Aprel qəhrəmanından
bəhs edən
“Komandir” təqdim olundu
Bakı Kitab Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək
İctimai Birliyinin təşkilati dəstəyi
ilə yazıçı
Şərif Ağayarın
“Komandir” romanının
təqdimatı olub.
Kitab əfsanəvi
kəşfiyyatçı, Aprel döyüşlərinin
şəhidi, polkovnik-leytenant
Raquf Orucova həsr edilib.
Əvvəlcə Raquf Orucovun hərbi fəaliyyətini,
Murov istiqamətində
xidmət etdiyi uğurlu kəşfiyyat əməliyyatlarını əks
etdirən və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Sonra çıxış edən
Milli Məclisin deputatları Aqil Abbas və Fazil
Mustafa Aprel döyüşlərinin
Azərbaycan Ordusunun öz torpağını düşmən tapdağı
altında qoymayacağını
sübut etdiyini bildirib, Raquf Orucov kimi oğullarımızın
qəhrəmanlığının bu inam hissini
daha da gücləndirdiyini
qeyd ediblər.
Milli Məclisin
deputatı, akademik Gövhər Baxşəliyeva
Vətəni canından
artıq sevən qəhrəmanın xatirəsinin
hər cür hörmət və ehtirama layiq olduğunu bildirib, ibrətamiz ömür yolunu gənc nəsil üçün əsl örnək hesab etdiyini söyləyib.
Milli Məclisin deputatı Qənirə Paşayeva, kitabın redaktoru İlham Tumas və başqaları Raquf Orucovun keçdiyi şərəfli
döyüş yolundan,
göstərdiyi qəhrəmanlıqdan
söhbət açıb,
ibrətamiz ömür
yolunun gənc nəsil üçün əsl örnək olduğunu söyləyiblər.
Kitabın müəllifi Şərif
Ağayarın tədbirin
iştirakçıları və təşkilatçılarına
təşəkkürünü bildirərək Raquf Orucovun şərəfli döyüş yolundan bəhs edən nəşrin ərsəyə
gəlməsindən danışıb:
“Romanda bəhs olunan mövzular Azərbaycan oxucusu üçün tanış
olsa da, “Komandir” əsəri ədəbi mühit üçün tamamilə
yeni üslubda qələmə alınıb.
Romanda Raquf Orucovu bir
çox oxşar kitabların qəhrəmanı
kimi pafosla təqdim etməmişəm.
Heç
təxəyyülü işə
salmağa da ehtiyac olmayıb, çünki kəşfiyyat
komandirinin həyatı
çox zəngindir.
O, öz ömür yolu və döyüş
qəhrəmanlığı ilə peşəkar, ləyaqətli və yenilməz Azərbaycan zabitinin canlı obrazını yaşayıb”.
Qeyd edilib ki, roman dörd hissədən ibarətdir. Birinci hissədə
polkovnik-leytenant Raquf Orucovun uşaqlığı,
gəncliyi və Ağdamda iştirak etdiyi döyüşlər
əks olunub. İkinci və üçüncü
hissə onun kəşfiyyatçı kimi
Murovdakı fəaliyyətindən,
dördüncü hissə
isə qəhrəmanın
həyatının digər
dövrləri və onun əbədiyyətə
qovuşduğu Talışdağ
uğrundakı döyüşlər
haqqındadır. Ömrünün 25 ilini torpaqlarımızın
bütövlüyü uğrunda
döyüşlərə sərf edən, “Murov qartalı” adını qazanan Raquf Orucovun həyatı və fəaliyyəti “Komandir” romanında real faktlar əsasında qələmə
alınıb.
Mərasimin sonunda şəhid komandirin həyat yoldaşı Sevinc Orucova tədbirin təşkilatçılarına və iştirakçılara
ailə üzvləri
adından təşəkkürünü
bildirib.
Ədəbiyyat qəzeti.- 2019.-
20 aprel.-
S.15.