Davosda Azərbaycanın növbəti uğuru

 

Azərbaycan Prezidenti İlham Əliyevin 48-ci Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, “Strateji baxış: Avrasiyamövzusunda interaktiv iclasda çıxışı analitiklər tərəfindən geniş şərh olunur. Azərbaycan reallıqlarının Davos Forumu kimi mötəbər tribunadan səsləndirilməsi mühüm əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir. AZƏRTAC bununla bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun qeydlərini təqdim edir. Məqalədə Azərbaycan Prezidentinin Davos Forumunda davamlı iştirakının ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsirindən, əldə edilən uğurlardan, bu beynəlxalq qurumla əlaqələrin daha da genişlənərək keyfiyyətcə yeni mərhələyə çatmasından və digər aktual məqamlardan bəhs olunur.

Bu günlərdə 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində təşkil edilən və əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji problemlərin və hadisələrin müzakirəsini aparmaqdan ibarət olan Dünya İqtisadi Forumu keçirildi. Həmişə olduğu kimi, bu forumda da böyük siyasiiqtisadi blokların və ittifaqların maraqlarının toqquşmasının, ayrı-ayrı dövlətlərin və transmilli korporasiyaların bu istiqamətdə bir-birindən kəskin fərqlənən mövqelərinin şahidi olduq.

Dünya İqtisadi Forumunun az qala yarım əsri haqlayan tarixinə nəzər saldıqda görürük ki, müxtəlif dövrlər üçün aktualdünya iqtisadiyyatında və siyasətində mühüm rola malik problemlər bu dünyəvi forumun müzakirə obyektləri sırasında yer tutub.

Diqqətçəkən əsas məqamlardan biribudur ki, öz tarixi fəaliyyəti dövründə bu mötəbər tədbir yalnız iki dəfə Davosdan kənarda təşkil edilib. Bizim üçün böyük qürur hissi doğuran hal ondan ibarətdir ki, bu dünyəvi forum ABŞ-dan başqa yalnız Azərbaycanda - Bakı şəhərində keçirilib. 2013-cü ildə “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoqmövzusunda keçirilmiş Dünya İqtisadi Forumu həqiqətən də bu dünyəvi qurumun ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verilən yüksək tarixi bir dəyər kimi qiymətləndirilməlidir.

Azərbaycana göstərilən bu yüksək etimad həm də ölkə rəhbərliyinin Dünya İqtisadi Forumunda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdiyi çoxsaylı və yüksək səviyyəli işgüzar görüşlərin nəticəsi kimi qəbul olunmalıdır.

Azərbaycan Prezidentinin Dünya İqtisadi Forumunda ilk iştirakı 1995-ci il yanvarın 27-31-də olub. Ölkəmizin Dünya İqtisadi Forumunda ilk dəfə iştirakı ilə əlaqədar forum çərçivəsində Azərbaycana həsr olunmuş xüsusi görüş təşkil edilib. Həmin görüşdə Prezident Heydər Əliyev tədbir iştirakçılarına ölkəmiz haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişafı barədə geniş məlumat verib. Ümummilli lider bəyan edib ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan dünyanın inkişafı naminə bu ehtiyatlardan istifadə sahəsində istənilən ölkə ilə qarşılıqlı maraqlara əsaslanan xarici iqtisadi siyasətin tərəfdarıdır. Prezident Heydər Əliyev bəyan edib: “Azərbaycan zəngin neftqaz yataqlarına və digər təbii ehtiyatlara malik bir ölkə olaraq xarici investorlar üçün, xarici şirkətlərlə əməkdaşlıq üçün beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun olaraq dünyaya açıq bir ölkədir”.

2000-ci il yanvarın 27-30-da Prezident Heydər Əliyev Davosda “Qafqazın və Cənubi Asiyanın perspektivləri: İpək yoluya Böyük oyunmövzusuna həsr olunmuş sessiyada iştirak edib. Həmin səfərdə ulu öndər qeyd edib ki, Dünya İqtisadi Forumu və Azərbaycan arasında əlaqələrin genişləndirilməsi ölkəmizin iqtisadi gücünün artırılması üçün geniş imkanlar açır.

