Hələ bir duanın
üstdəyəm
Əli dəyənəkli,
qılınclı vardı
Fələk mən astanın, yavanın üstdə.
Tək
bircə davalıq qələbə vardı,
Mən gedə bilmədim davanın üstdə.
Meydan
meydan idi, fürsət tək əldi,
Axı, kim tək əlin səsinə gəldi?
Hələ
də həvəs yox yuva dikəldim
O
uçub, dağılan yuvanın üstdə.
Səndən
sonraları boran-qar imiş,
Səndən ötələrin yeri dar imiş.
Bilməzdim,
nə boyda borcum var imiş,
Nə
boyda haqq varmış cavanın üstdə...
Boşuna
hər arzum, istəyim elə,
Bir kövrək, bir yanıq bəstəyəm elə.
Hələ
bir duanın üstdəyəm elə,
O sən
eylədiyin duanın üstdə.
Həmin
dilsizinəm, o həmin lalın,
O həmin
dərdlinəm, həmin bəlalın.
Yenə
saatdabir dəyişir halım,
Atırlar
yenə də havanın üstdə...
Biz hazır nağılıq
Burax,
bundan belə sevda dediyin
Nədisə, qoy film, dizi danışsın.
Mən
adda nə dəli oğlanı dinsin,
Sən adda nə mələk qızı
danışsın.
Hay
salsın, ün təpsin dilində türkün,
Nə
imiş özündən özünə sürgün...
Gün gəlsin,
günlərin içində bir gün,
Dil dönüb, dolaşıb düzü
danışsın.
Ağrı
nə bilməyən ağrı nə, bilsin,
Çatlamaq
nə demək, bağrı nə bilsin...
Beş-altı
adamı doğru nə, bilsin,
Yalanı, yalnışı yüzü
danışsın.
Belə
bağlanmasın dünənə, söylə,
Köhnəlib bu adət-ənənə, söylə.
Biz
hazır nağılıq, nənənə söylə
Qoy
nağıl yerinə bizi danışsın...
Mən sənin yanına
qayıdacağam
Bilməm,
günmü keçər, aymı sovuşar,
Az
qalıb, a yurdum, yuvam, qovuşaq.
Bir az dəli-dolu, nadinc, kür uşaq
Ata
kötəyinə qayıdan kimi
Mən sənin
yanına qayıdacağam...
Gözləyir,
hələ də gözləyir məni,
Pəncərəm önündə solan səməni.
Gündə
dörd dolanıb çölü, çəməni
Arı pətəyinə
qayıdan kimi
Mən sənin
yanına qayıdacağam...
Çatmadım
bu il də güllü yazına,
Neçə şənliyinə, neçə yasına.
Bir bala
qaranquş öz yuvasına,
Çoban
tütəyinə qayıdan kimi
Mən sənin
yanına qayıdacağam...
Yetəcək
əlinə nə xoş, əllərim,
İllər
həsrətlisi, naxoş əllərim.
Hər
yandan üzülən bomboş əllərim
Tanrı ətəyinə
qayıdan kimi
Mən sənin
yanına qayıdacağam...
Barı, bu oxunan "Quran"
olaydı
Qoymazdım
əlimdə olsa, gözlərim
Nə yasaq axtara, nə cəza görə.
Yatsa, ipə-sapa
yatsa sözlərim,
Yenəmi gedərdim güdaza görən?
Bu yolu
gözünə təpir, nə verir,
Yolçuya bu cığır, ləpir nə verir?
Bu ocaq nə
verir, bu pir nə verir
Bu boyda nəzirə-niyaza görə?
Yolu yoxmu,
Tanrım, heç günahımın,
Azını, çoxunu seç günahımın.
Üstdən
keçərsənmi beş
günahımın
Bu beş vaxt qılınan namaza görə?
Bu gələn
hədəfə vuran olaydı,
Sözünün üstündə duran olaydı.
Barı,
bu oxunan "Quran" olaydı
Belə
gözəl səsə, avaza görə...
Səni köçürməyə
yer axtarıram
Təpədən-dırnağa
sirmişəm özüm,
Kimdəsə, nədəsə sirr axtarıram.
Hər
gün dörd dolanıb içində sözün,
Dürdanə
gəzirəm, dürr axtarıram...
Ya
dağa çəkirəm, ya bağa canı,
Bilmir yasaq canım, qadağa canım.
Qız, sənin
uğruna sadağa canı
Hədiyyə
verməyə pir axtarıram...
Artır
ağrım-acım, göynəyim artır,
Nəyin hayındayam,
gör, nəyin artıq;
Uçulub-tökülür
ürəyim artıq,
Səni
köçürməyə yer axtarıram...
Toz basıb üstünü xatirələrin
Deyirlər
çoxalıb işvən bir az da,
Naz gəlib
bir az da nazın üstünə.
Mənsə
üşüyürəm gülüm, bu yazda,
Payız gətirmişəm yazın üstünə.
Adicə
duyğumu bu duyğu görən,
Neynəsin bu qəfil soyuğu görən?
Axı, nə
yatdım ki, nə yuxu görəm,
Ta yoxun nəyini
yozum üstünə?..
Gəl də
gör şəstini xatirələrin;
Yapmışam büstünü xatirələrin.
Toz
basıb üstünü xatirələrin,
Adını
yazmışam tozun üstünə...
Ömrümə daha bir
sevgi gətirmə
Ömrümə
daha bir sevgi gətirmə,
Ürəyim
tablayıb dözə, dözməyə...
Daha bir
işvəyə, naza dözməyə
Elə
daş nə gəzir, dəmir nə gəzir...
Baxma, nəyin
desən qadam, ömrü var,
Vaxtsız çiçəkləyən badam
ömrü var.
