ƏDƏBİYYAT ÜZRƏ 1908-Cİ İLİN NOBEL MÜKAFATÇISI:

Rudolf EYKEN

 

Alman yazıçısı filosof. 5 yanvar 1846-cı ildə Prussiyada dünyaya gəlib. Atası poçt məmuru, anası keşiş qızı olub. Atasını erkən itirib, anasının ciddi səyi ilə əvvəlcə gimnaziyada, daha sonra Höttingen Universitetində klassik fəlsəfə qədim tarix üzrə təhsil alıb, təhsilini Berlin Universitetində davam etdirib. Gimnaziyada oxuyarkən musiqi riyaziyyatla maraqlanıb.

Eyken fəlsəfə doktoru dərəcəsinə klassik fəlsəfə qədim Hindistan tarixi üzrə təhsil aldığı Höttingen Universitetində yiyələnib. Fəlsəfə rasional baxışları Eykeni qane etmədiyi üçün Aristotelin işləri ilə maraqlanmağa başlayıb. 1870-ci ildə Aristotelə həsr etdiyi iki kitabça nəşr olunub. Berlin Universitetində təhsil alarkən özü üçün fəlsəfənin tarix dinlə əlaqəsini müəyyən edib. Dissertasiyasında Aristotelin dil problemlərinə toxunub. 1871-ci ildə Bazel Universitetində öz kafedrasını yaradıb. 1874-cü ildə Yen Universitetinin professoru təyin edilib. 1920-ci ilə qədər həmin universitetdə dərs deyib.

1882-ci ildə İren Pasivlə ailə qurub bu nikahdan bir qızı, iki oğlu dünyaya gəlib.  

1908-ci ildə "ciddi gerçəklik axtarışlarına, hərtərəfli düşüncə tərzinə, geniş dünyagörüşünə, idealist fəlsəfəyə tətbiq etdiyi canlı əmin ideyalarına görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

1911-1913-cü illər arasında İngiltərə ABŞ-da mühazirələr oxuyub. Çinə Yaponiyaya getməyi planlaşdırsa da, Birinci Dünya müharibəsi başladığı üçün bu arzusu gerçəkləşməyib. 15 sentyabr 1926-cı ildə Yen şəhərində vəfat edib. "Ədəbiyyat qəzeti" oxucularına filosofun "Fəlsəfə tarixi" əsərindən kiçik bir parçanı təqdim edirik.

 

Fəlsəfə tarixi

 

...Tarix xristianlıq üçün çox mühüm əhəmiyyət daşıyır; bu yanaşma ilə onu heç tarixi ardıcıllığa görə platonizmdən fərqləndirmir əşyaların zamandan kənar reallığını platonsayağı qəbul etməyinə mane olmur. Tarix xristianlıq üçün mübaliğəsiz şəkildə vahid birmənalı olub; Tanrıçılığın insan varlığına təsiri ümumiyyətlə, zaman axını həyatın zaman içində təşəkkül tapması düşüncəsini genişləndirib; insan özünü böyük tapşırıqla vəzifələndirilmiş varlıq kimi görərək zaman anlayışı - təbii axının sonsuz ritmi qarşısında məsuliyyətini dərk edib geri çəkilib, bu minvalla da yerini bütün dövrlərin vahid etik dramına təslim edib. Bütün imkanları ilə çiçəklənən din siyasi tarixi din rənginə boyayıb;  məsələn, bu barədə "Daniilin Kitabı"ndakı dörd padşahla bağlı məşhur əhvalatda bəhs olunur Orta əsrlərdən günümüzə qədər bu fikirlərin öz təsdiqini tapmasında İyeronimin böyük xidmətləri var məhz onun sayəsində adıçəkilən məsələ cəmiyyət tərəfindən qəbul olunaraq hörmət qazanıb. Bir sözlə, fəlsəfə tarixinə təsir edən amillər kifayət qədər çox olub, lakin həmin dövrlərin qeyri-azad ləng inkişaf edən düşüncə tərzinin bu amilləri inkişaf etdirməyə gücü çatmayıb. Bu da həmin dövrün əhval-ruhiyyəsindəki transsedent ovqatın üstünlüklərini üzə çıxarmağa mənfi təsir edib, tarixdəki hərəkətverici qüvvələri diqqətdən kənarda saxlayıb, şəxsi məqsəd güdməsə , əbədi nizamla bağlı hazırlıq mərhələsinə mane olub; keçmişə sövq edən bütün bəşəri əhəmiyyətli hadisələrdən keçən stabillizm eyni istiqamətə yönəlib beləliklə, bütünlüklə tarixə təsir edib. Dövr insan münasibətlərinin fasiləsiz dəyişikliyini dəyərləndirə dərk edə bilmədiyindən, problemləri əmələ çevirmək məsələsində fəaliyyətsiz qalıb. Nəticədə - fərqli qeyri-tarixilik müəyyənləşib ki, bu da zamanın ətalətinə təsir edərək onu vahid yüksək nöqtəyə qaldırıb bununla da tarix əyninə əbədiyyət donu geyinib.

 

Rus dilindən tərcümə etdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2019.- 20 aprel.- S.32.