Qərib
axşamlar
- Alo!
Qadın onun
üçün doğma və əziz səsi tanıdı. Əlləri əsdi.
- Sənsən? Hardasan?
- Lap yaxında - dedi kişi,
- sənin iş yerinə lap yaxın.
- Gəncədəsən? - sordu qadın, - doğrudan Gəncədəsən?
- İnanmırsan?
- Nə yaxşı! Onda
düşürəm aşağı.
- Zarafat edirəm. Bir az
uzaqdayam. Bir azdan düşərsən. Haçanacan işdəsən?
- Sən haçanacan istəsən.
- Sağ ol, - dedi kişi.
- İndi gedirsen? - həyəcanla
soruşdu qadın. - Haçan gəlmisən?
- Elə bu dəqiqə. Gələn kimi sənə zəng vurdum. Qorxdum işdən çıxarsan. Görə bilmərəm.
- Yarım saatdan sonra
aşağıdayam.
- Gəlirəm
...Onlar görüşdülər. Kişiyə elə gəlirdi ki, qadının sifəti
işıqlanıb. Gözlərinə nur gəlib
- Nə yaxşı təksən
otağında?
- Mən həmişə təkəm
- dedi qadın
- Ancaq səni görməyə gəldim,
- dedi kişi.
- Bacara bilmədim özümlə.
- Kiminlə gəlmisən?
- Yoldaşım da mənimlədir.
- Onu da gətirəydin özünlə.
- Gələn kimi qoydum anasıgilə.
Tez sənə zəng vurub yanına
qaçdım.
- Bilmədi?
- Ağlına gəlməz
- Nə var, nə yox?
- Səndən başqa heç nə
yoxdur dünyada. Sən varsan - hər şey var! Qəribədir,
bir an da olsun yadımdan
çıxmırsan. Axşamlar daha dəhşətli
olur. Qərib, qürbət ölkədə
yeganə təsəllim sənsən.
- Haçan gedəcəksən? - sanki qadın onun dediklərinin fərqinə
varmırdı.
- İndi gəlməmişəm? İstəyirsən
bu saat çıxım gedim?!
- Elə demədim.
- Axşamlar daha dəhşətli
olur, - kişi ürəyini boşaltmaq istədi.
- Qərib axşamlar... xırmanın ətrafında böcəklər
nəsə özlərinin ədəbi nəğmələrini
oxuyurlar. Mən də taxıl taylarının
yanına uzanıram, əllərimi çarpazlayıb
başımın altına qoyuram. Ulduzlara,
Aya tamaşa edə-edə səni düşünürəm.
Bilirəm ki, həmin anlarda sən eyvanınızda oturub....
- "Səni
düşünürəm..." - demək istədi
qadın. Susub kişiyə qulaq asdı. "İlahi,
bu kişilər necə də ürəklidirlər.
Ürəklərinə nə gəlir danışa bilirlər...
hisslərini, duyğularını, istəklərini necə də
açıb danışa bilirlər...".
- Haçan gedəcəksən? - soruşdu qadın.
- Bu saat. Deyəsən,
səni narahat etdim. Elə soruşursan ki,
haçan gedəcəyəm.
- O mənada soruşmuram - qadın
köksünü ötürdü.
- Axşam gələrsən bizə.
- Yox. Gələ bilmərəm, -
dedi kişi. - Ərindən
utanıram. Gəlmək istəsəm də
gələ bilmərəm.
- Mən istəyirəm ki, gələsən.
Çıxırsan sözümdən?
- Sözün mənim
üçün əmrdir. Amma ...
- Gələrsən, - dedi qadın. - İstəyirəm ki, gələsən.
- Çox pis oldu, - dilləndi kişi.
- Çox pis oldu, - deyə qadın
da köksünü ötürdü.
- Nə pis oldu? - soruşdu
kişi.
- Elə pis oldu dediyin. Bilmirsən?
- Bildim. Gərək bu
həddə gəlib çıxmayaydı. Mən əvvəllər, etiraf edirəm, sənə
elə - belə, adi bir qadın kimi baxırdım.
