Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasına həsr

olunan 10 cildlik Siracəddin Hacının təqdimatında

 

AMEA-nın Ədəbiyyat İnstitutunda filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacının Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami GəncəvininSirlər Xəzinəsipoemasına həsr etdiyi 10 cildlik tədqiqat əsərinin təqdimatı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq şairin yaradıcılığının daima dünyanın elmi-ədəbi fikrinin diqqət mərkəzində olduğunu söyləyib, bu gün həm Şərqdə, həm Qərb ölkələrində Nizami Gəncəvinin əsərlərinin tədqiq edildiyini bildirib. Qeyd edib ki, ölkəmizdə bu istiqamətdə Həmid Araslı, Teymur Kərimli, Azadə Rüstəmova, Xəlil Yusifli, Nüşabə Araslı, Əliyar Səfərli kimi nizamişünas alimlər önəmli tədqiqatlar aparıb, elmi məqalələr, monoqrafiyalar ərsəyə gətiriblər.

Hələ SSRİ dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin keçirildiyini, şairin əsərlərinin filoloji tərcüməsinin hazırlandığını xatırladan akademik həmin tarixdən etibarən nizamişünaslıqda əsaslı dönüşün yarandığını diqqətə çatdırıb.

İ.Həbibbəyli Azərbaycanın müstəqillik qazanmasından sonra ədəbiyyatımızda Nizaminin yaradıcılığına yenidən müraciətlərin olduğunu, əsərlərinin təkrar nəşr edildiyini deyib.

Hazırda Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin fəaliyyət göstərdiyini deyən akademik ilk dəfə olaraq şairin elmi tərcümeyi-halının hazırlanması barədə tədbir iştirakçılarına məlumat verib. Bundan əlavə, Ədəbiyyat İnstitutu ilə Şota Rustavelli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun birgə fəaliyyəti nəticəsində şairin yaradıcılığına dair üç dildə kitabın çap olunacağını, həmçinin Hindistan Dövlət Universiteti ilə birgə elmi-tədqiqat işinin aparılacağını, Misirin paytaxtı Qahirədə Nizamiyə həsr olunan beynəlxalq konfransın keçiriləcəyini bildirib.

Təqdimatı keçirilən nəşr haqqında da danışan İ.Həbibbəyli Nizami GəncəvininSirlər Xəzinəsipoemasının S.Hacı tərəfindən azərbaycançılıq, milli dövlətçilik İslam dini dəyərləri kontekstində şərh edildiyini söyləyib.

Tədbirdə, həmçinin filologiya elmləri doktoru, dosent Ataəmi MirzəyevinNizamişünaslığa qiymətli hədiyyə”, filologiya elmləri doktoru Almaz ÜlvininŞeyx Nizami Gəncəvinin hikmətləri sehrində Siracəddin Hacının fəlsəfi-estetik baxışı”, filologiya elmləri doktoru, professor İmamverdi HəmidovunNizami nətlərinin Siracəddin Hacı şərhi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra AllahverdiyevanınNizami GəncəvininSirlər Xəzinəsiəsərinin şərhçilik tarixi müasirlik hermenevtik elmi-nəzəri problemlərin həllində Siracəddin Hacının tədqiqatının rolu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla BayramlınınAzərbaycan nizamişünaslığında yeni addım qarşımızda duran vəzifələr”, filologiya elmləri doktoru Yaşar QasımbəylininÇağdaş nizamişünaslığın problemləri yaradıcılığı filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə BədəlovanınNizamini anlamaq ehtiyacımövzusunda məruzəsi dinlənilib.

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.32.