Adımı şeir elədim
Hansı
ağrılardan çıxdın,
Hansı əzablardan gəldin?
Harda ağladın kim
bildi,
Kim bildi ki, harda güldün.
İslandınmı, qurudunmu,
Kimin gözünə
əkildin?
Coşub
bir gün şəlalətək,
Kimin qəlbinə
töküldün?
Ruhumun yağmur havası,
Könlümün duman yerisən.
Kiminin ümid işığı,
Kiminin güman
yerisən.
Ürəyimə düşən oda,
Ayağı yalın girirəm.
Aynalara baxammıram,
Baxanda səni
görürəm.
Oxudum hər sətirini,
Hər hərfini
seyr elədim.
Sənin
özün olum deyə,
Ta, adımı şeir elədim.
Ən həqiqi yalanım
Sən mənim xəyalıma
Sığmayacaq birisən.
Heç
zaman paylaşmağa
Cəsarət etmədiyim,
Ruhumun, gözlərimin,
qəlbimin şeirisən.
Bir az yağışlı
günüm,
Bir az qaranlıq
gecəm.
Hərdən bütöv hekayəm,
hərdən yarımçıq
hecam.
Canımdakı göynəyim,
sinəmdəki qəhərim.
Zəhərimdəki balım,
balımdakı zəhərim.
Ən ağır savaş ilə
alınmayan şəhərim.
Günəşli aydın səmam,
sevgi dolu səhərim.
Hər gün daha da
artıq
məhəbbət bəslədiyim,
Gecə
yuxuda belə
adını səslədiyim...
Qəlbimin buz odası,
yaramın duz odası.
Ürəyində nəğmətək
oxunmaq istədiyim,
Darıxanda səsinə
toxunmaq istədiyim.
Üstündə körpəm kimi
hər saniyə əsdiyim,
Hərdən hamıdan qaçıb
şəklinə tələsdiyim.
Hamıdan yaraşıqlım,
hamıdan dəli-dolum.
Dünənki çətinliyim,
bugünkü çıxış
yolum.
Alovuna çırpılıb,
atəşinə yandığım.
Hər gün saatbasaat
başına dolandığım.
Əriyən könül yağım,
Sevgi adlı halalım,
tale adlı yasağım.
Gözlərimi bağlayıb,
Məni məndən alanım.
Ən yalan həqiqətim,
ən həqiqi yalanım...
Qayıt gəl, qardaş
Həsrətdir boynunu bükən,
Yolların daş-kəsək, tikan,
Nədi,
ora səni çəkən,
Qayıt gəl, qardaş, qayıt gəl.
Hər işin agızda, dildə,
Nə qazandın əlli ildə,
Nə işin
var qürbət eldə? -
Qayıt gəl, qardaş, qayıt gəl.
Səsimə özüm kar oldum,
Dağıldım tarımar oldum,
Yoruldum,
vallah, yoruldum,
Qayıt gəl, qardaş, qayıt gəl.
Yoxdu seçən, yoxdu sayan,
Bu harayı bilən,
duyan.
Nə çox yatdın, nə çox, oyan,
Qayıt gəl, qardaş, qayıt gəl.
Dilimiz ağıda qaldı,
Zəhərdə, ağuda qaldı,
Bacılar yağıda qaldı,
Qayıt gəl, qardaş, qayıt gəl.
Dağdağana lent bağladım,
Zəfər gözlədim, ağladım.
Bir nəfəslik can saxladım,
Qayıt
gəl, qardaş, qayıt gəl...
Qarabağa, gəl, qayıt gəl.
Üzgün-üzgün
Əqrəblər arası əriyib
gedən
Saat üzgün-üzgün,
an üzgün-üzgün.
Bir sevgi oxuymuş qəlbimi güdən -
Axır gözlərimdən qan üzgün-üzgün.
Hardadır rahatlıq adında
o taxt,
Bir anda dəyişə alnımdakı bəxt,
Varmı
bu yaradan olmayan "xoşbəxt",
Üzülür, süzülür can üzgün-üzgün.
İnandım nağıla - gözlərim
dola,
Tükətdim ömrümü qəmlə
qol-qola...
Gecəni
birtəhər verirəm
yola,
Açılır üzümə dan üzgün-üzgün.
İçimdə bir işıq
- durudan duru,
Yalvardım Tanrıya o nuru
qoru...
Ürəyim, nə dayan, nə də ki yorul,
Görmədin, bilmədin san, üzgün-üzgün.
Adilə,
bir daşdın, ya da ki,
qaya,
Susubsan,
sus yenə, gələn yox haya,
Götür addımını get saya-saya,
Ötür, keçən ömrə yan, üzgün-üzgün.
Torpaq saxlamaz məni
Mən bir havalı quşam,
Budaq saxlamaz məni.