Ötəri bir həvəslə, bir kişi
kimi... amma sonra...
- Sonra nə oldu?
- Sonra baxıb gördüm ki...
gördüm ki, sənsiz yaşamaq olmur...
- Pis oldu, - dedi qadın.
- Başqa qadınlara baxanda da səni
görürəm. Çiçəyə,
gülə, dağlara, daşlara baxanda səni görürəm.
İşləyə də bilmirəm.
- Və bezirsən, eləmi?
- Nə danışırsan? Heç demirsən ki, otur. Ayaq
üstə saxlamısan məni.
- Ah... unutmuşam. Otur.
Amma oturmadı kişi.
- İcazə ver sənə
bir söz deyim. Amma acığın tutmasın ha.
- Xahiş edirəm, lazım deyil, -
dedi qadın
- Guya bilirsən nə deyəcəyəm?
Qadın
yaylığını çıxarıb gözlərini
sildi. Və kişiyə elə gəldi ki, qadının
kirpikləri nəmlidir.
- Xətrinə dəydim?
Bağışla, - dedi kişi. -
Çıxıb gedirəm.
- Hər şeyi açıq
danışa bilmirlər yazıq qadınlar...
- Hə?
- Hə! Yazıq pərvanələr
özlərini çıraqa atıb yandırırlar. Amma çırağın bundan xəbəri olmur.
İllərlə belə olur. Biri
yanır, biri isə...
- Doğrudan? - güldü
qadın. - Bəlkə çıraq o pərvanələrdən
də betər yanır?
- İnanmıram, - dedi kişi.
Qadın ayağa durdu. - Getmirsən?
- Haraya?
- Mən evə gedirəm. Sevinirəm ki, gəlmisən. Məni
yorma. Axşam gəl.
- Sağlıq olsun.
- Nə sağlıq. Gözləyəcəyəm.
- Hamı evdə olacaq?
- Bəs necə? İstəyirsən
ki, heç kim olmasın?
- Elə demək istəmirəm... Ərindən utanıram. Gəlmək
istəyirəm. Amma axı, ayıbdır.
Hər dəfə Gəncəyə gələndə
sizə gəlirəm. Onun taleyinə şərik
çıxmaq istəmirəm.
- Bezmisən?
- Elə demədim.
Bayıra
çıxdılar. Qadın ayrılarkən yenə dedi:
- Bax gəl ha.
Kişi onun arxasınca
addımladı:
- Gəl otur aparım. Maşınlayam.
- Xahiş edirəm, üz vurma. Sən deyirsən, sözündən çıxa
bilmirəm. Çıxandan da sonra... "əzabını
çəkirəm" - demək istədi.
- Di sağ ol. Sağ əlini
uzatdı. Qadın əlini çəkdi.
- Amma həmişə sözümdən
çıxmısan. Ürəyin daşdı.
Ayrıldılar.
Qadın xeyli getdikdən
sonra, sanki nəsə itirmiş kimi geri boylandı. Adamların
arasında onu axtarmağa başladı. Sanki
uzun illərdir ki, onu görmürdü.
Geri qayıdıb kişini
axtardı. Amma elə görə bilmirdi ki, bilmirdi.
- Xanlar!
Yad kişi ona
baxa-baxa gülümsündü.
- Bağışlıyın.
Elə bil ki, ən əziz
adamın tapmış, ömürlük də itirmişdi. "Nə pis
oldu. Nə pis qarşıladım onu...".
Nəsə ürəyində
yanır... yanır... yanırdı.
İllərlə onun həsrətini
çəkməmişdimi?
Onun sözlərini dinləmək həsrəti
ilə yanmırdımı?..
Onunla
yağışlı-çiskinli günlərdə şəhərin
küçələrini dolaşmaq istəmirdimi?..
Yuxusunu, rahatlığını
almamışdımı əlindən bu itirdiyi adam? O isə görünmürdü.
- Xanlar?!
Ürəyindəkiləri
bir-bir ona danışmaq istəyirdi.
Amma o da başqasının
idi. Bu da...
Amma biz ürəyimizdəkiləri
həmişə danışa bilirikmi?