2002-ci ildə Nyu-Yorkda keçirilən beynəlxalq forumdakı çıxışında Azərbaycan Prezidenti beynəlxalq terrorizmlə birgə mübarizə üçün dünya ölkələrinin güclərinin birləşdirilməsinin vacibliyini vurğulayıb. Beynəlxalq terrorizmin əsas mənbələrindən birinin separatizm olduğunu göstərən ulu öndər Dağlıq Qarabağ münaqişəsinin timsalında bunun çox mükəmməl şərhini verib.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda son illərdə müntəzəm olaraq iştirakı, görüşləri bu beynəlxalq qurum və Azərbaycan arasında əlaqələri daha da gücləndirməklə yanaşı, qarşılıqlı münasibətləri keyfiyyətcə yeni bir mərhələyə çatdırıb.

Dövlət başçısı kimi Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda ilk dəfə 2007-ci ildə iştirak edib. ForumQlobal güc balansında yerdəyişmələr” devizi altında keçirilib. Bu forumda Azərbaycan PrezidentininNeft geosiyasətinin artan əhəmiyyəti” mövzusundakı çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən enerji layihələrinin bütün dünya üçün əhəmiyyətini əsaslandırmaqla Azərbaycanın regionun enerji təhlükəsizliyində necə böyük rola malik olmasını sübut edib.

2008-ci ildə dövlətimizin başçısı forum çərçivəsində Günəş enerjisinin enerji sənayesində roluna həsr olunmuş iclasında iştirak edib. Həmin tədbirdə Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişafı, həyata keçirilən islahatlar, enerji layihələrinin mahiyyəti barədə tədbirin mövzusu nöqteyi-nəzərindən öz mülahizələrini iştirakçıların diqqətinə çatdırıb.

2009-cu il 28 yanvar-2 fevral tarixlərində Davosda keçirilmiş 39-cu Dünya İqtisadi Forumu çərçivəsində təşkil edilmişBöyük oyun təkrarlanır” mövzusunda iclasda Prezident İlham Əliyevin müasir dövrün siyasi-iqtisadi problemlərini və qlobal inkişafın xüsusiyyətlərini nəzərə alan çıxışı böyük maraqla qarşılanıb. Eyni zamanda, Prezident İlham Əliyev həmin forumunNeft-qaz siyasəti – xəritədə dəyişikliklər” mövzusuna həsr olunmuş iclasında müzakirə edilən məsələlərə münasibətini bildirməklə beynəlxalq enerji əməkdaşlığının əhəmiyyətini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

2010-cu il yanvarın 27-28-də Azərbaycan Prezidenti növbəti dəfə Davos Forumunda iştirak edib. Forum çərçivəsində dövlətimizin başçısı “Neft-qaz geosiyasəti: yeni sərhədlər” mövzusunda məruzə ilə çıxış edib. Onu da qeyd etmək lazımdır ki, bu tədbir müddətində Prezident İlham Əliyev yüksək səviyyəli görüşlər keçirməklə yanaşı, ölkəmizin iqtisadi potensialı, sosial-iqtisadi inkişafı, həyata keçirilən islahatlar, mövcud problemlərə milli mənafeləri yüksək tutmaqla özünəməxsus yanaşma modelləri barədə çoxsaylı sualları cavablandırmaqla ölkəmizin nüfuzunun daha da yüksəlməsinə zəmin yaradıb.

Bu məqamda maraqlı bir faktı göstərmək yerinə düşər ki, Ermənistan Davos Forumunda sonuncu dəfə yalnız 2009-cu ildə iştirak edib. Özünün işğalçılıq siyasəti ilə separatçı imici qazanmış, islahatları pərakəndə halda həyata keçirən, əhalisinin həyat səviyyəsi və sayı durmadan aşağı düşən, mövcudluğunu yalnız xarici ianələr hesabına təmin edən bir ölkənin Dünya İqtisadi Forumu kimi tədbirdə, təbii ki, deməyə sözü ola bilməz. Üstəlik, yuxarıda göstərilən səbəblər üzündən regionda həyata keçirilən bütün iqtisadi layihələrdən təcrid olunması da mənfur qonşumuzun ələbaxımlılıq yolundan başqa bir mövqe tutmasına əsas qoymayıb. Yalnız bu il Ermənistanın baş naziri 9 ildən sonra Davos Forumunda iştirak edib. Ermənilərin özlərinin də etiraf etdikləri kimi, 2016-cı ildən bu vəzifəyə təyin olunmuş baş nazir ilk dəfə Avropaya səfər etməyə “imkan tapıb”.

