Nikbinlik zəngi
Şair Oqtay
Rzanın xatirəsinə
1992-nin sonlarıydı,"Şur" nəşriyyatına
direktor təyin etmişdi məni
Mədəniyyət naziri Polad Bülbüloğlu.
Allah var adamın başının üstündə,
Özü də rüşvətsiz-filansız!
Əlində 50 min olanı yaxına qoymayıb:
- Mənə naşir lazımdı! - Demişdi!
Mən də "Yazıçı"dan gəlmişdim,
"İşıq"da işləmişdim,
Özünütərif olmasın -
cikini-bikini bilirdim nəşriyyat işinin.
Nazim
İbrahimovun idarəçilik məktəbi,
Əjdər
Xanbabayevin naşirlik təcrübəsi
tutmuşdu əlimdən.
Əmrimi
alan günü - dar
axşamçağı
üç yerə böldüm
sevincimi -
Oqtay
Rzaydı, Şəmistan Nəzirliydi,
bir də
mən - "Neftçilər" metrosunun
çölə çıxışında durmuşduq,
üçümüz də sevinirdik.
Oqtay Rza hamımızdan çox sevinirdi.
Yerimi
qızdırmamış
"Vətən,
yas saxlama" kitabını
nəşr elədik ustadın,
verdik
ki, satıb, xərcini ödəsin.
Onda təzə-təzə
dəb olurdu
müəllifin öz kitabını satması.
Oqtay
müəllim də kitabları
götürüb sevinə-sevinə getdi.
Uzaqdan-yaxından
zəng eləyirdi hərdən:
- Qohum
(yoldaşı kürdəmirliydi,
məni
də qohum bilirdi özünə), -
balaca vətənə
gəlmişəm - Salyana,
yerin məlum
- rahatam.
Sənə
bir nikbinlik zəngi çalacam
bu
yaxınlarda, darıxma.
Həftənin
başı getmişdi, ayağı qayıtdı,
qapı
açıldı, danışa-danışa girdi otağa.
Yerimdən
durub qabağına yeridim,
hiss elədim
ki, kefi yoxdu.
- Ustad,
soyuqlayıb-eləyibsən nədi?!
- Kaş
elə olaydı!
-
Sözlü adama oxşayırsan?!
- Adı
mənə düşmədi kitabın!
Vətənə
təsəlli verirdim, "yas saxlama",
indi
özümə təsəlli verən gəzirəm. -
(Üzünə baxa-baxa qalmışdım.)
- İki
bağlama kitabdan
birini də
alan olmadı Salyanda...
Balaca bir
düzəliş verdim:
-
Kiçik vətəndə...
Məzəmmətlə
üzümə baxdı:
-
Görünür, kürü çox olanda,
Kitabdan
tox olurlar, - dedi!
Qəşəm
İsabəyli
Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.17.