Ürəyimiz gözəl
duyğuların, deyiləsi şirin sözlərin, şirin
söhbətlərin qəbiristanlığına
dönmürmü?!
- Xanlar!
- Noolub? Səhərdən
sənə baxıram, məni görmürsən?
- Xanlar ...
Kişini qucaqlamaq, onun sinəsinə
sığınmaq istədi...
- Elə bildim getmisən, Xanlar...
- İstər-istəməz getməliyəm
axı...
- Xanlar! - qadın
sağ əlini irəli uzatdı. - Salam! İncidin
məndən? Küsmə. Di, sıx əlimi. - Sol əlini də irəli
uzatdı. - Al, bunu da sıx!
Onun əlləri qar üstə
düşmüş qovaq yarpaqlarına oxşayırdı.
Kişi bu əlləri sinəsinə
sıxdı.
Sonra da dodaqlarına yaxınlaşdırdı.
Kimsə onlara baxıb
gülə-gülə aralandı.
- Söz verirsənmi axşam gəlməyinə?
- Söz verirəm. Hər
dəfə deyirsən. Sözündən
çıxdığım vaxt olub?
- Qorxuram ki, gəlməyəsən.
İstəyirəm ki, gələsən, Xanlar! İncidin
məndən?
- Haqqım yox inciməyə...
Axı, sən başqasınınsan...
- Qürbətdə çoxmu
darıxırsan mənim üçün, Xanlar? Çoxmu darıxırsan? "Məni
də apar özünlə", - demək istədi. Söz boğazında qaldı.
- Sənin yolunda hər şeyə
hazıram, - dedi kişi. -
İşdən çıxmağa da, ailəni
dağıtmağa da. Hər şeyə
hazıram. Amma sənin ailə xoşbəxtliyinə
toxunmaq istəmirəm. Yadındamı, bir dəfə
dedin: mənim balalarıma qıyma. Qıymadım.
Qiymıram balalarına və ailənə...
- Demək belə. Söz
verdin axşam gəlməyinə.
- Sözsüz! Nə qədər
demək olar axı?
- Ürəyimə damıb ki, gəlməyəcəksən.
Mənsə istəyirəm gələsən.
- Dünya dağılsa da gələcəyəm.
Ayrıldılar.
Yağış çiləyirdi.
Yağış
qadının saçlarına, əllərinə, ürəyinə
yağırdı. Amma soyuda bilmirdi onun
yanğısını. Qadın
dönüb yenə geri baxdı. Gedə
bilmirdi. Kişi də dayanıb onun
arxasınca baxdı. Qadın dönüb kişiyə
yaxınlaşdı:
- Sevirsən məni, Xanlar?!
- Soruşursan da?
- Bu yaşda sevgi?
- Sevgi insanın ömür dostudur. Su quşu. - Qadın bu sözdən
xoşlandı. Həmişə kişi
ona deyərdi ki. Sən su quşu kimi ürkək
və qorxaqsan. - Sevgisiz yaşamaq ölmək deməkdir.
Su quşu!
- Axşam tez gələrsən. Evə
dəy və gəl!
- Vərəqə də evdədir?
- Yox! - dedi qadın. Sanki
yüngülləşdi. - Evdə olmayacaq. Bunu istəyirsən?
Kişi, sanki sevindi.
- Haradadır o?
- Xəstəxanada. Kor
bağırsağını kəsiblər dünən.
- Nə pis oldu... - dedi kişi.
- Ərin evdə yox... mənsə... bu daha pis.
- Gəl. Gəl. Bilirsən, bu
günü nə qədər gözləmişəm. Gəl! "Amma demədi bu sözləri qadın.
Yanan ayaqlarında yaş damlaları
yağış damlalarına qarışmışdı.
- Apar məni özünlə, Xanlar".
Qadın xeyli
aralanmışdı. İndi də kişi onun
arxasınca düşdü. Onun çiyinlərindən
yapışıb dedi:
- Sağ ol, Su quşu. Qoy sənə
doyunca baxım
- Noolub axı, Xanlar!
- Qoy doyunca baxım sənə.
