Milli Kitabxanada Xalq yazıçısı
Çingiz Abdullayevlə görüş keçirilib
Aprelin
11-də M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasının nəzdində
fəaliyyət göstərən
“Maraqlı insanlarla görüş” klubunun növbəti məşğələsində
Xalq yazıçısı,
Azərbaycan Yazıçılar
Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbir çərçivəsində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə
təltif olunan Çingiz Abdullayevə “Şərəf” ordeninin, Azərbaycan Dövlət Nəşriyyatının direktoru
Azər Mustafazadəyə
isə ikinci dərəcəli “Əmək”
ordeninin vəsiqələri
təqdim olunub.
Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev
son illər dövlət
başçısının mədəniyyət və
ədəbiyyat sahəsində
çalışan insanlara
göstərdiyi diqqət
və qayğıdan söz açıb. Bildirib ki,
Prezident İlham Əliyevin imzaladığı
müvafiq sərəncamlar
bunu əyani şəkildə sübut
edir.
Çingiz Abdullayevin yaradıcılığından
danışan nazir deyib ki, yazıçı
müxtəlif sahələrdə
iz qoymuş şəxslərdəndir. "İdmandan tutmuş mədəniyyətə qədər
müxtəlif sahələrdə
həyata keçirilən
böyük layihələrdə
Çingiz Abdullayevin adı çəkilir.
Çingiz Abdullayev ölkəmizdə
gedən proseslərdə
də daim əsl ziyalı mövqeyini ortaya qoyur. O, öz yaradıcılığı ilə
ölkəmizin güclü
təbliğatçısına çevrilib. Dünyanın bir çox
kitabxanalarını ziyarət
etmişəm, hər
yerdə Çingiz Abdullayevin kitablarına rast gəlmişəm.
Bu diqqətə görə mən Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Bir söz
adamının belə
dəyərləndirilməsi Azərbaycan ədəbiyyatına
verilən yüksək
dəyərdir”.
Bu yüksək ali
mükafata görə
Prezident İlham Əliyevə minnətdarlığını
bildirən Çingiz
Abdullayev deyib: “Oxucularıma da kitablarımı oxuduqlarına
görə təşəkkür
edirəm. Bu günə
qədər, yəni
son üç gündə
altı ölkə məni mükafatlarla təltif edib. Buna baxmayaraq, mənim
üçün ən
yüksək mükafat
Azərbaycan dövlətinin
verdiyi ordendir”.
Çingiz Abdullayevin istedadlı
və işgüzar olduğunu söyləyən
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar deyib ki, onun çoxsaylı
romanları buna əyani sübutdur: “Dəfələrlə səfərdə
olmuşuq, onun yolda da dayanmadan
yazdığını görmüşəm.
Təbrik edir və ona yeni yaradıcılıq
uğurları arzulayıram”.
Azərbaycan Milli Kitabxanasının
direktoru Kərim Tahirov çıxışında
Xalq yazıçısı
Çingiz Abdullayevin əsərlərinin dünyanın
bir sıra ölkələrində sevilə-sevilə
oxunduğunu, eləcə
də yazıçının
kinossenarist kimi fəaliyyətini yüksək
qiymətləndirərək geniş tamaşaçı
auditoriyası qazandığını
qeyd edib. Həmçinin Azər Mustafazadənin
xidmətlərindən danışan
K. Tahirov, onun “Müstəqilliyimiz əbədidir”
çoxcildliyinin ərsəyə
gəlməsində əməyini
xüsusi vurğulayıb.
“Azərnəşr” nəşriyyatının
baş redaktoru Əlövsət Ağalarov,
Əməkdar incəsənət
xadimi Natiq Rəsulzadə, Azərbaycan
Yazıçılar Birliyinin
katibi İlqar Fəhmi, yazıçı-dramaturq
Elçin Hüseynbəyli
çıxış edərək
Azər Mustafazadənin
və Xalq yazıçısı Çingiz
Abdullayevin ədəbi-ictimai
fəaliyyətinin Prezident
İlham Əliyev tərəfindən yüksək
qiymətləndirilməsinin mədəniyyətimizə, ədəbiyyatımıza
verilən ən böyük qiymət olduğunu bildiriblər.
Sonra tədbir
iştirakçıları – Milli Kitabxananın əməkdaşları və
oxucuları Xalq yazıçısı Çingiz
Abdulleyevə çoxsaylı
suallarla müraciət
ediblər.
Ədəbiyyat qəzeti.- 2019.-
13 aprel.- S.2.