Hər kəsin öz vaxtı olduğu
üçün,
heç kəs
başqasının vaxtını bilmir...
Mən öz illərimi vermişdim sənə
Dərib
şehli-şehli könül bağımdan,
Sevgi
güllərimi vermişdim sənə,
Borc deyil,
çıxasan, pul deyil alam,
Mən öz illərimi vermişdim sənə.
Məgər göz verilib ağlamaq üçün?
Nə ümid saralan bir yarpaq üçün?
Ağartmaq
deyildi - daramaq üçün,
Mən
öz tellərimi vermişdim sənə,
Sevgini dərd
etmə daşıtmaq üçün,
Ağladım
- ürəyi boşaltmaq üçün,
Məcnun
taleyini yaşatmaq üçün
Mən öz çöllərimi vermişdim sənə?!
Taleyim beləmi, özümmü çirkin?
Ömrümə
qəsd edir soyuqlu bürkün,
Qandallar nəyidi? - sarmanmaq üçün
Mən öz əllərimi vermişdim sənə.
Gülüm,
dəli kimi axı sevildin,
Ömrümə bəs nəyin xətrinə gəldin?
Mənə
bir günü də bəxş eləmədin,
Mən
ki, illərimi vermişdim sənə...
Var olsun Tanrının rəssam
dünyası
Əzəl
çəkdiyindən heç nə qalmayıb,
gözümü ya gülən, ya qəmnən çəkir,
hələ çərçivəsiz, tamamlanmayıb -
hər
dəfə bir ayrı qələmnən çəkir.
Söhbətim
bu dahi rəssam həyatdan,
qoyarmı bitirəm - yazsam həyatdan?
üzdə bəxş eləyib, amma - əl altdan,
ömrümü canımnan sələmnən çəkir!
Hərdən
təsvir edər çöldə, biçində,
sellər
ağuşunda, durna köçündə,
hamını gülzarlı çəmən içində,
məni
xəzan vurmuş gülümnən çəkir.
Üzəngi
göstərir, salır yəhərdən,
çəkir üzügülər bir xoş xəbərdən,
amma
gerçəkliyi unutmur hərdən -
içimi çəkdiyim zülümnən çəkir.
Tapır
- öz içimdə özüm itəndə,
güc
verir - ruhumda dözüm itəndə,
xəyallar içində huşa gedəndə -
başımın dəstəsi elimnən çəkir!
Çəkir
bir gözələ gül uzadanda,
kiməsə yalvarıb, dil uzadanda,
bir haram
tikəyə əl uzadanda,
qələmi buraxıb əlimdən çəkir!
Rəsmin
bir küncündə çiçəkli yazam,
birində qaranlıq köynəkdə sazam,
o
gün yuxu gördüm; bu dahi rəssam
şəklimi bir gözəl ölümnən çəkir.
Məncə,
çox uzandı bu qəmli yazı,
var olsun
Tanrının rəssam dünyası,
deyəsən, azalıb "qara boyası",
gərəyi olanı telimdən çəkir...
Yanmağında səadəti hər
kəsin
Meh oxuyur
rüzgarların nəğməsin,
çeşmə coşur, nəqarətin gül deyir.
"Yanmağında
səadəti hər kəsin",
atıldıqca, pıçıltıyla kül deyir.
Ömr
edirəm min arzuynan, diləknən,
dolanıram halal duznan, çörəknən,
bəzən o da yola getmir ürəknən -
ayrılanda "Əlvidanı" - əl deyir.
Hər
vaxt Yurdun uca tutdum xətrini,
udum-udum
aldım onun ətrini,
eh...
kimlərin bilməmişik qədrini;
özgələri mərmərinə "ləl" - deyir!
Üz-üzəyik
qara torpaq bir də mən,
səmalarda bəxt ulduzum, yerdə mən,
namərd
gördüm, qaçırdaraq əlimdən,
"itirdiyin qismətinə gül!" - deyir.
Solma,
gülüm, mən çəkərəm qayğını,
duymursanmı içimdəki yanğını?
saf-çürüklə tanıyaraq hamını
uca
göylər "sən yanıma gəl" - deyir.
Demirəm
ki, "el matəmə qatılar,
şərəfimə ağır toplar atılar",
ən
xırdası, bir tanıyan tapılar,
Vahid
Əziz "el içində öl" - deyir...