- Ayrılırıq? Elə
indi? Burada?
- Qoy doyunca baxım sənə, Su
quşu. - Əlindəki keçmiş
dırnaq izlərini göstərdi. - Görürsən
bunu? Sənin dırnaq izlərindir.
Bunlardan ürəyimdə də var, Su quşu..
- Xanlar, xahiş edirəm...
- Sən başqasının xoşbəxtliyisən
Su quşu. Başqasının xoşbəxtliyinə
şərik çıxmaq günahdan da betərdi. Qorx məndən,
hürk, qaç məndən, Su quşu!
Qadın onun qoluna girdi.
- Yaman həyəcanlanmısan, Xanlar.
Bax, nə deyirsən edirəm. Qoşa gedək bizə. Sən
yanımdasan və mən kimsədən qorxmuram.
Qorxmuram, Xanlar, inanırsan?
- Gəl səni maşında bir azca
gəzdirim.
- Səninlə dünyanı
dolaşmağa belə hazıram.
- Nə pis oldu, - dedi kişi.
- Elə lap yaxşı oldu, - dedi
qadın.
- İndi gedirsən mənimlə,
ya axşam gələcəksən?
- Qoy doyunca baxım sənə, Su
quşu... - Burax qolumu. Mən çıxıb
gedəcəyəm. Axı, sənin
üçün çətin olacaq. Söz
edəcəklər.
- Qorxmuram. Səni
çox incitmişəm. Bağışla məni....
- Elə demə.... Sən həmişə
mənə yaxşılıq etmisən...
- Axşam gəl. Gözləyəcəm.
- Gələcəyəm.
- Mütləq gəl, - dedi qadın.
- Mütləq. "Evdə təkəm" -
son sözü deməyi qadın ləyaqətinə
sığışdırmadı.
- Qoy doyunca baxım, - dedi kişi.
- Axşam. Mütləq gələrsən,
- dedi qadın.
- Mütləq gələrəm, -
dedi kişi.
Və getmədi...
- Alo!
Qadın onun
üçün doğma və əziz səsi tanıdı. Əlləri əsdi.
- Sənsən? Hardasan?
- Lap yaxında - dedi kişi,
- sənin iş yerinə lap yaxın.
- Gəncədəsən? - sordu qadın, - doğrudan Gəncədəsən?
- İnanmırsan?
- Nə yaxşı! Onda
düşürəm aşağı.
- Zarafat edirəm. Bir az
uzaqdayam. Bir azdan düşərsən. Haçanacan işdəsən?
- Sən haçanacan istəsən.
- Sağ ol, - dedi kişi.
- İndi gedirsen? - həyəcanla
soruşdu qadın. - Haçan gəlmisən?
- Elə bu dəqiqə. Gələn kimi sənə zəng vurdum. Qorxdum işdən çıxarsan. Görə bilmərəm.
- Yarım saatdan sonra
aşağıdayam.
- Gəlirəm
...Onlar görüşdülər. Kişiyə elə gəlirdi ki, qadının sifəti
işıqlanıb. Gözlərinə nur gəlib
- Nə yaxşı təksən
otağında?
- Mən həmişə təkəm
- dedi qadın
- Ancaq səni görməyə gəldim,
- dedi kişi.
- Bacara bilmədim özümlə.
- Kiminlə gəlmisən?
- Yoldaşım da mənimlədir.
- Onu da gətirəydin özünlə.
- Gələn kimi qoydum anasıgilə.
Tez sənə zəng vurub yanına
qaçdım.
- Bilmədi?
- Ağlına gəlməz
- Nə var, nə yox?
- Səndən başqa heç nə
yoxdur dünyada. Sən varsan - hər şey var! Qəribədir,
bir an da olsun yadımdan
çıxmırsan. Axşamlar daha dəhşətli
olur. Qərib, qürbət ölkədə
yeganə təsəllim sənsən.
- Haçan gedəcəksən? - sanki qadın onun dediklərinin fərqinə
varmırdı.
- İndi gəlməmişəm? İstəyirsən
bu saat çıxım gedim?!
