Vətən oğulları, Vətən
qızları
Ramiz Duyğunun şeirinə
rəy
Bu yaxınlarda Yazıçılar
Birliyinin Natəvan klubunda hərbiçi şair dostum Ramiz
Duyğunun 80 yaşı
hörmətlə qeyd
edildi. Oxucuları onu təbrik
etdi, yeni yaradıcılıq uğurları
arzuladılar.
"Ədəbiyyat qəzeti"nin 16 mart 2019-cu il tarixli sayında isə şairin "Nərmin və Elnur dastanı"nı oxudum. Zəng vurub fikrimi bildirdim.
Əsər ithafla başlayırdı:
"Qarabağ döyüşlərində
əllərini və ayaqlarını itirmiş
qazi Elnuru sevib onunla evlənən
Nərmin xanıma həsr edirəm".
Ramiz Duyğun
yüksək hərbi
rütbə daşıyan
qələm dostlarımızdan
olduğu üçün,
əsgərlik həyatını
yaxşı bilir.
Bu kiçik epiqraf
bəsiydi ki, şeirin, şəklin təsirinə düşəsən. Nərmin
xanımla qazi Elnurun (əl arabasında) yanaşı
şəkilləri oxucunun
üzünə gülümsəyirdi.
İki könül
birləşmişdi.
Yəqin,
qəzetin Baş redaktoru, hörmətli Azər müəllim də rütbə dastanı şəkillə
birlikdə səhifəyə
çıxaranda, eyni
hissi yaşamış,
yaxşı ki, belə etmişdir!
Təqdimat çağırır: keçmə, dayan,
- deyir. Biz də
"dayanıb" vətən
oğlu Elnurun şəklinə doyunca baxırıq, qızımız
Nərmin xanıma minnətdarlığımızı bildiririk.
Elnur kimi oğullar Nərmin kimi qızlarımız reklamlarda daha çox səslənməli,
daha çox göstərilməlidir ki,
vətəndaşlıq, fədakarlıq,
mənəvi paklıq
adi verdiyimiz bu yüksək insani keyfiyyətlər nəsildən-nəslə ötürülsün.
Bu, onların yaddaşlarda yaşamaq haqqı, hüququdur!
Tarixi Lələtəpə
döyüşlərindən iki gün sonra
(birinci gün cənab Prezident İlham Əliyev yaralı döyüşçülərin
yanında idi) mən də hərbi hospitalda əsgərlərimizlə görüşdüm. Qollarının, ayaqlarının sarıqlarını
gördükcə istər-istəməz
gözlərim dolurdu.
Əksinə, söhbətləri zamanı onlar yüksək əhval-ruhiyyə
ilə danışır,
qələbəmizə güclü
inam hisslərilə yaşayırdılar.
Bu günlərdə də
hərbi hospitala getmişdim. Azərbaycan ordusunun kapitan rütbəsində bir gənc zabiti Əyyubov Fərhad Rüstəm oğlu ilə tanış
oldum.
Əfqanıstan döyüşlərinin iştirakçısı
olub. Qarabağ könüllüsüdü.
Türkiyədə hərbi zabit
təhsili alıb, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəkkür məktubuna
layiq görülüb. Tabeliyində olan təcrübəsiz
əsgərin döyüş
mövqeyini müəyyənləşdirdiyi
yerdə, düşmən
atəşinə tuş
olub. Sol ayağı dizdən yuxarı sarıqlıydı.
Fərhad sağalan kimi yenidən hərbi xidmətə qayıtmaq arzusu ilə yaşayır.
Xanımı Fatma qızımız onu təkidlə alqışlayır. İlk şəfqət bacısı, ilk həkimi,
ilk loğmanı olmuşdur.
Onlar bizim müasirimiz olsalar da, sabahkı Azərbaycanın - işğaldan
tam azad olunmuş bir ölkənin sakinləridi.
Biz onlara baxıb
özümüzü görürük. Bir daha özümüzü tanıyırıq.
İnsan öz boyundan bir az uca olduğunu
dərk etməlidir.
23.03.2019
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2019.- 6
aprel.- S.3.