Özbəkistanda Fərid Hüseynin

"Səmərqənd divanı" adlı kitabı çap olunub

 

Özbəkistanda gənc şair Fərid Hüseynin kitabı işıq üzü görüb. "Səmərqənd divanı" adlı  poetik silsiləsi Azərbaycan, özbək rus dillərindədir. Kitab Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında nəşr edilib. Layihənin rəhbəri Samir Abbasovdur. Kitabın özbək Azərbaycan dilindəki variantının ön sözünü görkəmli xalq yazıçısı Anar yazıb. Nəşrin rus variantının ön sözünü isə tərcüməçi Nicat Məmmədov qələmə alıb.

Kitabı özbək dilinə Tahir Qahhar, rus dilinə Nicat Məmmədov tərcümə edib. Nəşrin Azərbaycan rus dilindəki variantlarının redaktoru Səlim Babullaoğludur.

Kitabda Cavanşir Yusifli, Səlim Babullaoğlu, Əsəd Cahangir, Kənan Hacının ayrı-ayrı vaxtlarda dövri mətbuatda "Səmərqənd divanı" haqqında yazdıqları bildirdikləri fikirlər yer alıb.

Fərid Hüseynin "Səmərqənd divanı" poetik silsiləsi şairin fanilik hissinə, insan həyatının mənasına ucaltdığı poetik şərh hesab oluna bilər. Dünyanın faniliyi, ötəriliyi, bu şeirlərdə olduqca dərin şəkildə, fərqli məzmunda - bir şəhərin tarixi ekskursu kimi öz əksini tapmışdır. Kitab iki doğma xalqın, dövlətin - Azərbaycan Özbəkistanın ruhunun, təfəkkürünün, dünyagörüşünün yaxınlığının poetik ifadəsi baxımından da olduqca qiymətlidir. "Səmərqənd divanı" Azərbaycan Özbəkistan ədəbiyyatına, ədəbi-mədəni əlaqələrinə dəyərli töhfədir.

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 aprel.- S.32.