"Hər bir pauza
danışır"
“Ədəbiyyat
qəzeti”nin "Dördüncü
divar" layihəsinin
budəfəki qonağı
İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
aktyoru və rejissor assistenti Tural Xəlilzadədir.
- Tural,
mən bilirəm ki, sən musiqiçi
ailəsində doğulmusan.
Hal-hazırda da musiqi ilə
məşğul olursan.
Bəs niyə musiqi sahəsini yox, teatrı seçdin?
- Haqlısan, ailəmiz musiqiçi ailəsidir. Atam Tahir Xəlilov
öz dövrünün
ən yaxşı xanəndələrindən biri
olub, böyük sənətkarlarımız Qulu
Əsgərovun və
İslam Rzayevin tələbəsi olub.
Eləcə də qardaşım
Xəyal Xəlilzadə
gənc bəstəkar
və müğənnidir.
Yəni uşaqlıqdan evimizdən
həmişə musiqi
sədaları eşidilib.
Sözün düzü,
ilk vaxtlar peşəkar
səviyyədə musiqi
ilə məşğul
olmaq üçün
can atmırdım. Çünki hüquqşünas olmağı
arzulayırdım. Amma
iş elə gətirdi ki, artıq altıncı, yeddinci sinifdə yavaş-yavaş özüm
də pianoda, gitarada, zərb alətlərində musiqilər
ifa etməyə başladım.
İxtisasım musiqili teatr rejissorudur. Teatra gəlişim musiqidən
yaransa da, ədəbiyyatı və
teatrı sevməyim burada həlledici rol oynadı. Üç sahənin birləşməsinin
təzahürü olan
teatr sahəsinə istiqamətləndim.
- Teatrda
neçə ildir fəaliyyət göstərirsən?
- Aktyor kimi üç ildir ki, İrəvan
Dövlət Azərbaycan
Dram Teatrında səhnəyə
çıxıram. Bir ildən
çox müddətdə
isə rejissor assistenti kimi də fəaliyyət göstərirəm. Və teatrın
yeganə rejissor assistenti olduğumdan demək olar ki, bütün tamaşalarda rejissor assistentliyi, bəzi tamaşalarda isə ikinci rejissor kimi çalışıram.
- Səhv
etmirəmsə, teatrdan
əvvəl musiqi qrupunuz da olub.
Bir neçə ölkələrdə
çıxışlar da
etmisiniz.
- Təvazökarlıqdan
kənar da olsa, deyim ki,
mən də həyatını musiqiyə
sərf edən, bağlayan insanlardanam. Özümün xeyli sayda şeirlərim, hekayələrim
və bəstələrim
var. On ildir ki, gitara üzrə
dərs deyirəm.
Üç yüzə yaxın
tələbəm var. İndi
onlar özləri dərs deyirlər, müxtəlif ölkədaxili
festivallarda iştırak
edirlər. Çox vaxtı
onlarla hardasa rastlaşanda, görüşəndə
xatırlamaqda çətinlik
çəkirəm. Amma elə
tələbələrim var
ki, indi də mənə müraciət edəndə
nə kömək lazımdırsa, edirəm.
Qaldı
ki, qrupla bağlı sualınıza.
Məktəb illərindən müxtəlif
rok qrularla çalışımışam. Sonuncu rok qrupumuz "5.59" da isə basgitarda
və bek vokallarda ifa edirdim. Albom da çıxarmışıq,
xarici ölkələrdə
çıxışlar etmişik.
Amma son illər vaxt sarıdan xeyli əziyyət çəkirəm.
Boş vaxtım demək olar ki, olmur.
İmkan
tapan kimi isə mütaliə ilə məşğul oluram, musiqi dinləyirəm, yeni çıxan filmləri və tamaşaları izləyirəm. Yəni qrupla
məşğul olmaq
üçün lazım
olan vaxt sözün açığı
məhduddur.
- Rejissor
olmaq çətindir,
ya aktyor?
- Ümumiyyətlə,
sənətin hər bir sahəsi çətindir. Mənə bəzən tələbələrim
sual verirlər ki, müəllim, hansı alətdə ifa etmək çətindir? Mən onlara
deyirəm ki, asan ifa olunan
alət yoxdur. Hətta kənardan sadə görsənən nağara
alətinin belə öz xırdalıqları
var. Yəni hər sənətin də öz spesifik xüsusiyyətləri, incəlikləri
vardır. Ona görə
də deyə bilmərik ki, bu sənət asandır, digəri isə çətin.
Əgər sənətinin peşəkarısansa,
onunla ciddi məşğul olursansa,
o sənət də sənə çətin gələcək. İxtisasım aktyorluq olmasa da, ifa etdiyim
rollarda rejissorluğumun
təbii ki, çox köməyi olur. Və verilən tapşırığı
dəqiq yerinə yetirməyə çalışıram.
- Ümumiyyətlə,
hal-hazırda rejissorların
aktyorlarla iş prosesi nə dərəcədə qənaətbəxşdir?