- Elə demədim.
- Axşamlar daha dəhşətli
olur, - kişi ürəyini boşaltmaq istədi.
- Qərib axşamlar... xırmanın ətrafında böcəklər
nəsə özlərinin ədəbi nəğmələrini
oxuyurlar. Mən də taxıl taylarının
yanına uzanıram, əllərimi çarpazlayıb
başımın altına qoyuram. Ulduzlara,
Aya tamaşa edə-edə səni düşünürəm.
Bilirəm ki, həmin anlarda sən eyvanınızda oturub....
- "Səni
düşünürəm..." - demək istədi
qadın. Susub kişiyə qulaq asdı. "İlahi,
bu kişilər necə də ürəklidirlər.
Ürəklərinə nə gəlir danışa bilirlər...
hisslərini, duyğularını, istəklərini necə də
açıb danışa bilirlər...".
- Haçan gedəcəksən? - soruşdu qadın.
- Bu saat. Deyəsən,
səni narahat etdim. Elə soruşursan ki,
haçan gedəcəyəm.
- O mənada soruşmuram - qadın
köksünü ötürdü.
- Axşam gələrsən bizə.
- Yox. Gələ bilmərəm, -
dedi kişi. - Ərindən
utanıram. Gəlmək istəsəm də
gələ bilmərəm.
- Mən istəyirəm ki, gələsən.
Çıxırsan sözümdən?
- Sözün mənim
üçün əmrdir. Amma ...
- Gələrsən, - dedi qadın. - İstəyirəm ki, gələsən.
- Çox pis oldu, - dilləndi kişi.
- Çox pis oldu, - deyə qadın
da köksünü ötürdü.
- Nə pis oldu? - soruşdu
kişi.
- Elə pis oldu dediyin. Bilmirsən?
- Bildim. Gərək bu
həddə gəlib çıxmayaydı. Mən əvvəllər, etiraf edirəm, sənə
elə - belə, adi bir qadın kimi baxırdım.
Ötəri bir həvəslə, bir kişi
kimi... amma sonra...
- Sonra nə oldu?
- Sonra baxıb gördüm ki...
gördüm ki, sənsiz yaşamaq olmur...
- Pis oldu, - dedi qadın.
- Başqa qadınlara baxanda da səni
görürəm. Çiçəyə,
gülə, dağlara, daşlara baxanda səni görürəm.
İşləyə də bilmirəm.
- Və bezirsən, eləmi?
- Nə danışırsan? Heç demirsən ki, otur. Ayaq
üstə saxlamısan məni.
- Ah... unutmuşam. Otur.
Amma oturmadı kişi.
- İcazə ver sənə
bir söz deyim. Amma acığın tutmasın ha.
- Xahiş edirəm, lazım deyil, -
dedi qadın
- Guya bilirsən nə deyəcəyəm?
Qadın
yaylığını çıxarıb gözlərini sildi. Və
kişiyə elə gəldi ki, qadının kirpikləri nəmlidir.
- Xətrinə dəydim?
Bağışla, - dedi kişi. -
Çıxıb gedirəm.
- Hər şeyi açıq
danışa bilmirlər yazıq qadınlar...
- Hə?
- Hə! Yazıq pərvanələr
özlərini çıraqa atıb yandırırlar. Amma çırağın bundan xəbəri olmur.
İllərlə belə olur. Biri
yanır, biri isə...
- Doğrudan? - güldü
qadın. - Bəlkə çıraq o pərvanələrdən
də betər yanır?
- İnanmıram, - dedi kişi.
Qadın ayağa durdu. - Getmirsən?
- Haraya?
- Mən evə gedirəm. Sevinirəm ki, gəlmisən. Məni
yorma. Axşam gəl.
- Sağlıq olsun.
- Nə sağlıq. Gözləyəcəyəm.
- Hamı evdə oacaq?
- Bəs necə? İstəyirsən
ki, heç kim olmasın?
- Elə demək istəmirəm... Ərindən utanıram. Gəlmək
istəyirəm. Amma axı, ayıbdır.