Qorxurdum - qüdrəti yetməyə
sözün
Qorxurdum -
qüdrəti yetməyə sözün,
lalələr alovtək yamacı oyub,
Dağlar
elə bil ki, səyriyən gözün
qapağı üstünə qırmızı qoyub.
Güllər
sıralanıb tutur yerini,
ürəklər isidir gələn soraqlar,
ara qarışanda itirdiyini,
hər
kəsin özünə qaytarır bahar.
Oyadıb
yaşadar arzuları da,
hardansa
güc alar itən ümidlər,
bahara
sevinən başdaşları da
Günəşə boylanıb dua edirlər.
Qarının
sonuncu nəvəsi mənəm,
ağlı kəsməyəni məndən soruşar,
payız
yuxusuna "puç" - deyən nənəm,
baharda
axarlı suyla danışar.
Həyata
boylanıb eşq həvəsində,
arzular
selində aşıb-daşıram,
yaşım çoxalsa da bahar gələndə
ömrün payızından uzaqlaşıram.
Sevsəm
də payızın yağmurlarını,
qayğılar içində itib-batmışam,
paxıl
adamların baxışlarını
Novruz tonqalında oda atmışam.
Sirlər
də açılır bahar gələndə,
qarla
örtülənlər tez üzə çıxır,
çəməndə güllər də, sevənlər
kimi,
heyran
baxışlarla göz-gözə çıxır...
Dağlarda qonağam
Dağlarda
qonağam; səhər elə bil -
çiçəkdir dərənin daş yaxasında,
təkcə meşədəki ayılar deyil,
qış da gecələyir "qış yuxusunda".
Ana
körpəsinin yerinə baxır,
üstünü örtdükcə yorğana çıxır,
saat həyəcanla
"oyan" - çağırır,
üzlərdə kirpiklə, qaş - yuxusunda,
Qızların
sübhədək yanar çırağı,
hər
gecə yastıqla dolar qucağı,
gözün qorxa-qorxa qalxır qapağı,
dolubdur
altına yaş - yuxusunda.
O qədər
yarına qovuşmayan var,
bəxtdən səbəbini soruşmayan var,
oyaqkən taleynən barışmayanlar,
bəxtəvər olaydı kaş, yuxusunda.
Qaşığı
isidir samovar çayı,
ruhumu
oxşayır çayın harayı,
yuvaya
göz qoydum - dənnən savayı,
görəsən, nə olar quş yuxusunda?
Bağban
səliqəyə salır bağını,
tənbəllər xoşlamaz səhər çağını,
qonşum
oda verir mal dırnağını,
deyəsən, görübdür xaş - yuxusunda.
Yarımçıq
qalsa da insan niyyəti,
canlar
aparanın qərarı qəti!
başa
vuracaqmı "əbədiyyəti",
köç edib gedənlər daş yuxusunda?
Bir gün çıxmayacam
hansısa yaza
Bir
gün çıxmayacam hansısa yaza,
Günəşin
ya doğan, ya batan çağı,
Ya da yol
gözləyən hansı qızın
sevgi
ocağından kül atan çağı.
Hamısı
boş şeymiş; rütbələr, ad-san,
hamının canını torpaq qapacaq,
mən
Ulu Tanrıdan vergili insan -
yadına
salanlar xeyir tapacaq!
Tay-tuş
bildiyimin xeylisi qoçaq,
illərim artdıqca çoxaldı dərdim,
məndən doğmalara imzam qalacaq,
qoçaq tərpənsəydim varlı gedərdim!
Yığdığı
çoxuna qismət deyilmiş,
xəndəklər qazılır, dağlar çapılır,
o qədər
dar günlük qızılla-gümüş
qaçaq evlərindən indi tapılır!
Yüz
ildir, bəlkə də, min ilə yaxın,
sahibi
çürümüş özü salamat,
zəlili
olduğu bu daş-qaşların
görəsən, zülmünü görmür camaat?!
"Can
alan" buyursa: "Nə desən istə",
deyəcəm: "Evimə halal duz-çörək",
şeir
belədir ki, misralar üstə,
doğmalar nə küsüb, nə inciyəcək.
