Xəzərim mənim

 

Esselər

 

Sahil qayalığında oturub Xəzərə tamaşa edirəm. Gözüm gördükcə ənginliklərə baxıram. Bir-birini qovan dalğalara baxmaq, onları ardıcıl izləmək, bəzilərinin könüllü, bəzilərinin könülsüz hərəkətini duymaq başqa bir aləmdir. Sanki Olimp yarışındadır bu gördüyüm, izlədiyim dalğalar. Finişə - sahilə öncül çatmaq istəyir bu qırçın, düzümlü su layları, su qayaları. Bəzən qağayılar müşayiət edir bu "yarışı", elə bil hakimdir qağayılar, idarə edir qağayılar. Bu ilahi quşların cığırtısı hakim fitini andırır.

Qəribədir. Hikkə ilə sahilə çırpınan dalğalar geri qayıdanda quzuya dönür, elə bil yox olur, ardınca gələn, onu qovan, onu keçmək istəyən həmcinsinə sanki yol verir, bunun üçün geri çəkilə-çəkilə sanki alt qata enir, mane olmasın deyə... Xəzərim mənim. Bəzən sakit, həzin, bəzən kükrəyən, hayqıran dənizim, heç bir dənizə, gölə, okeana bənzəməyən Xəzərim... Altın da qızıldı, üstün

Sən həm sirlisən, Xəzərim. Özgə su nəhənglərdən ən böyük fərqin sirli olmağındadır. Bəlkə ilahidən gələn Sirri-Xudasan, Xəzərim. Bəs nədir bu sirr?! Bəlkə heç özün bilmirsən bu nədir, ilahi sirri?!

Gizlətmədən bəyan etmək istəyirəm sənin dəniz sirrini. Gördüyüm dəniz okeanlar o qədər şəffafdırlar ki, üzdən baxanda onların dünyaları apaydın görünür, nələri var gizlətmədən bəyan edirlər. Sənsə heç şey göstərmirsən, mətahların görünməzdir. Həm elə görünməzdir ki, xəzinəndən xəbərsizdir çoxları. Ancaq bilənlər bilir ki, altın da, üstün qızıldır, ləldir sənin. Həmişə belə olmusan, bütün zamanlarda belə olmusan, bu gün beləsən. yaxşı beləsən, mənim Xəzərim.

Xəzərim mənim, sirlərindən biri adınla bağlıdır. Uzaq tarixlərdə Kirkan deyiblər. Sonra Xəzər namini veriblər sənə. Bəs görən kimlər tərəfindən bu adlar verilib?! Cavab çox sadə: Əlbəttə, sənin sahillərində elliklə, çoxluqla yaşayan, hər yana zəfərli yürüşlər edən Xəzər türkləri. Cəngavər, döyüşkən, həm çox istiqanlı, mehriban, düz sözlü, düz ilqarlı olub ulu əcdadımızın törəmələrindən biri olan Xəzərlər. Görünür sənin dalğalarının qoynunda onlar yetərincə cövlan ediblər, altına, üstünə bələd olublar. Seviblər səni. O qədər seviblər ki, öz cahanşümul adlarını sənə veriblər. Həm əbədi veriblər...

Sənə Kaspi, Kaspiana da deyirlər. Slavyanların bu kəlmələri Xəzərlər deməkdir...

Sənin ləpələrinin şırıltısına, pıçıltısına, xışıltısına qulaq asıram, Xəzərim. İlahi, bu dildir, bu necə musiqidir?  Ana laylası qədər hansı laddadır bu musiqi? Sənin nəğmələrin ilahi nəğmələrdir, göylərin yerə endirdiyi şərgilərdir...

Bu nəğmələrin, bu şərgilərin bəstəçisi özünsən, dirijoru da, ifaçısı da...

Bu da sənin sirlərindən biridir, Xəzərim mənim...

 

KOR XƏLİL

 

Bir kor Xəlil vardı. Toylarda tar çalardı, həzin-həzin oxuyardı. Onun səsi naləydi, haraydı, öz taleyinə sanki üsyandı, etirazdı.

Danışardı aram-aram, sakit-sakit. Hər söhbəti şirin-məzəli, mənalıydı. Xəbərdarıydı uzaqdan-yaxından, elmdən, ədəbiyyatdan. Əzbər bilirdi Nizamini, Fizulini, Vaqifi, Vurğunu. Daha kimləri, çoxlarının tanımadığı söz sahiblərini. Danışanda hiss olunardı dərdlidirDünya işığına həsrətdir o…

Xəlil güləndə ürəkdən gülərdi. Onun gülüşü hər kəsə xoş gələrdi. Elə ki, döşünə basardı tarını, dönüb başqa aləm olurdu. Pərdə-pərdə ucaldıqca tarın səsi, elə, obaya yayılardı səsi. Oxuyanda, çalanda unudurdu özünü. Mizrablarda, pərdələrdə yaşayardı saatlarla. yoruldum deyərdi, asan yolu seçərdiElin sevimlisiydi tarzən Xəlil, xanəndə Xəlil. Tamahı az, çalıb-oxumaqdan yorulmayan   Xəlilin, istəyəni çoxuydu. Toya-düyünə Xəlili çağırardılar.

"Allah bir yerdən kəsəndə, bir yerdən verir" - deyiblər. Xəlil beləydi. Xəlil öz tarına simləri özü qoşardı. Hələ harasıydı bu, hamını səsindən tanıyardı Xəlil. Adları səhv salar, unudardı.  Deyirdilər kor Xəlil bir yerə gedirdisə, getdiyi yer döngəsinə, dönümünə qədər əbədi yadında qalırdı. Gözlülər yolu azanda dadlarına Xəlil çatardı.