Min yol yanam-tutuşam,
Çıraq saxlamaz məni.
Yoxam ki, toy-düyündə...
Əridim neçə ündə.
Ürəyin bircə gün
də,
Qonaq saxlamaz məni.
Qanadına yazılsam,
Bir ucuna qısılsam,
Damcı
olub asılsam,
Yarpaq saxlamaz məni.
Eşq elə bir meyil
ki,
Əyildikcə, əyil ki...
Ölmək çətin deyil
ki,
Torpaq saxlamaz məni.
Mənəm, kimə toxunsan
Qulağın səsə düşsə,
Bil ki, ananın mənəm.
Sənə hamıdan artıq,
Elə yananın
mənəm.
Bir gün qaytar özümə,
Səndə bir nazənin var.
Damarında qanından,
Öncə də gəzənin
var...
Kölgəni görmək üçün
Darıxan gecələrdə.
Gözləməyə dəyərdi
Bütün pəncərələrdə.
Dolaşanda əllərin
Bir yad telin ucunda.
Sovururdu
yellərin
Başımı ovucumda.
Könlüncəsə, yanmıram,
Oxun, kimə
oxunsan.
Səni
heç qısqanmıram,
Mənəm kimə toxunsan.
Bəsimdi
Səndən sevgi ummuram,
öz sevgim özümə bəs...
Arama yaddaşında,
məni boş yerə, əbəs...
Qandal vurmuşam artıq
sənə tərəf
uzanan
nagüman əllərimə...
Qoy bircə Tanrı yansın,
mənim dərdi-sərimə.
Bir qağayı fəryadı
gəlsə, mənim
səsimdi.
Sahildə xəyallara
tək dalıram, bəsimdi...
Dilə-ağıza düşüb,
söz olmaq da var imiş.
Qismətimdə alışıb
köz olmaq da var imiş.
Həyatla tamamən üz-
göz olmaq da var imiş.
Üz tutub tənhalara,
çöllərə, dərələrə...
keçmiş xatirələrə
hey dalıram, bəsimdi...
Tək gileyim gecədən,
gecə ağrılı
olur.
Yuxumu çox kəsirəm,
yuxum sarğılı
olur...
zalım yoxdu gecətək...
sözümə baxmır
ürək...
Mən də ona zülm
edib,
hərdən özümdən
gedib
sən oluram, bəsimdi...
Yolunda bircə əlçim
çən oluram, bəsimdi.
Sənin
məndən umduğun
səsim imiş,
bilirəm.
Sevgin bircə küləklik
əsim imiş bilirəm.
Eşitdiyin, duyduğun
hər səs mənim səsimdi.
İndi
tək təsəllim
var,
bu şəhərdə
sən verdiyin nəfəsi
mən alıram, bəsimdi...
Anam, yenə...
Gözlərimdə bulaq çağlar,
Məni
görən ağlar,
ağlar,
Yıxıldı başıma dağlar,
Anam, yenə, yenə, yenə...
Açmır yalan o yalanı
Sancmır ilan o ilanı.
Qoruyur filan filanı...
Anam, yenə, yenə, yenə...
Uyğur
qapıları Aya,
Boynuna asılıb
qaya.
Susdum səsimi dünyaya,
Anam, yenə, yenə, yenə...
Özgə yanarmı oduma? -
Bunu da yaz öz adıma.
Xocalı
düşdü yadıma,
Anam, yenə, yenə, yenə...
Yolun yuxusu gəlir
Bir cüt göyərçin
qonur,
Ağaca səda düşür.
Qoşa
budaq titrəyir,
Əllərin yada düşür.
Su axır - şırıldayır,
Sağsağan qırıldayır,
Pəncərə cırıldayır,
Ürəyim oda düşür.
Ha sürüsəm, ha yıxsam,
Sevgin könlümə tıxsa...
Sənli
günləri çıxsam
Qalanı bada düşür.
"Sisley"
qoxusu gəlir,
Göz yumuram su gəlir..
Yolun yuxusu gəlir,
Canıma qada düşür.
Çox
günah işləyirəm
-
Yazımı qışlayıram,
Dilimi dişləyirəm,
Sən adlı
ada düşür.
Ağac olmaq istəyirəm
Ağac
olmaq istəyirəm,
Külək əssin qollarıma.
Ağac
olmaq istəyirəm,
Dolu döysün
əllərimə.
Quşlar
qonsun budağıma,
Cür-cücülər yarpağıma,
Qarışqalar və böcəklər
Yol alsınlar
torpağıma.
Ağac
olmaq istəyirəm...
Qoy lap Günəşdən usanım,
Gur leysanlarda islanım...
Soyunum, geyinim... bilim,
Bir gün gövdəmə yaslanıb
Uyuyar yolçu
sevgilim.
Ağac
olmaq istəyirəm...
Adilə NƏZƏR
Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.12.