Yuxarıda qeyd etdiyimiz kimi, Dünya İqtisadi Forumunun “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi barədə strateji dialoqmövzusunda iclası 2013-cü il aprelin 7-8-də Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinə dair razılıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunun təsisçisi və icraçı sədri professor Klaus Şvabla həmin il yanvarın 23-də Davosda keçirdikləri görüşdə əldə olunmuşdu. Forumun açılış mərasimində Klaus Şvab çıxışında qeyd edib ki, Bakıda keçirilən Dünya İqtisadi Forumu Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. Eyni zamanda, o, bu dünyəvi tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Ölkəmizdə son illərdə əldə olunan nailiyyətləri və baş vermiş dəyişiklikləri yüksək qiymətləndirən forumun rəhbəri qeyd edib ki, bu tədbirin Azərbaycanda keçirilməsi bizdə fəxr hissi doğurur. Klaus Şvab, eyni zamanda, vurğulayıb ki, Azərbaycan iqtisadiyyatın şaxələnməsi, təbii resurslardan səmərəli istifadə, informasiya-kommunikasiya texnologiyaları, maliyyə və tikinti sferalarında bir çox böyük uğurlara imza atıb.

Məlum olduğu kimi, bu il Dünya İqtisadi Forumu “Parçalanmış dünyada ümumi gələcəyin yaradılması” devizi altında keçirilib.

Dünya siyasətçilərinin, iqtisadçılarının və sosioloqlarının belə bir qənaəti formalaşıb ki, dünyada baş verən kataklizmlərin, böhranların, münaqişələrin və müharibələrin əsas mənbəyi regionlar, ölkələr, qitələr və sivilizasiyalararası qütbləşmənin getdikcə artmasıdır. Son hesablamalara görə, dünya kapitalının 82 faizi planet əhalisinin 1 faizinin əlində cəmlənib. 2017-ci ildə 3,7 milyard insan öz rifah halını yaxşılaşdıra bilməyib. 2010-cu ildən bəri dünyanın zəngin adamlarının sərvətləri 13 faiz artıb ki, bu da fəhlə və qulluqçuların əməkhaqlarının artım sürətini 6 dəfə üstələyir. 2017-ci il dünya milyarderlərinin ən çox gəlir götürdükləri (762 milyard ABŞ dolları) rekord il kimi artıq tarixə düşüb. Hesablamalar göstərir ki, 762 milyard dollar dünyada mövcud olan ən aşağı yoxsulluğu birdəfəlik həll etməyə kifayət edərdi.

Ümumi rəy bundan ibarətdir ki, milyarderlərin artım bumu və qütbləşmənin güclənməsi çiçəklənən iqtisadiyyatın təzahürü kimi yox, qeyri-mükəmməl iqtisadi sistemin mövcudluğu əlaməti kimi qəbul edilməlidir. Tamamilə haqlı olaraq, baş verən qütbləşmə proseslərini ölkələrin “korroziyaproblemi adlandırırlar. Bu tendensiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr üçün eyni dərəcədə xarakterik və təhlükəlidir. Son 30 ildə dünyada daha sürətlə baş verməkdə olan qütbləşmə prosesi nəticədə sosial gərginliyin artması və iqtisadiyyatın inkişaf tempinin zəifləməsi təhlükəsində özünü göstərir. Ona görə də 2018-ci il Dünya İqtisadi Forumunun qütbləşmə problemlərinin müzakirəsinə həsr olunmasının böyük bir zərurətdən irəli gəldiyini düşünmək olar. Bir daha qeyd etmək lazımdır ki, dünyada baş verən münaqişələrin məhək daşları olaraq yoxsulluq, işsizlik və qütbləşmə (qeyri-bərabərlik) hər bir ölkədə, regionda və bütövlükdə dünyada müasir dövrün çağırışı kimi qəbul edilməlidir.

