Düşəcək
Çıxarıb başından Ayı
tac kimi,
Gecə öz taxtından dalğın düşəcək.
Uca zirvədəki o duman, o çən
Bir azdan dərəyə yorğun
düşəcək.
Şəlalə bürünüb qızıl
şəfəqə,
Qayadan tərtəmiz,
durğun düşəcək.
Xəlvətcə bir gülün
öpdüm üzündən,
Bülbüllər eşitsə qırğın
düşəcək.
Yuxuma daş atan həsrət
Sənsiz
qəm rənginə boyanıb günüm,
Çətinə düşmüşəm əməlli-başlı.
Yuxum qaranquşdur elə bil, gülüm,
Həsrətsə uşaqdır - əlləri
daşlı.
Get-gedə soluxan üzümə baxmır,
Tamam biganədir
qayğılarıma.
Ərköyün həsrətin sözümə
baxmır,
Hər axşam
daş atır yuxularıma.
Yenə
gecə keçir, fikrə getmişəm,
Gözümün önünə gəlir ötənlər.
Uşaqkən anamdan çox eşitmişəm:
"Quşlara daş
atma qarğış edərlər".
Gülüm, mən dözərəm,
darıxma qəti,
Şikayət etmərəm özgəyə,
yada.
Ondan qorxuram ki, nadinc
həsrəti
Qaranquş yuxumun qarğışı
tuta.
Bənövşə
Bir zindandır kol dibi,
Həsrət qalıb günəşə.
Eşqinin ucbatından,
Bu zindana atılmış,
Şah qızıdır
bənövşə.
Tikanlar cəllad kimi,
Qəsdinə duracaqlar.
Elə əyib başını,
Deyirsən ki, indicə,
Boynunu vuracaqlar.
Daha çox sevirəm
Bir söz deyəcəyəm,
eşitsə nadan,
Gülüb boylanmasın sola-sağa çox.
Mən barsız ağacı bar ağacından
Daha çox
sevirəm, bəli, daha çox.
Nə təhər sevməyim mən onu, dostlar,
Gözüm önündədir ilin hər çağı.
Şeirlər yazdığım ağ-ağ
kağızlar,
Barsız ağaclardan düzəlir
axı.
Bu kağız olmasa neyləyərəm mən,
Qəfil dolu sinəm çatlaya bilər.
Bəlkə də ürəyim
söz təzyiqindən,
Uşaq şarı kimi partlaya bilər.
Qoy bar ağacları küsməsin
məndən,
Versin məhsulunu
hey qucaq-qucaq.
Meyvəsiz dözərəm, nə
qədər desən,
Keçinə bilmərəm kağızsız
ancaq.
Ən yaxşı elçi
Sevən
ürəklərin çoşsun
sevinci,
Yollara səpməyə
gül-çiçək dərin.
Vallah, məhəbbətdir ən
yaxşı elçi,
Əvvəl qız evinə onu göndərin.
Qoymayın şübhələr gəlsin yaxına,
Gözlər iftixarla, inamla dolsun.
Elə üzük taxın qız barmağına,
Üstündə məhəbbət şöləsi
olsun.
Axsın
bəbəklərdən alovlu
bir hiss,
Doyunca sındırsın
qohum, qardaş da.
Çağırın toylara məhəbbəti siz,
Buyurub əyləşsin
yuxarı başda.
Şirin
bir nəğməyə
bürünsün aləm,
Arzulu könüllər
arzuya yetsin.
Kişilər inciməz, yəqin
ki, desəm:
Hər evdə
məhəbbət böyüklük
etsin.
Daim inci düzsün ömrün sapına,
Biz ona güvənək
darda, çətində.
Dövlət qanunutək ev kitabında,
Qoy adı yazılsın məhəbbətin
də.
Ana qəlbi
Ağ kəpənək görüb
çınqıllı yolda,
Sevincdən özünü itirdi uşaq.
Ananın
əlindən çıxıb
bir anda,
Kəpənək dalınca götrüldü
uşaq.
Ana kağız kimi ağardı birdən,
Həyəcan içində gözünü
yumdu.
Bu vaxt ana qəlbi
çıxıb sinədən,
Tələsik uşağın dalınca
cumdu.
Bir qorxu iynətək beyni sancırdı,
Narahat vururdu ananın qəlbi.
