Davud Nəsibi heç vaxt unutmaram...

 

Şair Davud Nəsibi heç vaxt unutmaram. Çünki onu tanıyanda hələ çox gənc idim yaxından gördüyüm ən dəyərli şairlərdən biri idi. Odur ki, onu könül oxşayan şeirləri ilə bu gün bir daha xatırladım. Davud Nəsibi düşünərkən o vaxt, 1993-94-cü illərdə o çətin, kədərli anlarım da yadıma düşdü. Onun bizə göstərdiyi qayğını, sanki indi daha yaxşı anlamağa başladım. Qəlbi təmiz, xeyirxah bir insan idi. O qədər istiqanlıydı ki, adamın elə bil, ürəyini oxuyurdu. Vətən, yurd aşiqiydi onun övladlarını doğma balası kimi çox sevirdi... Onun nəsihətini dinləmişəm, xeyir-duasını da eşitmişəm. Gənclərə əlindən gələn köməyi göstərməyə hazır idi bunu edirdi. Hətta dostu şair Tahir Taisoğluna tapşırmışdı ki, məni işə götürsün... İllər keçdi, onun haqqında yazılar da yazdım... Müsahibələri maraqlı olurdu. Çünki boğazdan yuxarı heç danışmırdı. Oğlu əsgər getmişdi onda yadımdadır ki, buna çox sevinirdi. Onun Vətənə sevgisi səmimi idi.

 

Ürəyində Vətən varsa

Güc olacaq qollarında.

Hara getsən, hara varsan

Şam yanacaq yollarında.

 

hikmətdir, bu sirdir?

Bir nemətdir Vətən eşqi.

Qanımız da Vətən deyir,

Canımız da Vətən deyir.

 

Bir vaxtlar çalışdığı "Ədəbiyyat incəsənət" qəzetinin baş redaktoru olmuş şair Nəriman Həsənzadə, yoldaşı hörmətli Nizami Cəfərovun da müsahibələrində, xatirələrində onun səmimiyyətindən, istedadlı insanlara necə ürəklə yanaşmasından danışdıqlarının şahidi oldum... N.Cəfərov söyləyir ki, illərlə redaksiyaların qapısını döyən şairin istedadla qələmə aldığı bir şeirini işıq üzünə çıxaranda düz bir ay kef eləyirdi, kimisə sevindirəndə özü çox sevinərdi, qəlbi bununla rahat olardı... Mənim tanıdığım Davud Nəsib belə idi... O həm , başqaları üçün yaşayırdı. Buna görə vəfalı bir insandı. N.Həsənzadənin dediyi kimi, haqqı sonadak müdafiə edirdi.

 

...Bir şeir istəyirəm,

Ümman ürəkdə üzsün.

Mürəkkəbsiz, vərəqsiz

Bütün aləmi gəzsin.

Bağlanan qapılara,

Bağlanılan qollara,

Hasarlanan yollara,

Düyünlü alınlara

Bir şeir istəyirəm,

Bir şair istəyirəm...

 

D.Nəsib hələ lap uşaq ikən Böyük Vətən müharibəsində atasını itirib. bi itki ömrünün sonuna kimi onun qəlbini sızladıb, ürək dağına çevrilib. Adətən, analar "layla" deyər övladına bu, şair qələmində həzin nəğmə kimi səslənər. O isə ata laylasını arzulayıb, ata sevgisinin həsrətini çəkib həmişə...

 

Bu dərddən Davud xəstə,

Eşitsin, bilsin hamı.

Mən ölsəm, qəbrim üstə

Salın yada laylamı:

Çalın mənim mahnımı

Çalın, ata laylamı.

 

O, bu nisgil, bu məhəbbətlə qələmə aldığı şeirləri ilə poeziyamıza ata mövzusunu gətirib. 

Onun şeirlərinin nəğməli dili onlara bir çox mahnı bəstələnməsinə gətirib çıxarıb. "Ay sevənlər, tez gəlin!" adlı şeirə bəstələnmiş mahnını dinləməkdən doymursan. Mahnı xalq artisti İslam Rzayevin şirin avazında elə gözəl səslənir ki, insanın ruhunu oxşayır...

 

...Ay sevənlər, tez gəlin,

Qoymayın güllər solsun.

Ən gözəl hədiyyədir -

Arada güllər olsun...

 

Onun sevgi şeirləri elə gözəldi ki, bu incə misralarda hər kəs özünü tapa bilər...

 

Saçların çiçək kimi...

Yel vurub qönçələnib.

Saçlarına, elə bil,

Çiçək ətri ələnib.

 

Demirəm sənə gözəl,

Hər adətin yaraşır.

Sənə hər şeydən əvvəl

Məhəbbətin yaraşır.

 

"Gəl, əzizim", "Gözüm səni axtarır", "Məhəbbətin olaram", "Anaların etibarı" başqa mahnılar da D.Nəsibin sözlərinə bəstələnib.    

Yazını hazırlayanda bir ona sevindim ki, D.Nəsib demə, uşaqlar üçün şeirlər yazıb. "Sevincin kuklası","Dər, gətir", "Xəyalın dərmanı" s. belə nümunələrdəndir. 

...Belə insanlar xoşbəxt insanlardı. Onlar həyata rəng qatırlar həmişə... Onun gözü yox idi bu fani dünyada. Onun üçün ürək, sevgi, insanlıq gözəllik vardı...

Doğum günün mübarək, ruhu şad olsun unudulmaz şairimizin...

 

Mina Rəşid

 

Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.13.