi əlaqələrimizi
genişləndirməyi hədəf
olaraq seçiblər.
Bu hədəfə doğru ilk addım isə Azərbaycan Yazıçılar Birliyi
ilə birgə atılıb. Belə
ki, bu çərçivədə
yayımlanan ilk əsər
də Azərbaycan ədəbiyyatından - bu
il 110 illik
yubileyi qeyd olunacaq Mir Cəlalın
"Kəmtərovlar ailəsi"
adlı hekayələr
kitabı olub. Onun sözlərinə görə, bu əsərdə yer alan və
hər biri oxucuda ciddi təsir
oyadan hekayələr və Mir Cəlalın ədəbi şəxsiyyətilə
bağlı təhlillər
aparmaq mümkündür.
Kitabda
"Ön söz"
yerinə, yazıçının
2005-ci ildə Azərbaycanda
işıq üzü
görən "Seçilmiş
əsərləri"nə Yaqub İsmayılovun yazdığı "Ön
söz"dən çıxarışlar
əlavə olunub.
"Ön söz"də
Mir Cəlalın ədəbiyyata
gəldiyi ilk illərdən
başlamış bütün
yaradıcılığını incəliklərlə təhlil
edən Y.İsmayılov
onun ayrı-ayrı hekayələrini mövzu
və ideya baxımından qruplaşdıraraq,
oxucuya sxematik mütaliə üçün
yardımçı olur:
"Diqqəti zahiri effektə yox, daxili mənaya, səciyyəvi əlamətə
yönəltmək, obrazı
konkret əməlləri,
duyğu-düşüncələri, fərdi və ümumi cizgiləri ilə canlandırmaq Mir Cəlal sənətini dəyərləndirən keyfiyyətlərdəndir.
Ədəbiyyat qəzeti.- 2018.- 20
may.- S.30.