Balıqlar üzür ruhumda
Düşünmədən yaşamaq keçir könlümdən. Bütün düşüncə yağmurunu çorak çöllərə ərməğan
edib elə səssizcə, kirimişcə
yaşamaq istəyirəm.
Sakitliyimi pozur düşüncələrim.
Ürək döyüntülərim başıma düşür.
Eşidirəm qan dövranımı.
Qırılan xəyallarımın səsini.
Dəyərlərin dəyərsizliyini
qavradıqca ruhum, diz çökürəm
şərin qarşısında
ən aciz, aciz kimi... Qalxmağa çalışdıqca
qalxa bilmirəm qanadır dizlərimi güvən qırıntıları.
Gicitkən misalı
dalayır ruhumu reallıqlar.
Boğulduğumu hiss edirəm... Yox,
artıq deyəsən
boğuluram... Əllərimi qaldırıb mübarizə
aparmaq keçmir könlümdən.
Bütün okeanların suları bədənimə dolur gözlərimdən. Mən hər şeyi
mavi görürəm.
Balıqlar üzür ruhumda.
Yosunlaşır saçlarım.
İrmaqlaşır göz yaşlarım...
Balıqlar üzür ruhumda...
Bütün qızıl balıqlar
çarəsiz qalır
diləklərim qarşısında...
Mən söküb atmaq istəyirəm ruhumdakı
insanın son çığlıqlarını.
Səssizləşmək istəyirəm. Düşüncələrim güldürür
dəniz qızlarını....
Qayalar ovulur ovuclarımda... Burulğanlar açlığan olur. İtələmir məni sahilə
dalğalar.
Bezdirirəm okenın sularını
da...
Dalğa keşməklərimə dözə
bilmir okeansı dalğalar. Axtarıram bütün itmiş dənizçiləri, batmış
gəmiləri...
İtmək hissinin dərkinə həsrət beynimi itirmək istəyirəm
Marian çökəkliyində. Mən Bermud üçbucağına
sığınmaq istəyirəm...
"Titanik"dən qalan o valları tapıb Şopendən məni dinləməsini rica etmək keçir könlümdən.
Mən ufalanıram,
mən parçalanıram
... Mən zərrələşirəm.
Doluram okeanın
daşlarının gözənəklərinə. Sonra bir bulud oğurlayır
ruhumu, yüksəlirəm,
səmalaşıram... Yosunlaşıram
və nəhayət, yenidən maviləşirəm...
Bezdirirəm göy üzünü də...
Buludlar qaytarır məni yer üzünə... Mələklərə belə
lazım olmur "Sezarın haqqını Sezara verən", insanlığın zəifliklərindən
qaçan...
Mən atılıram
"lənətli" torpağa. Bircə torpaq
anlayır məni.
O izin verir ki, sığınım ona. Qucaqlayır məni qoca
palıdın kökləri.
Mənə müxtəlif rənglər
bəxş edir Yaradan. Mən imtina edirəm.
İstəmirəm o solğun görünüşlü
arsız rəngləri.
Mən izin almıram heç kimdən. Mən azad olmaq istəyirəm.
Mən laqeyd qızılgül olmaq istəmirəm, mən qızıl balıq da olmaq istəmirəm,
mən insan da olmaq...
Sən qırmızını sevmirsən,
əzizim, qızıl
balığın qızıl
olmadığını da
bilirsən... Sən insanları da sevmirsən, əzizim, bunu bilirəm...
Amma bənövşələri
sevirsən.
Mən,
deyəsən, yavaş-yavaş bənövşəyə
çevrilirəm.
NARGİS
Ədəbiyyat qəzeti.- 2019.-
13 aprel.- S.30.