Varisin yeni kitabı
Bu günlərdə
yazıçı Varisin
Azərbaycanda sayca
11-ci kitabı işıq
üzü görüb. “Teas-press” yayın evində çıxan yeni roman
"Uzaqdan gələn
yağış" adlanır.
Geniş oxucu kütləsi üçün
nəzərdə tutulan
romanın müəllif
müqəddiməsində məqsədi və məramı aydın şərh edilir:
"Sovetlərin
vaxtında ət-yağ
növbələrinə, müstəqilliyin
ilk illərində çörək
növbələrinə dayanardıq. O növbələr
gözə görünən
idi. Belə getsə, indi
də gözəgörünməz
mənəviyyat növbəsinə
dayanası olacağıq.
3-cü minillikdə dünyanı bürüyən
mənəvi böhran
get-gedə bizi də haqlamaqdadır.
Romanı, haradasa, yaxşılıqlara
bir çağırış
kimi qəbul edin, mümkünsə. «Sevgi» adlı bir hədəfi «maddiyyat» və «təmənna» adlı cəlladların nişangahından
çıxarmağa çalışmasaq,
hələ çox itkilərimiz olacaq.
Bu roman körpə
fidanların qol-budaq atıb böyümək arzusunu gözündə qoyan amansız bağban qayçıları
barədədir. O qayçılar
hər dəfə paslanmaqda
ikən biz buna imkan vermir, onları
yenidən itiləyib işə salırıq.
Bəlkə əl saxlayaq?!"
"Uzaqdan
gələn yağış"
kitabının ilkin tirajı 5000 nüsxədir,
satış hüququ
Libraff kitab mağazaları şəbəkəsinə
məxsusdur.
Qeyd edək ki, bu il yazıçının
Rusiyada, Bolqarıstanda,
ABŞ-da, Türkiyədə,
Özbəkistanda və
Qırğızıstanda da
yeni kitabları işıq üzü görəcək.
Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.5.