Məndə
bir ölümlük adam ömrü var,
Məndə
bir sevgilik ömür nə gəzir...
Sınmaqdan yanadı şüşələr,
qadın
Sirr dolu mən
adlı yönlər, tərəflər,
Mən adlı məkanlar, guşələr, qadın.
Çətin,
məni yazıb bitirə, çətin,
Dönüb qələm olsa meşələr, qadın.
Mən
ağırtaxtalı, ağırçəkili,
Sevdim Bircəsini,
sevdim Təkini.
İçimdə
gizlədim içimdəkini
Qoymadım gözümdən düşələr,
qadın.
Bir əlin
quzeydə bumbuz qarıymış,
Bir əlin hazırca kətil, darıymış.
Can almaq
adlı bir peşən varıymış,
Yalanmış yanında peşələr, qadın.
Mən
paşa saxladım, paşa könlümü,
Daim tutsalar da daşa könlümü.
Sındır,
sən də sındır şüşə
könlümü,
Sınmaqdan
yanadı şüşələr, qadın...
Əliboş qalıb
Əli də
məmnundu, Vəli də məmnun,
Əli
iş başında, Vəli boş qalıb.
Elə
ağıllı da, dəli də məmnun,
Ağıllı boş qalıb, dəli boş
qalıb.
Nə gəldi
taledən bəri zərgərə,
Ürcahdı tək dərdi-səri zərgərə.
Əmanət
edən kim zəri zərgərə,
Gövhəri boş qalıb, ləli boş qalıb.
Gəl də
bu şeytanın şərindən qorun,
Atılıb qarmağı, qurulub toru.
Gör
neçə qansoran zəli qan sorur,
Gör
neçə qansoran zəli boş qalıb...
Çıxarmır
kimsə səs-səmir, yaşayır,
Üz-gözü qapqara kömür yaşayır.
Eh, hərə
bir cürə ömür yaşayır,
Eh, hərə
bir cürə əliboş qalıb...
Hələ sən
yıxdığın evdə qalıram
Bilmək
istəyirsən necədi halım,
Sən qoyub getdiyin kefdə qalıram.
Həminəm,
elə o həmin sevdalı,
Saxlayır o dəli sevda, qalıram.
Neynim,
ağlamadım bir gün özümə,
Sürgünəm o gündən, sürgün,
özümə.
Nağıl
danışıram hər gün özümə,
Cırtdana çatmamış devdə qalıram.
Mən
ona, o mənə alışdıq artıq,
Qaynayıb iç-içə qarışdıq
artıq.
Sonda həsrətinlə
barışdıq artıq,
Eh, bu da
bir cürə sövdə, qalıram.
Bitəcək
beş-altı qarışda yolum,
Bu uzun, bu yorğun qarışqa yolum.
Bir
ayrı yerim yox, bir başqa yolum,
Hələ
sən yıxdığın evdə qalıram...
Yaman tanış
gəlir
bu külək mənə
Qəlbimdə
yeri var, izi var kimi,
Yaman tanış gəlir bu külək mənə.
Əsir,
elə əsir sözü var kimi,
Deyəsən,
nə isə deyəcək mənə...
Bəyaz
saçlarımı oxşayan nəyi,
Nəyi
doğma gəlir, çaşıb qalmışam...
Elə
bil nə vaxtsa mən bu küləyi
Göylərə əlimlə yola salmışam.
Yəqin,
yeri gəlib, yeri, qayıdıb,
Hazır kətilimdi, hazır darımdı.
Olmaya
göylərdən geri qayıdıb
Üzümə
çırpılan dualarımdı?..
Gör necə toplanıb, cəm
olmuşam
Gör
necə toplanıb, cəm olmuşam, cəm,
Necə ağ çəkmişəm qaramın üstə...
Yandırıb
özümü kül eləmişəm
Basmışam
sən adlı yaramın üstə...
Gör
necə səssizcə can verir şeir,
Sığayır gözünü misra misranın.
Axıb
car olan da göz yaşım deyil,
Baxma ki, nəm
çəkir, misram islanır...
Lap
gündə min kərə ölüb-diriləm,
Qoymam yerə düşə xətrini, qorxma.
Axı,
bilirsən ki bir mən bilirəm,
Kimsəyə duyurmam ətrini, qorxma.
Daha
görürsənmi görünmür gözə
Necə həsrətini
çəkirəm sənin...
Qorxma, bu
qapalı, örtülü sözə
Üşüyən əlini bükürəm sənin.
Daha
görürsənmi görünmür gözə
Necə həsrətini
çəkirəm sənin...
Qorxma, bu
qapalı, örtülü sözə
Üşüyən əlini bükürəm sənin.
Gör
necə toplanıb, cəm olmuşam, cəm,
Necə ağ çəkmişəm qaramın üstə...
Yandırıb
özümü kül eləmişəm,
Basmışam
sən adlı yaramın üstə...
Şuşa gedəndən gedənəm
Çox
da səfil-sərgərdanam,
Səfə,
düzümə gəlmirəm;
Qalxıb
uca görünürəm,
Enib dizimə gəlmirəm.
Ovutmur nə
sirsə məni,
Nə məscid, nə kilsə məni.
Ya,
çözəmmir kimsə məni,
Ya, mən çözümə gəlmirəm.
Saxlasam da
azda, kəmdə,
Özümü bu dərddə, qəmdə.
Gündə
min yol incitsəm də
Bir yol üzümə gəlmirəm.
Ruham, bədəndən
gedənəm,
Bu candan, təndən gedənəm.
Şuşa
gedəndən gedənəm,
Hələ
özümə gəlmirəm...
Kəmaləddin QƏDİM
Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.21.