- Rejissor əsəri analiz edir. Əsərin ideya xəttini, obrazların ali
məqsədlərini, konfliktləri
tapıb kompozisiyasını
təyin edir. Yəni rejissor aktyorla fərdi formada elə işləməlidir
ki, qaranlıq qalan məqam olmasın. Digər tərəfdən mən həmişə deyirəm ki, aktyor özü həm də yarı rejissordu. Hər bir aktyor öz
rolu üzərində
çalışarkən sırf
rejissor nə deyibsə, onunla məhdudlaşmamalıdır. Əgər rejissor bütöv tamaşa haqqında düşünürsə, aktyor
öz rolu üzərində düşünməyi,
axtarışlar etməyi
bacarmalıdı.
- Stanislavski tələbəlik illərinin
ilk günlərində dərsdən
evə gedib məşq edərkən yastığı Dezdamona,
özünü isə
Otello zənn edərək yastığı
didib tökürmüş.
Səndə evdə rolu
məşq edərkən
belə situasiyalar yaranmır?
- Evdə, təbii ki, məşq edirəm. Amma o cür həyəcanlandığım,
özümü rola qapdırdığım məqamlar
yadıma gəlmir (gülür). Aktyorluq sənəti
bir çox tərəflərdən gedib
psixologiya sahəsinə
çıxır. Çünki aktyorluq həm də hal, ovqat
oyunudur. Texniki olaraq,
mimikalardan istifadə edərkən, nəyi qabartmaq, nəyi azaltmaq lazımdır düşüncəsi ilə
güzgü qarşısında
məşq edirəm.
Hardasa müəyyən qədər
qabarıqlıq olmalıdır.
Teatr sənəti qabarıqlığı
sevir. Çünki tamaşaçı müəyyən məsafədən
aktyora baxır. Səhnədə film deyil axı
hər şeyi iri planda təqdim
edəsən. Hər bir
aktyorun öz fərdi məşq prosesi olur. Əsas məsələ odur ki, aktyor yaradacağı
obrazın kimliyin dərindən bilsin və onlara oxşar insanları həyatda müşahidə
etməyi bacarsın.
Nəzəriyyə hər bir peşədə əhəmiyyət
kəsb edir. Amma misal üçün, əyyaş rolu üçün aktyor mütləq əyyaşı
müşahidə etməli
onun xarakterik xüsusiyyətlərini kəşf
etməlisən.
- Kimləri
mütaliə edirsən?
- İşdən
evə gələndən
sonra mütləq şəkildə çalışıram
ki, ədəbiyyata vaxt ayırım. İşim və
peşəm teatrla bağlı olduğundan gündəlik oxu qrafikində daha çox XX əsr dramaturgiyasına üstünlük
verirəm. Moris Meterlinkin, Artur Millerin, Harold Pinterin dram əsərlərini çox
sevirəm. Harold Pinter bildiyiniz
kimi "absurd teatr"ın
yaradıcılarından biridir.
Pinterin əsərləri o qədər
də irihəcmli deyil, amma fikir
yükü baxımından
dərindir. Misal üçün,
pyes qırx əlli səhifədirsə,
onun analizi yüz səhifədir.
Sonra elə haqqında danışdığımız yazıçının "Evə
qayıdış" pyesi
var. Həmin pyesdə
yüz on üç pauzadan istifadə olunub. Hər bir pauza isə
danışır... Adlarını çəkdiyim bu müəlliflərin bir neçə dram əsərləri
var ki, rejissor
kimi gələcəkdə
həmin əsərləri
səhnələşdirməyi düşünürəm.
- Kinoya
münasibətin də
maraqlıdır.
- Vaxt baxımından, təbii ki, çox imkan tapıb baxa bilmirəm. Amma lirik psixoloji janrlı filmlər daha çox diqqətimi cəlb edir. "Qu Quşu yuvası üzərindən uçuş",
"Forrest Qamp", "Şouşenkdən
qaçış", "Pianoçu", "Apokalipsis"
və s. filmlər sevdiyim filmlər siyahısındadı.
- Hal-hazırda hansı əsərlər üzərində
işləyirsən?
- Bu yaxınlarda Cəfər Cabbarlının
"Vəfalı Səriyyə"
pyesi əsasında hazırlanmış tamaşamızı
təhvil verdik. Hidayətin
"Ömürdən uzun
gecə" tamaşası
üzərində isə
məşqlərimiz davam
edir. Hər iki tamaşanın
premyerası gözlənir.
Hər iki tamaşada aktyor və ikinci rejissor kimi, "Vəfalı Səriyyə" tamaşasında
isə musiqi tərtibatçısı kimi
iştirak edirəm.
Ola bilsin ki,
fevral ayında Xalid Hüseyinin romanı əsasında hazırlanmış "Min möhtəşəm"
tamaşasını yenidən
səhnədə oynadıq.
22 yanvarda
isə Qırğızıstan
yazıçısı Mar Baciyevin "Sonuncu reys" pyesi əsasında hazırlanmış
"Ömür qatarı"
tamaşasının premyerası
oldu. Qeyd edim ki, tamaşa izləyicilərimiz
tərəfindən çox
yaxşı qarşılandı. Tamaşanın quruluşçu rejissoru teatrımızın
baş rejissoru əməkdar artist Sərvər
Əliyevdir. Fürsətdən istifadə edib teatrımızın direktoru
İftixar Piryevə və baş rejissorumuz Sərvər Əliyev də başda olmaqla bütün kollektivimizə
uğurlar arzu edirəm.
Söhbətləşdi: Samirə ƏŞRƏF
Ədəbiyyat qəzeti.-
2018.- 27 yanvar.- S.14.