Kəpənək dalınca uşaq
qaçırdı,
Uşağın dalınca ananın qəlbi.
Susub dayanmışdım mən
baxa-baxa,
Duyanlar halımı hiss edib anlar.
Titrək
ana qəlbi çatdı uşağa,
İndi də yanbayan qaçırdı onlar.
Uşaq
qanadlanıb, sanki uçurdu,
Güc gərək
onunla yarışmaq üçün.
Yanında bir ana qəlbi qaçırdı,
Büdrəsə qolundan yapışmaq üçün.
Qayış
Yenə
yada düşdü doğma bir qayış,
Gərək bağışlasın saçımdakı
dən.
Bəzən o qayışdan söz
düşən kimi,
Qaçıb gizlənərdim qonşularda
mən.
Atam yatmayınca dönməzdim
evə,
Nəfəsim papiros qoxulu idi.
Kəndə su verməyən
əjdahadan da,
Mənimçün o qayış qorxulu idi.
Yanıb
göynəyərdi çılpaq
qıçlarım,
Beləcə əhdimi kəsərdi qayış.
Havada qıvrılıb açılan
zaman,
Aldığım ikiyə bənzərdi qayış.
Şuluqluq etməyin ləzzəti
başqa,
Dinc durmaq qəlbimi yaman sıxardı.
Qonşunun bağında sınan
budağın,
Məndən hayıfını qayış
çıxardı.
Səssizcə girərdim yorğanın
altda,
Anamın əlilə sığallanardım.
Axır
öz işini görərdi qayış,
Bir-iki günlüyə
ağıllanardım.
Elə söhbət açar ötən çağlarım,
Kövrək xatirələr bağrımı
didər.
Məni
qayış ilə döyərdi atam,
İndi həsrət döyür atamdan betər.
Atamın adı
Günahsız qəlbimi kövrəltdin
yaman,
Sənin eşitdiyin tamam düz deyil.
Doğmaca atamın adıdır
Soltan,
Vallah, göydəndüşmə
təxəllüs deyil.
Ömrümün davamı sayılsın
ömrüm,
İnsançün nə var ki,
həyatdan baha.
Yan-tökül, ey bizi ayıran ölüm,
Adımız əbədi qovuşub daha.
Əzizdir yazdığım bütün
şeirlər,
Sözün nəfəsindən közərən
odam.
Hərdən çaşıb mənə
Soltan deyirlər,
Sanıram məzarda diksinir atam.
Qorxub çəkilmərəm bir
addım dala,
Kəssə də qarşımı qatı duman-çən.
Biz qoşa çıxırıq
bu çətin yola,
Yəqin, ona görə ürəkliyəm mən.
Halal zəhmətimlə tutum yerimi,
Sinəm tükənməyən sevinclə
dolsun.
Mənim
adıma çıx zəif şeirimi,
Yaxşı şeirlərim atamın olsun.
Gəzirəm dünyada gözü,
könlü tox,
Arzumun ümiddən
qol-qanadı var.
Ürəksiz yazmağa ixtiyarım
yox,
İmzamda atamın əziz adı var.
Sənsiz
Sanki quru ağac oldum,
Əhvalım qarışdı, gülüm.
Həsrət üzüm tənəyitək,
Gövdəmə sarışdı, gülüm.
Arzum canıyla əlləşir,
Quzu hisslərim mələşir,
Dərd
ürəyimlə güləşir,
Sinəmdə yarışdı, gülüm.
Təkəm şübhə qalasında,
Əksin
gözüm qarasında,
Ümidim
qəm çalasında,
Bir nazik qamışdı, gülüm.
Bölüşürəm könlüm ilə,
Necə
deyim dilim ilə,
İndi
bildim ölüm ilə,
Aram bir qarışdı,
gülüm.
Ürək nəğmə demir
sənsiz,
Günüm olub kömür
sənsiz,
Acı çaydı ömür sənsiz,
Gəl, qənd
at, qarışdır, gülüm.
Mənə yamanlıq diləmə,
Zəndimi peşman eləmə,
Ocağıma su çiləmə,
Üfürüb alışdır, gülüm.
Rauf SOLTAN
Təqdim etdi: Tural Adışirin
Ədəbiyyat qəzeti.- 2019.- 27 aprel.- S.29.