Vaxt ötdü, zaman dəyişdi, bir gün Xəlil tarı yerə qoydu, toya-düyünə getmədi daha. Ancaq səsi yenə gəldi, yenə eşidildi. Bir çox gözlülərdən daha yaxşı "görən" Xəlilin

Rozaxan oldu Xəlil. O avaz, o ilahi səs indi təziyələrdən gəlirdi.

Xeyli illər beləcə camaatına xidmət etdi kor Xəlil. Ürəklərdə, qəlblərdə yuva saldı sonra bir günəbədiyyətə qovuşdu

Ancaq unudulmadı. Xatirələrdə, könüllərdə hələ yaşayır Xəlil

 

Sərhədsiz quşlar

 

Hər payız quşların dəstə-dəstə harasa getdiyini baharda onların yenə dəstə-dəstə qayıtdıqlarını çox görmüşəm. Qəribədir! Quşlar payızda gedəndə baharda qayıdanda eyni həvəslə, eyni zövq sevinclə oxuya-oxuya göylərdə süzür. Gedəndə , qayıdanda da onların səslərində, avazlarında qüssə, kədər hiss olunur...

Nazənin-nazənin ötən quşlara baxanda onlara qibtə edirəm. Niyə?! Azad olduqlarına görə... sərhəd bilirlər, sərhədçi, bu qanadlı varlıqlar. Soruşan yoxdur onlardan "haralısan?", "hardan gəlib, hara gedirsən?", "Gəlməkdə məqsədin nədir?".

Yerdə insanların yaratdıqları, qurduqları sərhəd çəpərlərinin o azad, xürrəm quşlara dəxli yoxdur. Getdikləri, gəldikləri yer doğmadır onlar üçün. Görünür, elə ona görədir ki, gedəndə sevinirlər, gələndə ...

Bir göylər yerlər sakini olan bu quşların özgə torpaqlanında, özgə varında gözü yoxdur. İsdədikləri bir ovuc dəndir, bir parça çəmən, bir parça su- budur quş arzusu...

Kaş insanlar da quşlar tək azad, gözütox olaydılar… O vaxt biz insanlar xoşbəxt olardıq. təkcə bir məmləkət yox, bütün dünya bizim olardı...

 

Kölgədə bitən... Kölgədə yaşayan

 

Belə bir deyim var: "Kölgədə bitən ağacın kölgəsi olmaz".

Təbiətdən götürülüb bu zərb-məsəl. Bağda, bağçada, meşədə, dağda, dərədə şahidi ola bilərsən. Hər addımda, hər yanda bunun həqiqət olduğunu duyub görərsən. Tarixin hansı qatında yaranıb görəsən bu həqiqət, kim tərəfindən ilk dəfə "kəşf" olunub bu həqiqət?! Gör bir nələr yaradıb bu ilahi təbiət. "Niyə belə olur" - sual edə bilərsən. Diqqət et, özün cavab tapa bilərsən. Qollu-budaqlı, göylərə ucalan yekəpər ağaclar günəşi ilk salamlayır, sonra yola salırlar. Günəşdən, havadan qidalanan ağacların budaqları, yarpaqları özləri üçün hey şellənirlər, andan-ana, gündən-günə daha sıxlaşır, genişlənirlər. Hey günəşə, ucalığa boy göstərirlər... Xəbərləri olmur ancaq onlardan aşağıda, nə qədər fidan var, nə qədər günəşə həsrət var... O kölgədə qalanlar, günəşsiz, havasız şəraitdə olanlarboy atırlar, nə də qol-budaq. Nə qədər kölgə varsa, o qədər də inkişafsız qalacaq... Təbiətdə belədir...

İnsan cəmiyyətində də kölgədə yaşayanlar, ömür sürənlər vardır. Vəzifənin, şan-şöhrət sahibinin, pula-pul deməyənlərin kölgələri palıdın, dəmirağacının, çinarın kölgəsindən daha böyükdür, genişdir, sahibi-mütləqdir. Belələrinin kölgəsində bir yox, on yox, yüzlər yaşayır. Neçə ailə, neçə nəsil yağ-bal içərisində nazlanır. Onlarçın qanun-qayda yoxdur. Kölgə nə qədər böyükdürsə, qalındırsa kölgədə yaşayanlar bir o qədər sərbəstdir,  bir o qədər yekəxanadır...

Təbiətlə cəmiyyət arasında paradoksa bir bax?!

Təbiətdə kölgəsi olan ağac yıxılırsa, yox olursa illərlə "əsirlikdə" qalan havasızlıqdan, günəşsizlikdən süsləşmiş, saralmış, inkişafdan qalmış, bir sözlə, cavankən qocalmış pöhrələr, fidanlar, otlar çiçəklər işıq sürətilə qalxır, qol-budaq atır. Kölgədə vardısa kölgədən qurtaran kimi yaşıllaşır, ətirləşir, gözəlləşir...

Cəmiyyətdə isə bu hal başqa çür olur. Çox yekə kölgəsi olan mənsəb sahibi tutduğu kürsüdən məhrum olursa... Çox keçmir onun kölgəsində şad-xürrəm, yağ içində böyrək kimi yaşayanlar çox tez hər şeydən, hər nədən məhrum olurlar... bir də özlərinə gəlmirlər.

 

 Musa Quluzadə

 

Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.29.