"Günlərin
bir günü" şeiri və psixoanaliz
Həyatın yorğunluq
idilliyası...
Şeir
duyğuların köçrülmə prosesidir. Real həyatdan alternativ sənət dünyasına,
ordan da yenidən var olmağa, ətraf mühitlə ünsiyyət
və əlaqəyə
transformasiya edilir. Faiq İsmayılovun "Günlərin
bir günü" şeirində psixoanalitik transformasiya
mövcuddur. Həmin psixoanalitik vəziyyət təhlil və analizi zəruri ehtiyaca çevirir:
Günlərin bir günü
xatırlayıb məni,
oxumaq istəsəz
şeirlərimi,
Dişlərinizi-dişlərinizə
sıxın oxuyun.
Dişlərimi-dişlərimə
Sıxıb yazmışam.
Şeirin özü-özünü psixoanaltik
təhlilə cəlb
edir. Çünki şeir sənəti,
ilk növbədə, şüuraltı
bir simptomdur. Həmin simptomlar ədəbiyyatşünasa - mənə
imkan verir ki, Faiqin avtobioqrafiyası
ilə tanış
olum və yaxud bu haqda
müəyyən fikir
və mülahizələr
söyləyim. "Günlərin bir günü" şeiri bu baxımdan üç fərqli aspektdən mütaliə prosesinə cəlb edilmə potensialına malikdir.
1. Transformasiya kontekstində
Faiq bu şeirində oxucu ilə ünsiyyətə
girir. Onunla danışarkən həm də duyğularını, şeirə
və sənətə
olan münasibətini
sərgiləyir. Transformasiya kontekstində
hər bir detal, incə ştrix belə bioqrafikdir. Şeir sənəti ilə
həyat arasındakı
sərhəddə dayanır.
Bu məqamda Füzuli
ilə Faiqin sənət bioqrafiyası
kəsişir. Necə ki,
Füzuli hər bir qəzəlini yuxusuz gecələrin, iztirabın və zəhmətin nəticəsində
yazırdı. Yazılan şeir
Füzuli imzasına layiq olanadək süzgəcdən keçirilirdi.
"Dişlərin dişlərə sıxılıb
yazılma" prosesi transformatik estetikadır.
Şairliyin və şeirin
nadir tapıntıları ilə
həyatın yorğunluq
idilliyasını birləşdirmək
və onu sənət zirvəsinə
köçürmək prosesi
məhz həmin iztirabdan doğur. Məhz bu məqamda
"Günlərin bir
günü" şeiri
"İynəboyu şeirlər"
mətni ilə transestetik əlaqə yaradır:
İynə boyu şeirlər
yazıram,
misralarım quş balası kimi
yoluq-yoluq.
Misralarım şoranlıq oti
kimi
qırıq-qırıq.
Bilmirəm oxuyan tapılacaq,
ya yox.
İynə boyu şeirlər yazıram.
Bəzən duzlusu olur,
bəzən duzsuzu.
Uğurlusu da olur,
uğursuzu da.
2. Simptomatik hadisə, vəziyyət kimi
"Günlərin bir
günü" şeirində
Faiqin oxucu ilə söhbəti şüuraltı mahiyyət,
simptom kimi təzahür edir. Burada simptomatik
vəziyyət yeni və fərqli struktur imkanlarına şərait yaradır.
Bədii
quruluş öz potensial və imkanlarını ifadə edir. Ədəbiyyatın yeniliyin, fərqliliyin
gözəlliyini kəşf
etmə ehtiyacını
dəstəkləyir. Simptomlar isə şairin oxucu ilə, oxucunun şairlə əlaqəsində semantik
mərkəz rolunu oynayır. Çünki şeirin məna
strukturu oxucunun şüur və duyğularında özünə
yol və cığır açır.
Şeirin dialektikası da,
metafizikası da oxucu-şeir-şair simptomlarından
yaranan reaksiyalarda öz əməli, praktiki potensialını ifadə edir.
3. Ədəbiyyatşünaslıq və psixoanalizin sərhədlərində
Faiqin şeirləri
psixoanaliz və ədəbiyyatşünaslığı birləşdirir. Şeirin oxucudan-oxucuya, dövrdən-dövrə
ötürülməsi və
köçürülməsi təsadüfi hadisə deyil. Struktur və ifadə
estetikasının təsir
gücündən, miqyasından
qaynaqlanır. Z.Freyd, J.Lakan,
Ş.Felman və T.İqlton kimi psixoanalist və ədəbiyyat strukturlaistlərinin
tezislərini nəzərə
alsaq, deyə bilərik ki, Faiqin "Günlərin bir günü" şeiri oxucu üçün təklifdir.
Kütləvilik və elitarlıq
sərhədlərində dayanan
modern oxucu öz seçimini edəcək.
Təbii ki, elitar və modern hadisə olan Faiq poeziyası hər bir oxucunun
öz ixtiyarına buraxılıb:
Oxusan da sağ ol,
oxumasan da…
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2019.-
6 aprel.- S.5.