Cəfər Cabbarlının sənət idealları müasir

dövrmövzusunda elmi sessiya keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər BölməsiCəfər Cabbarlının sənət idealları müasir dövrmövzusunda elmi sessiya təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli elmi sessiyanın Prezident İlham ƏliyevinCəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən təşkil olunduğunu qeyd edib. Sərəncam çərçivəsində respublikanın müxtəlif elmi-tədqiqat təhsil müəssisələrində, eləcə AMEA-da silsilə tədbirlər keçirildiyini deyən akademik sözügedən sənədin Cəfər Cabbarlı irsinə yeni yanaşmalara, eləcə onun itmiş əsərlərinin üzə çıxmasına təkan verdiyini söyləyib. O, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli tərəfindən ədibinKazım bəyromanının, indiyədək dərc edilməyən məktublarının tapıldığını tezliklə çap olunacağını diqqətə çatdırıb.

Akademik vurğulayıb ki, görkəmli ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Onun zəngin bədii irsi müasirliyini, aktuallığını həmişə saxlayır.

Cəfər Cabbarlının teatr kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışan akademik deyib ki, dramaturgiyamızın təşəkkülü yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan ədibin əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib. O, XX əsr Azərbaycan dramaturgiyasını yeni mərhələyə qaldırıb, sentimental, realist, romantik ədəbi cərəyanların ən mükəmməl nümunələrini yaradıb. YazıçınınOqtay Eloğlu”, “Almaz”, “Sevil digər pyeslərindəki vətənpərvərlik ruhu, qadın azadlığı ideyaları bu gün cəmiyyət üçün aktualdır. Ədib yeni obrazlar süjetlərlə ədəbiyyatımızı zənginləşdirib.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, Cəfər Cabbarlı öz əsərləri ilə yanaşı, digər dramaturqların əsərlərinə səhnə həyatı verib. Onun rejissorluq etdiyi tamaşalar uzun illər tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb.

Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli Cəfər Cabbarlının çoxşaxəli yaradıcılığından danışıb. Ədibin yaradıcılığının əsas qayəsini yenilik, müasirlik uğrunda mübarizə təşkil etdiyini, onun şəxsiyyət azadlığı, humanizm, milli azadlıq və istiqlal ideallarının carçısı olduğunu söyləyib. Qeyd edib ki, Cəfər Cabbarlı lirik şeirlərində romantik, satirik şeirlərində Mirzə Ələkbər Sabir, Molla Nəsrəddin ədəbi məktəblərinin nümayəndəsi kimi çıxış edib.

Elmi sessiyada, həmçinin filologiya elmləri doktoru, professor Şirindil Alışanlının “Cəfər Cabbarlının sənəti zamanın sınağında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarlının “Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilovun “Cəfər Cabbarlının yaradıcılığında dövrün sosial-mədəni refleksləri” və filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın “Cəfər Cabbarlının arxivində ədəbi məktublar” mövzusunda məruzələri dinlənilib.

Sessiya çərçivəsində ədibin əsərlərindən ibarət sərgi də təşkil olunub.

Sonda “Zülmətdən doğan işıq” sənədli filmi nümayiş olunub.

 

Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.- S.20.