Qeyd etmək lazımdır ki, Dünya İqtisadi Forumunun əsas istiqamətlərindən birini də dünyəvi əhəmiyyət kəsb edən problemlərin araşdırılması, monitorinqi və həllinə dair tədqiqatların aparılması təşkil edir. Bu baxımdan müvafiq reytinq cədvəllərinin hazırlanması və yayılması xüsusi vurğulanmalıdır. Forumun tədqiqatçıları tərəfindən hər il ölkələr üzrə aparılan qlobal tədqiqatların nəticələrinə dair çoxünsürlü indeksləri özündə ehtiva edən nəşrləri göstərmək olar. Bunlara qlobal rəqabətqabiliyyətlilik indeksini, insan kapitalı üzrə dünya ölkələrinin reytinq indeksini, qlobal risklərin təhlilini, ölkələrin beynəlxalq ticarətə cəlb olunma indeksini və digərlərini aid etmək olar. Bu araşdırmalar arasında qlobal rəqabətqabiliyyətlilik indeksi üzərində xüsusi dayanmaq istərdim. Çox önəmlidir ki, 2017-2018-ci illər üzrə rəqabətqabiliyyətlilik reytinqində ölkəmiz bu göstəricinin monitorinqi ilə əhatə olunmuş 137 ölkə arasında kifayət qədər uğurlu sayılmalı olan 35-ci yeri tutur. Əslində isə indeks balı səviyyəsinə görə Azərbaycan 32-ci yerdə qərarlaşmış Tailand ilə eyni bala (4,7) malikdir. Bu göstərici üzrə Azərbaycan Polşa (39-cu yer), Litva (41-ci yer), İtaliya (48-ci yer), Bolqarıstan (49-cu yer), Türkiyə (53-cü yer), Latviya (54-cü yer), Qazaxıstan (57-ci yer), Macarıstan (60-cı yer) kimi ölkələrdən yüksək səviyyədə yer tutub.

Biz qonşularımız olan Gürcüstanı (67-ci yer), İranı (69-cu yer) və Ermənistanı (73-cü yer) çox geridə qoymuşuq. Bir faktı da göstərmək yerinə düşər ki, bu reytinq səviyyəsinə görə Azərbaycan böyük həcmdə neft-qaz istehsalına malik ölkələrin də bir çoxunu qabaqlayıb. Belə ki, bu göstərici üzrə Rusiya 38-ci, Bəhreyn 44-cü, Küveyt 53-cü, Oman 62-ci, İran 69-cu, Venesuela 127-ci yerdədir. Bu fakt özü də ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların bariz nümunəsi hesab edilə bilər. Rəqabətqabiliyyətlilik göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə qərarlaşıb.

