Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevə
Möhtərəm
Cənab Prezident!
Mənim
fəaliyyətimi belə yüksək dəyərləndirdiyiniz
üçün Sizə dərin təşəkkürümü
bildirirəm! Yazıçı yazır, çünki yazmadan
yaşaya bilməz. Mən ölkəm üçün,
xalqım üçün nəsə edə bilirəmsə,
xalq yazıçısı kimi yüksək adı
doğruldaraq bunu etməyə çalışıram. Bundan
sonra da doğma Azərbaycanın rifahı naminə
yaşayıb-yaradacağıma söz verirəm. Bir daha Sizə
dərin təşəkkürümü bildirirəm.
Ehtiramla,
Çingiz Abdullayev
Xalq yazıçısı
Yazıçılar Birliyinin katibi
Ədəbiyyat qəzeti.- 2019.- 13
aprel.- S,2.