"Tam ekran": Fikrin estetik cərrahiyyəsi
"Təkrarlanan tarix
fars olur.
Təkrarlanan fars tarix olur"...
Jan Bodliyar
Farsın tarix olma səbəbi
2019-cu ildə Latviya Universitetinin "İngilis
dili və ədəbiyyatı" fakültəsində
maraqlı və
nadir hadisə baş verib. Fakültənin magistr pilləsinin
"Mifologiya" və
"Tekstologiya" dərslərində
iştirak edən xanım Astrida Qobina ixtisasca hüquqşünasdır. Avropada bir çox nüfuzlu vəzifələrdə
çalışıb və
çalışır. Bəs onu ədəbiyyat dərslərinə çəkib
gətirən nədir?
Xanım
Qobinanın dərslərdə
həvəslə iştirakı,
mütaliəsi və
sualları fakültənin
professor-müəllim heyətini
də, tələbələri
də heyrətləndirir.
Maraqlıdır, qırx
yaşlı hüquq elmləri üzrə fəlsəfə doktoru Astrida Qobinanın magistr pilləsində təhsil alan
tələbələrin ədəbiyyat
dərslərində nə
işi var? "Hiss etdim ki, ruhum
zədələnib. Və onu
təmir etmək, ədəbiyyatla qidalandırmaq
istədim".
Fransız filosof Jan Bodliyar
"ruhun zədələnməsi"
haqqında hələ
24 il əvvəl
yazırdı. Bu vəziyyəti tam, bütöv,
dolğun ekranda çözməyə çalışırdı.
Bodliyar
"Tam ekran" kitabında
tibb, sosiologiya, psixologiya, tarix, politologiya, iqtisadiyyat, informatika və filologiya elmlərinin təhlil metod və prinsipləri ilə ruhun zədələnmiş vəziyyəti
üçün rekviyem
yazır. Filosof bütün
dünyanı bürüyən
transestetik və transseksual mənzərəni
ekranlaşdırır. Kitabın üslubu yüksək texnologiya dövrünə
xasdır. Kompüterlərin alqoritmik dili ilə uzlaşır.
Deməli, Liotarın kəhanəti
gerçəkləşir. Ədəbiyyat, fəlsəfə və sənət alqoritmləşir. Sosial media bu
həqiqəti daha da təsdiqləyir. Bodliyar ruhun zədələnməsinə
ümumi, banal təriflər
vermir. Ruhun və cismin
patologiyasını vizuallaşdırır.
Middlesex
Cinsiyyətin anatomiyası pozulub bu gün. Kişilik və
dişilik "orta cins"dədir. 1,5-lə 1, 7 arasında əziyyət çəkir. Həzm sistemi pozulub.
Ona görə də "hamımız transseksualıq".
Cinsiyyət fərqi tükənmək
üzrədir. Ədəbiyyat Prustun uzun və
şəhvətli cümlələrinin
dadına həsrət
qalıb. Zədələnmiş ruh immun sistemi
pozulan xərçəngli
bədənlə uzlaşır.
Laqeyd fanatizm
Terrorizm, şiddət və hipermodern hadisələrin
şaquli və üfiqi formaya salınması, ekranlaşması
özü ilə qeyri-müyyənlik sindromunu
gətirdi. Əvvəllər qeyri-müəyyənlik təkcə fizikanın sərhədləri daxilində
idi. Artıq o, bütün fəaliyyətlərin,
əməllərin və
hadisələrin mərkəzində,
gerçəkliyin tən
ortasında özünə
məskən salıb.
Nifrət və şiddət ümumi məzmundadır. Çünki terrorizm media tərəfindən
qanuniləşdirilir. Nifrət və şiddətin xarici görünüşü
terror aktlarıdır. Daxili, batini mahiyyəti isə narkotikdir. Fiziki və metafiziki bir uyuşma mexanizmi daima hərəkətdədir. Hər ikisi o qədər adiləşib ki, laqeydcəsinə bir fanatiklik hökm sürməkdədir. İnformasiyanın
əsarətində can verən
virtual bir asılılıq
fanatizmi. Narkotik, xərçəng xəstəliyi və terrorizm eyni taleyi bölüşür.
Heç
birinə tibbi və siyasi həll yolu tapılmayıb.
Mətn və internet mətn
Kağızlara köçürülən mətnlər,
xüsusilə də bədii mətnlər alternativ dünya yaratmaqda əvəzsiz idi. İnternet mətnlər, proqram
mətnlər (Word qovluğunda
olan gözəl bir şeir, hekayə, roman belə) isə daha çox
vizual hadisədir, görüntüdür. Min
illərdir ədəbiyyatın
estetik illüziya yaratmaq çabası yox olacaqmı? Əsla. Hamı sosial medianın
xaotik atmosferində yazı sənətinə
yiyələnib. Ancaq hər
kəs yazıçı
olarsa, nə hadisə, nə də hekayə qalar. Ədəbiyyatın estetik illüziyasının
bitməsi, sonu ruhun zədələnməsi
deməkdir. Axı hamı
xanım Astrida kimi ruhun zədə
almasına təəssüflənmir.
Heç
fərqində belə
deyil. Gündəlik qayğılar zövqsüzlüyə,
tarixin farslaşmasına
gətirib çıxarır.
Ədəbiyyatsız bir mühitdə
olmaq heç kimi narahat etmir.
"Necə ki,
arzu illüziyası hər tərəfdən boylanan pornoqrafiyanın içində itibdir.
İllüziya yaratmaq istəyi
də müasir sənətdə yoxa çıxıb". Pornoqrafik vəziyyət
heç nəyi və heç kəsi arzulmağa imkan vermir. Ədəbiyyatsız bir beyin və ruh da
arzulamaq həyəcanını
itirir. Bu hiperreal mənzərə qarşısında ədəbiyyatla,
sənətlə arzulama,
təsəvvür edə
bilmə duyğusunu oyatmaq mümkündür.
Astrida Qobinanın gerçək
mətnlərin - ədəbiyyatın
müzakirə edildiyi
mühitə can atmasının
yeganə səbəbi
də budur. İnsanın "əsli ilə
kopiyası arasındakı
müharibə bitənə
oxşamır". Gerçək mətnlə vizual mətn arasındakı illüziya da, estetik dava da.
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.7.