Çingiz Abdullayevin 60 illiyinə

 

Çingiz, səsin çox gurdu!

Mənim səsim çox pəsdi...

Qalanı orta səsdi,

Orda da vurhavurdu.

Biri tərs,

Biri nəsdi.

Prezident baxdı, dedi:

Sizdən xor olan deyil!

Tək-tək səslənin bəsdir!

 

10.04.2019

 

Fikrət QOCA

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.2.