LondondaAğı

kitabının təqdimatı keçirilib

 

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, Azərbaycan Qadınlar Assosiasiyası (AWA) Bakı Kitab Mərkəzinin dəstəyi ilə LondondaAğı” (“Cry”) kitabının təqdimatı keçirilib.

Kitaba yazıçı Günel AnarqızınınQarabağ hekayələri şairə Leyla BəyiminQarabağ şikəstəsiadlı poeması daxildir.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir TağızadəAğıkitabında bəhs olunan Qarabağ mövzusunun əhəmiyyəti aktuallığında danışaraq kitabı ərsəyə gətirən müəlliflərə nəşr edən Bakı Kitab Mərkəzinə təşəkkürünü bildirib.

Daha sonra Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyasının yaradıcısı rəhbəri Ülviyyə Tağızadə tədbir iştirakçılarını salamlayaraq layihənin gerçəkləşməsinin assosiasiya üçün önəmli hadisə olduğunu vurğulayıb.

Kitabın müəlliflərindən şairə Leyla Bəyim layihənin özəyində bütün dünya azərbaycanlılarının birləşməsi ən əsası analarımızın haqq-ədalət səsinin hər yerdə duyulması ideyasının dayandığını vurğulayıb.

Bakı Kitab Mərkəzinin direktoru yazıçı Günel Anarqızı isə çıxışında kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonda BP şirkətinin London ofisinin Qlobal Biznes Xidmətlərində insan resursları üzrə direktoru Leyla Novruzova Londondakı TEAS nəşriyyat evinin redaktoru Nil Vatson əsərdən parçalar səsləndiriblər.

 

Aynurə TAĞIYEVA

 

Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.- S.13.