“Üst Ad” yazı müsabiqəsinə
qatılmış uşaqlar
mükafatlandırıldı
“Ustad” ədəbiyyat və sənət dərgisinin təşkil etdiyi “Üst Ad” uşaq yazıları müsabiqəsinin
mükafatlandırılma mərasimi
keçirilib. Tədbir dərginin
təsisçisi “Hədəf”
nəşrlərində baş
tutub. Mərasimdə “Hədəf” nəşrlərinin
direktoru, yazıçı
Müşfiq XAN və
direktor müavini, redaktor Səbuhi Şahmursoy çıxış
edib, müsabiqənin
təşkili və nəticələri haqqında
danışıblar. Tədbirdə iştirak edən yazıçı Günel
Eyvazlı və şairə-yazıçı Sevinc
Elsevər çıxış
edərək qaliblərə
uğurlar arzulayıblar.
Müsabiqənin bütün
qalibləri və münsiflər tərəfindən
yüksək bal almış uşaqlar diplom və müxtəlif hədiyyələrlə
mükafatlandırılıb.
Qeyd edək
ki, “Üst Ad” uşaq yazıları müsabiqəsində 8-15 yaşlı
uşaqlar öz yazıları ilə iştirak edirdi. Hər yaş
kateqoriyası üzrə
bir nəfər qalib olsa da,
fərqlənən uşaqların
da yazıları “Ustad” dərgisinin 26-cı
sayında dərc olunub. Qaliblər və fərqlənən uşaqların adlarını
təqdim edirik:
8 yaş kateqoriyası üzrə qalib Yusif Cəbili – “Mikayıl Müşfiq” hekayəsi;
9 yaş kateqoriyası üzrə qalib Məhəmməd Əhədzadə
– “28 may – Respublika günü”
inşası;
10 yaş kateqoriyası üzrə qalib Rüxsarə Həsənli
– “Xeyirxahlar krallığı”
nağılı;
11 yaş kateqoriyası üzrə qalib Nəzrin Məmmədova –
“Mənim bayrağım”
inşası;
12 yaş kateqoriyası üzrə qalib Ayxan Məmmədli – “Buduq” hekayəsi;
13 yaş kateqoriyası üzrə qalib Nilufər Əzimzadə –
“Uçan qız” nağılı;
15 yaş kateqoriyası
üzrə qalib Mələk Cəbrayılzadə
– “Arazbarı” essesi.
8 yaş kateqoriyasında fərqlənən müəllif
Banu Əliyeva – “Möcüzəli göl
– Göy göl” hekayəsi;
9 yaş kateqoriyasında fərqlənən müəllif Aysu Rəsulova – “Qız qalası” inşası;
10 yaş kateqoriyasında fərqlənən müəllif Əhməd Qəmbərli – “Dövlət bankında cinayət” hekayəsi;
11 yaş kateqoriyasında fərqlənən müəllif Nərmin Əzimzadə – “Qırışlar və sızanaqlar” şeirlər silsiləsi;
Ədəbiyyat qəzeti.- 2019.- 20
aprel.- S.29.