Bir
gün çıxmayacam hansısa yaza,
Günəşin
ya doğan, ya batan çağı,
Ya da yol
gözləyən hansısa qıza
sevən
bir oğlanın gül atan çağı...
Qolumda saatın əqrəbi axsaq
Qolumun
saatı vaxtı itirib,
ömür həyəcanlı! - hara gecikir?
hamı
bir-birinin ağzına girib?
kimdən
soruşuram çiynini çəkir.
Durnalar
çəkirlər vaxtında köçün,
səfər var - geriyə bir də gəlinmir,
hər
kəsin öz vaxtı olduğu üçün,
heç
kəs başqasının vaxtını bilmir.
Başımı
aldadır yaz gülə-gülə,
axı,
bilirəm ki, öndə soyuq var!
qönçə də ləçəyin buraxmır çölə,
bəlkə elə bilir vaxtıma çox var?
Zaman
hamımızı səmadan süzür,
çalıb-oynayırıq, satıb-alırıq,
qapılar dalında duranda dözür,
metro
gecikəndə haray salırıq.
Küsürük,
sevirik, əzizləyirik,
bir
çıraq alışır, başqası bitir.
vaxtı
elə yaxıb kül eləyirik,
sanki
zamanımız Bir milyon ildir!
Ruhu
canımızda belə saxlasaq,
özünü gərəksiz sayıb çıxacaq,
qolumda
saatın əqrəbi axsaq,
qulağın burmasam hayıf çıxacaq...
Qoca dünya gül becərə
bilirsə
Neçə
vaxtdır fikri çıxmır başımdan,
hər
kəs bunu bir tərəfə yozmasın,
bir
gözəli xəbər aldım qonşudan,
söyləmiş ki, "əhvalımı pozmasın!".
Hər
çiçəyin balı bir cür dad
verər,
hər
diləyə hər kəs bir cür ad verər,
çox
zərifdir, rüzgardan da çat verər,
sevən
- eşqi ürəyinə yazmasın!
İstəmərəm
məni yadlar yaşatsın,
hər
binəva arxamca bir daş atsın,
şairlərə dövran hər şey daşıtsın,
qəm
yükünü kürəyinə yazmasın!
Dar
ağacı eləyəcəm dorumu
qarışdırsam bulanlıqla - durumu,
qələmimlə özüm qazım gorumu,
qürbət ellər məzarımı qazmasın.
Hələ
gözlə, yaşıl qönçə qabarsın,
çiçək gəzən - açılanı qoparsın
bələdçimiz elə yerlə aparsın,
çaş-baş olub özü yolda azmasın.
Necə
susum, qəlbin təbi gəlirsə,
qələm əhli sevilməkçün ölürsə!
Qoca
dünya gül becərə bilirsə,
Vahid Əziz nə cür nəğmə yazmasın?
Məni
Sevdirib
tanıtdı mənə Tanrını,
körpəykən gəzdirən qucaqlar məni,
hələ də isidir yazıq canımı
çoxdan kül bağlayan ocaqlar mənim.
Köçəri
quşlartək günlər uçardı,
böyüklər ya ölər, ya qocalardı,
pendirli
dürməyi alıb qaçardı,
əlimdən-özümdən qoçaqlar mənim.
Yamaqlı olsa da pencəklə -
köynək,
fikrini
çəkməzdik, "nə cür geyinək?",
sevgidən anladım - hardadır ürək!
hələ də yadımda o çağlar mənim.
Səadət
ulduzum, bu canı yanmış,
bilməzdim bu qədər uzaqdaymış!
heç
demə, müsibət qabaqdaymış;
bezdirdi
suallar, soraqlar məni.
Bəxtəvər
o kəsdir - sevilən ola,
dünyadan köçəndə el yola sala,
qoymazlar
məzarım qaranlıq qala
burda
yandırdığım çıraqlar mənim!
Təqsirim
olubsa, keçməyin üzdən!
ucaldım, nakəslər saldıqca gözdən,
Yurduma bu
qalar Vahid Əzizdən,
Sərvətim
- yazdığım varaqlar mənim...
Gəmiçi, qəlbimi üfüqə
apar
Gəmiçi,
qəlbimi üfüqə apar,
ordan səmalara
ucalır Xəzər,
bəyaz
saçlar kimi qıvrım dalğalar,
elə
bil sahildə qocalır Xəzər.
