Yazıçı Elşad
Baratın “Bumeranq”
adlı hekayələr kitabı
çapdan
çıxıb
Yazıçı Elşad Baratın "Bumeranq”adlı hekayələr kitabı çapdan çıxıb.
Bakupost.az-ın xəbərinə görə, 39 hekayə toplanmış kitabın "Ön sözü”nü xalq şairi Sabir Rüstəmxanlı yazıb.
Kitabın redaktorları tanınmış teleaparıcı Elçin Əlibəyli və şair, yazıçı Aləm Kəngərlidir.
Kitabın məsləhətçisi isə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayevdir.
500 tirajla Qanun Nəşriyyatında çapdan çıxan kitab 128 səhifədir.
Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.32.