Builki forumun Azərbaycan üçün ən ürəkaçan hadisələrindən biri ölkəmizin inkişaf etməkdə olan ölkələr sırasında inklüziv (hərtərəfli) inkişaf indeksinə görə 3-cü yeri tutmasıdır. Mütəxəssislərin qənaətinə görə, bu göstərici ÜDM göstəricisinə alternativ olmaqla bərabər, daha mütərəqqi, obyektivsosial xarakterli inkişaf səviyyəsini özündə ehtiva edir. Fərəhli haldır ki, 4,69 bal qazanmaqla hərtərəfli inkişaf indeksinə görə Azərbaycan yalnız LitvaMacaristandan sonra 3-cü göstəriciyə malikdir. Qeyd etmək yerinə düşər ki, inkişaf etmiş ölkələr sırasında bu göstəriciyə görə Latviya, Polşa, Panama, Xorvatiya, Uruqvay, Çili, Rumıniya kimi birinci onluğa daxil olan ölkələr Azərbaycandan sonrakı mövqedə qərarlaşıblar. Bu göstəriciyə görə, Azərbaycan bütün qonşularını da geridə qoyub. Belə ki, Rusiya, Gürcüstan, Ermənistan, İran, Qazaxıstan, Türkiyə Azərbaycandan geridədirlər. Nəzərə almaq lazımdır ki, inklüziv (hərtərəfli) indeksi 3 qrupda birləşmiş 12 indikator üzrə hesablanır. İnklüziv inkişafın birinci artım və inkişaf hissəsinə ÜDM-in artımı, məşğulluq, əmək məhsuldarlığı və gözlənilən ömür uzunluğu kimi göstəricilər daxildir. İkinci inklüzivlik qrupuna ev təsərrüfatlarının gəliri, yoxsulluq və qeyri-bərabərlik səviyyəsi indeksləri aid edilir. Üçüncü nəsillərarası ədalət, dayanıqlılıq qrupuna əmanətlərin səviyyəsi, demoqrafik gərginlik, dövlət borcu və ətraf mühitin çirklənməsinə dair göstəricilər daxil edilir. Göründüyü kimi, inklüzivlik indeksi iqtisadiyyatın inkişaf zərurəti ilə yanaşı, onun nə dərəcədə hərtərəfli və ədalətli olduğuna dəlalət edir. Heç də təsadüfi deyil ki, builki Davos Dünya İqtisadi Forumu çərçivəsində yanvar ayının 23-də keçirilən “Strateji baxış: Avrasiyamövzusunda interaktiv iclasda iştirak edən və özünü bir daha dünya səviyyəli siyasətçi və dövlət başçısı kimi göstərmiş, verilən suallara obyektiv, əsaslı və cəsarətli cavabları ilə iştirakçılarda böyük təəssürat yaratmış Azərbaycan Prezidenti İlham Əliyev inklüziv inkişafın öz dilimizdə daha doğma və anlaşıqlı tələffüzü kimi “hərtərəfli inkişaf” ifadəsini işlədib. Bir daha vurğulamaq yerinə düşər ki, inklüziv (hərtərəfli) inkişaf iqtisadi tərəqqinin daha düzgün mənzərəsini yaratmaqla onun özlüyündə məhsul və xidmət istehsalının artırılmasından yox, əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etməkdən ibarət olduğunu göstərir. İnklüziv inkişaf iqtisadi artımın cəmiyyət həyatının bütün sferalarında tərəqqini təmin etməklə bərabər, cəmiyyətin hər bir üzvünün bu inkişafı öz üzərində hiss etməsinin təminatı kimi başa düşülməlidir. Eyni zamanda, dünyanın görkəmli iqtisadçılarının qənaətincə, inklüziv inkişaf dayanıqlı inkişafın mühüm təminatçısıdır.

Azərbaycanın inklüziv inkişaf indeksinə görə 3-cü yerdə qərarlaşması dostlarımızı sevindirməklə bərabər, bəzi qonşu ölkələrin siyasətçilərini gözlənilməz dilemma qarşısında qoyub. Onlar açıq-aydın olaraq keçirilən müzakirə və disputlarda özləri-özlərinə belə suallar verirlər: “Biz Azərbaycandan nəyi öyrənməliyik?”. Mən onlara Prezidentimizin bu günlərdə Davos Dünya İqtisadi Forumunda səsləndirdiyi fikirlərə diqqət yetirməyi tövsiyə edərdim: “Bir neçə il bundan öncə bizim əsas hədəflərimizdən biri yoxsulluqişsizliyin azaldılması idi. Buna uğurla nail olundu. Yoxsulluq 5,4 faiz, işsizlik isə 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhalimiz 1,5 milyon nəfər artıb və yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Ötən il biz 177 min daimi yeri yaratmışıq və bu, bizim siyasətimizi nümayiş etdirir. Neft-qaz sahəsi kifayət qədər yeri yaratmır və işsizliyin aşağı səviyyədə olması üçün biz təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahələrinə diqqət yetirməliyik. Əhalimiz islahatlara hazırdır və islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır. İslahatlar ağır olmayıb. Çünki radikal islahatlar həyata keçirilərkən ilkin mərhələdə əhali bundan əziyyət çəkir. Biz dövlət yardımına ehtiyacı olanlara geniş sosial dəstək təklif etdik. Ona görə də bu proses olduqca əngəlsiz keçdi. Qarşıdan gələn illərdə biz iki il bundan öncə başladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik”.

 

Xalq qəzeti.- 2018.- 27 yanvar.- S.3.