Gecələr
nurlardan xalı toxuyur,
Bakımız
gah ətir, gah neft qoxuyur,
bəzən sübhə kimi şəhər oxuyur,
coşan
ləpələrlə əl çalır Xəzər.
Yaşadım. Arzumda, muradımda sən,
harda
olsam belə, hey... yadımda sən,
bu
gün təqvimim də, saatım da sən,
sən
bilən, səhərə nə qalır, Xəzər?
Danışmır,
dayanıb üstündə zaman,
hər
şıltaq dalğanın nəfəsi dərman.
sənsən yer üzündə ən böyük liman,
Günəş sahilinə yan alır, Xəzər.
Gəlir,
qaranlığı yenə qovaraq,
şəfəqlər qaynaşar - alovlu, qıvraq,
sənin
nəfəsindir, Günəşdən qabaq
şəhərin üstünü çən alır, Xəzər.
Uzaqdan
çağırır bəyaz qağayı,
gəlir
yola salıb səmadan Ayı,
sən
Allah, düz denən məndən savayı,
hər
gecə qonağın kim olur, Xəzər...
Sən demə
"Gedər-gəlməz"
olarsa yol, gəlinməz,
nə
özü var, nə cavabı zəngimə,
bunun
sonu nə olduğu bilinməz -
o son
görüş fəlakətmiş, sən demə!
Nazmı edir, ya qəlbinə söz dəyib?
Fələyə
bax, nə cür fürsət gözləyib!
sığalımdan barmağına köz dəyib,
toxunmağım qəbahətmiş, sən demə.
Tor
görürəm, gözlərimi çən döyür,
saçlarımın sığalını dən
döyür,
qəhərimə - "Can" deyənin arabir
mərhəməti bu qədərmiş, sən demə.
Müşkül
olar vüsalına çatmağım,
bir adətmi
yarı yolda atmağı?
həsrətinin zindanında tutmağı
günahıma bəraətmiş, sən demə!
Nə
vaxt olar yanağımı silməyi,
əzəlkitək danışmağı, gülməyi?
zalımlarçün; eşq yolunda ölməyi,
sevən
kəsə səadətmiş, sən demə!
Burulğanlı
dəryasında sevginin
fərq
eləməz - ya sən batdın, ya gəmin!
yar
yanında dolaşmağın bircə gün,
onsuz
ömrə bərabərmiş, sən demə.
Ovcum bir
yol əllərində isindi,
Vahid
Əziz, bu atəşlə gəz indi!
cavab
yazdı: "Bircə öpüş bəsindi..."
bu da bu
cür səxavətmiş, sən demə...
Qızarır dan yeri səhərə
yaxın
Üfüq
tala-tala, oyuq-oyuqdu,
qızarır dan yeri səhərə yaxın,
Günəş
də bilir ki, sular soyuqdu,
gəlir
yavaş-yavaş Xəzərə yaxın.
Tutqundu
indicə çəkdiyim şəkil,
sanki
islanmışam çiskində, sisdə,
səhər dumanında Bakı elə bil
yatmış qağayıdı suların üstə.
Gülləri
üşüdən meh də sərindi,
gümüş simavarı alovlar yaxır,
deyərsən - bu səhər şəhər mənimdi,
xeyli pəncərələr
üzümə baxır.
Hər
qaçan bir cürə dərir nəfəsin,
beş-on
cavan, qoca çıxıb bulvara,
qoy hələ
bir Günəş özünə gəlsin -
millətin yarası axacaq bura.
Cavanlar
yer gəzər daldalanmağa -
qaranlıq kölgələr məhəbbət yeri,
çayçı özgə cürə, çayxana başqa -
danışıq, zarafat, söz-söhbət yeri.
Küləklər
əlində bildirki xəzəl,
yazıq
hara qaçsın səhər çağında?
Bakının
yazı da, qışı da gözəl,
qalar hər
fəsildə yaraşığında.
Mənim
də üfüqtək eynim açılır,
get-gedə çəkilir səhər dumanı,
mürgü vura-vura xəyal aparır
kimisə
qatarla yola salanı...
Vahid Əziz
Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.- S.14-15.