Yaşıdım
şeirlərin müəllifinə
Qulu Ağsəs haqqında
İlk
şeirini mən təvəllüd tapan ili yazıb...
Oğlan
olsaydım, "bir igidin ömrü" yazardım, yəqin.
Deyildiyi
kimi, qəlbən şair olanlar təkcə kağız
üzərindəki şeirlərindən görünmür:
Quş
quşla ötmür balası,
Şair
şairlə dilləşmir.
Quş
budaqda oxuyur,
Şair
varaqda.
Əslində,
şeir yazmaq hissi oyadan hissəmiz - tam mənasıyla bizə
heç vaxt aydın olmayacaq. Əgər bu ehtiyac nədən
və necə doğur bilmiriksə, onda özümüzü
hər şeyi bilən kimi göstərmək də lazım
deyil. Onun şeirlərindəki "Həqiqətin, gözəlliyin,
yaxşılığın" varlığına inam
bütün bildiklərimizi üstələyir:
Yel
vurduqca tökülür,
nöqtələr.
"Göy"
suala bükülü
Nöqtələr
Qələm-varaqdı,
bir də
nöqtələr.
Göydə
Allahdı, yerdə
nöqtələr.
Nümunə
gətirilən şeirlərin dilindən və deyim tərzindən,
diqqətli oxucu söhbətin - müdrikliyin yazını
qarşılayan Qulu Ağsəsdən getdiyini müəyyənləşdirdi,
yəqin.
Şeirdə
bilik xətrinə bilik göstərmək lazım deyil. O
şey ki, başlanğıcını duyğulardan
götürmür, o, poeziyada sıfırlanmağa məhkumdur.
Çünki duyğu hadisələri adilikdən
çıxarır, onun səbəb - istintaq əlaqələrini
ləğv edir. Duyğu vasitəsilə "olanların"
(bəzən "olmayanların") özündə dərki
baş tutur. Şeirin vəzifəsi bu qavrayışı
çatdırmaqdır. O bunu yaxşı bacarır:
Nə
olar, bir səhər durub görəsən,
Divarlar
üstünə Allah yazdırıb.
Qış
günü soyuqdan ölən ağacın
Yasına
mart ayı yarpaq yazdırıb...
Bəzən
şairlər haqqında qərib bir ifadə işlədilir:
"məhsuldar şair". (İnsan özünü
qızmar günəş altında kəhrəba xaralların
sıralandığı barlı Aranın məhsuldar
"ağ qızıl" tarlalarında hiss edir...). Onu
ürəklə bu "kateqoriya"ya daxil etməyə bilərsiniz.
Sözün məsuliyyətini hiss edən qələm
adamı kimi, öz şeirləri "öz senzurasından
keçmir", çünki.
Sitat:
"Şeir göz yaşı kimi olmalıdır,
yağış kimi hamının başına
yağmamalıdır".
Gecə-gündüz
"vacib işlə məşğul olub" söz dəyirmanında
şeir üyüdənlər, cavanlaşmaq üçün
mistik gənclik çayında çimən qocaları
xatırladır. Arabir oradan çıxmağı öyrənməsə,
məhv olacaqlarını unudanları az olmur. Bu mənada kimsə
Q.Ağsəsi "şeir yazmaq işi" ilə məşğul
olan görməyib. Şeir onun üçün "bir
iş" deyil, bir qisimdir. (Öz dililə desək: "
hecada -"pilləkənləri sayan", sərbəstdə
-"gözü ayağının altını görməyən",
ağ şeirdə - "liftə minən").
Və
bütün hallarda sevgi yaratdıqlarının mayasıdır.
İşdi
- qəzadı
Səndən
əvvəl ölsəm,
Məni
son mənzilə aparırlar görsən,
Vəsiyyətimə
əməl elə:
Arxamca su
at,
Uğur
dilə.
Saçını
yolma,
Köksünü
ötürmə.
Allahın
yanına gedirəm,
Ürəyinə
ayrı şey gətirmə.
Canında
fəlsəfə daşımayan şeir gizli müttəfiqlikdən
kənar saxlanılmış üçüncü dünya
ölkələrinə bənzəyir. Qulu Ağsəs
yaradıcılığında materiya və həqiqət,
varlıq, idrak, insan, cəmiyyət və s. kimi məsələlər
bir birinə o qədər diffuziya edir ki,
"insan-dünya", "insan-Tanrı",
"insan-ölüm" paradiqmaları oxucunun
dünyagörüşünə təsir edir. Ancaq burada zərif
bir məqam var: şair yolunu yaxşı tanıyır,
lazım olmayandan artıq söz söyləmir. Sərhədi
keçsinmi, keçməsinmi - oxucunun öz öhdəsinə
buraxır:
Hərəmiz
borcludu bir can ölümə,
Ölsək
də, tapmarıq əncam ölümə.
Tanrı
qırmır bizi...
Ancaq
ölümə yoxladır.
Xəbərin
varmı? -Bilmirəm.
Və ya
Narı
sümürürsənsə,
Süddən
yanıqsan...
Gözünlə
qaşının arasında
Qapı
açılan gün...
Oyanlıqsan...
Hər
bir cəmiyyətin öz zəif yerləri, öz
ağrılı nöqtələri var. Şair bu "odlu nöqtələri"
tapır, acımadan, dərdin yarasına duz səpə-səpə,
insanların eşitmək istədikləri mövzuları dərinləşdirərək
incə bir ironiya ilə faciəvi həqiqəti qəbul
etdirir:
Qaralar məhəlləsi:
Milli Qəhrəmanın
xatirə
lövhəsi altında
dilənən
qadın duası:-
...Yalandı!
Yalandı!
Dünyada
ən şirin şey
Vətən
deyil,
Dünyada
ən şirin şey
İnsandı...
Onun təyinatı
hansısa yollar təklif etmək, nəzəriyyələr
qurmaq deyil. Lakin həlli tələb olunan ziddiyyətləri
çözməkdən də qaçmayıb. Sanki cəmiyyət,
həyati əhəmiyyətli bir orqanıdır və o bu
orqana görə cavabdehdir.
Yaxşı
və pisi heç vaxt qarışdırmır.
Haqqı
yenmir, Haqdan enmir.
Şükür
o göydəki ismin halına
Şükür
yağışına, şükür qarına.
Şükür
adımızı öz jurnalına
Əcəl
adqoydudan qabaq yazdırıb...
Ömrün
əlli qapısının
qırxını Sözlə açan, yaşıdım
şeirlərin müəllifinə
fəth etdiyi zənginliyində, ucalığında
qalması diləyi ilə...
Rusiya, Voronej
Günay SƏMA ŞİRVAN
Ədəbiyyat qəzeti.- 2019.- 20
aprel.- S.26.