Hər dəfə Gəncəyə gələndə
sizə gəlirəm. Onun taleyinə şərik
çıxmaq istəmirəm.
- Bezmisən?
- Elə demədim.
Bayıra
çıxdılar. Qadın ayrılarkən yenə dedi:
- Bax gəl ha.
Kişi onun arxasınca
addımladı:
- Gəl otur aparım. Maşınlayam.
- Xahiş edirəm, üz vurma. Sən deyirsən, sözündən çıxa
bilmirəm. Çıxandan da sonra... "əzabını
çəkirəm" - demək istədi.
- Di sağ ol. Sağ əlini
uzatdı. Qadın əlini çəkdi.
- Amma həmişə sözümdən
çıxmısan. Ürəyin daşdı.
Ayrıldılar.
Qadın xeyli getdikdən sonra,
sanki nəsə itirmiş kimi geri boylandı. Adamların
arasında onu axtarmağa başladı. Sanki
uzun illərdir ki, onu görmürdü.
Geri qayıdıb kişini
axtardı. Amma elə görə bilmirdi ki, bilmirdi.
- Xanlar!
Yad kişi ona
baxa-baxa gülümsündü.
- Bağışlıyın.
Elə bil ki, ən əziz
adamın tapmış, ömürlük də itirmişdi. "Nə pis
oldu. Nə pis qarşıladım onu...".
Nəsə ürəyində
yanır... yanır... yanırdı.
İllərlə onun həsrətini
çəkməmişdimi?
Onun sözlərini dinləmək həsrəti
ilə yanmırdımı?..
Onunla
yağışlı-çiskinli günlərdə şəhərin
küçələrini dolaşmaq istəmirdimi?..
Yuxusunu, rahatlığını
almamışdımı əlindən bu itirdiyi adam? O isə görünmürdü.
- Xanlar?!
Ürəyindəkiləri
bir-bir ona danışmaq istəyirdi.
Amma o da başqasının
idi. Bu da...
Amma biz ürəyimizdəkiləri
həmişə danışa bilirikmi?
Ürəyimiz gözəl
duyğuların, deyiləsi şirin sözlərin, şirin
söhbətlərin qəbiristanlığına
dönmürmü?!
- Xanlar!
- Noolub? Səhərdən
sənə baxıram, məni görmürsən?
- Xanlar ...
Kişini qucaqlamaq, onun sinəsinə
sığınmaq istədi...
- Elə bildim getmisən, Xanlar...
- İstər-istəməz getməliyəm
axı...
- Xanlar! - qadın
sağ əlini irəli uzatdı. - Salam! İncidin
məndən? Küsmə. Di, sıx əlimi. - Sol əlini də irəli
uzatdı. - Al, bunu da sıx!
Onun əlləri qar üstə
düşmüş qovaq yarpaqlarına oxşayırdı.
Kişi bu əlləri sinəsinə
sıxdı.
Sonra da dodaqlarına yaxınlaşdırdı.
Kimsə onlara baxıb
gülə-gülə aralandı.
- Söz verirsənmi axşam gəlməyinə?
- Söz verirəm. Hər
dəfə deyirsən. Sözündən
çıxdığım vaxt olub?
- Qorxuram ki, gəlməyəsən.
İstəyirəm ki, gələsən, Xanlar! İncidin
məndən?
- Haqqım yox inciməyə...
Axı, sən başqasınınsan...
- Qürbətdə çoxmu
darıxırsan mənim üçün, Xanlar? Çoxmu darıxırsan? "Məni
də apar özünlə", - demək istədi. Söz boğazında qaldı.
- Sənin yolunda hər şeyə
hazıram, - dedi kişi. -
İşdən çıxmağa da, ailəni
dağıtmağa da. Hər şeyə
hazıram. Amma sənin ailə xoşbəxtliyinə
toxunmaq istəmirəm. Yadındamı, bir dəfə
dedin: mənim balalarıma qıyma. Qıymadım.
Qiymıram balalarına və ailənə...
- Demək belə. Söz
verdin axşam gəlməyinə.
- Sözsüz! Nə qədər
demək olar axı?
- Ürəyimə damıb ki, gəlməyəcəksən.
Mənsə istəyirəm gələsən.
- Dünya dağılsa da gələcəyəm.
Ayrıldılar.
Yağış çiləyirdi.
Yağış
qadının saçlarına, əllərinə, ürəyinə
yağırdı. Amma soyuda bilmirdi onun
yanğısını. Qadın
dönüb yenə geri baxdı. Gedə
bilmirdi. Kişi də dayanıb onun
arxasınca baxdı. Qadın dönüb kişiyə
yaxınlaşdı:
- Sevirsən məni, Xanlar?!
- Soruşursan da?
- Bu yaşda sevgi?
- Sevgi insanın ömür dostudur. Su quşu. - Qadın bu sözdən
xoşlandı. Həmişə kişi
ona deyərdi ki. Sən su quşu kimi ürkək
və qorxaqsan. - Sevgisiz yaşamaq ölmək deməkdir.
Su quşu!
- Axşam tez gələrsən. Evə
dəy və gəl!
- Vərəqə də evdədir?
- Yox! - dedi qadın. Sanki
yüngülləşdi. - Evdə olmayacaq. Bunu istəyirsən?
Kişi, sanki sevindi.
- Haradadır o?
- Xəstəxanada. Kor
bağırsağını kəsiblər dünən.
- Nə pis oldu... - dedi kişi.
- Ərin evdə yox... mənsə... bu daha pis.
- Gəl. Gəl. Bilirsən, bu
günü nə qədər gözləmişəm. Gəl! "Amma demədi bu sözləri qadın.
Yanan ayaqlarında yaş damlaları
yağış damlalarına qarışmışdı.
- Apar məni özünlə, Xanlar".
Qadın xeyli
aralanmışdı. İndi də kişi onun
arxasınca düşdü. Onun çiyinlərindən
yapışıb dedi:
- Sağ ol, Su quşu. Qoy sənə
doyunca baxım
- Noolub axı, Xanlar!
- Qoy doyunca baxım sənə.
- Ayrılırıq? Elə
indi? Burada?
- Qoy doyunca baxım sənə, Su
quşu. - Əlindəki keçmiş
dırnaq izlərini göstərdi. - Görürsən
bunu? Sənin dırnaq izlərindir.
Bunlardan ürəyimdə də var, Su quşu..
- Xanlar, xahiş edirəm...
- Sən başqasının xoşbəxtliyisən
Su quşu. Başqasının xoşbəxtliyinə
şərik çıxmaq günahdan da betərdi. Qorx məndən,
hürk, qaç məndən, Su quşu!
Qadın onun qoluna girdi.
- Yaman həyəcanlanmısan, Xanlar.
Bax, nə deyirsən edirəm. Qoşa gedək bizə. Sən
yanımdasan və mən kimsədən qorxmuram.
Qorxmuram, Xanlar, inanırsan?
- Gəl səni maşında bir azca
gəzdirim.
- Səninlə dünyanı
dolaşmağa belə hazıram.
- Nə pis oldu, - dedi kişi.
- Elə lap yaxşı oldu, - dedi qadın.
- İndi gedirsən mənimlə,
ya axşam gələcəksən?
- Qoy doyunca baxım sənə, Su
quşu... - Burax qolumu. Mən çıxıb
gedəcəyəm. Axı, sənin
üçün çətin olacaq. Söz
edəcəklər.
- Qorxmuram. Səni
çox incitmişəm. Bağışla məni....
- Elə demə.... Sən həmişə
mənə yaxşılıq etmisən...
- Axşam gəl. Gözləyəcəm.
- Gələcəyəm.
- Mütləq gəl, - dedi qadın.
- Mütləq. "Evdə təkəm" -
son sözü deməyi qadın ləyaqətinə
sığışdırmadı.
- Qoy doyunca baxım, - dedi kişi.
- Axşam. Mütləq gələrsən,
- dedi qadın.
- Mütləq gələrəm, -
dedi kişi.
Və getmədi...
Məmməd Namaz
Ədəbiyyat qəzeti.- 2019.- 3 avqust.- S.24.