Vaqif Səmədoğlunun

"yəhudi mahnısı"  

 

"Azərbaycan lirikasında yəhudi mövzusu" silsiləsindən tezislər

 

Yəhudilər Azərbaycan poeziyasının hüdudlarında vaxtdan görünməyə başlayıb?

Bəşər tarixinin ən böyük didərginlik taleyini yaramış, dünyanın dörd tərəfinə səpələnmiş bir xalqın faciəsini, görəsən, ilk dəfə hansı şairimiz «ürəyinin qatından» keçirib? Bilmirəm. Bu mövzuyla bağlı ilk ağlımıza gələn təsəvvüf şeirində yəhudi teoloji, simvolik obrazlarının mistik, enerjisidir.

Molla Pənah Vaqif öz dövrünün məşhur bir şairini Musa Kəlimullaha bənzətməsi bu mifoloji yaddaşdan gəlirdi.

Qarabağ içrə bir şair kəlimullahi-Musadır,

Cavanşir içrə bir mövzun bayati dəsti beyzadır.

Qələm qədrin əsayi-əjdaha peykərcə bilməkdə

Bəni-İsrailə ali-cavanşir, yəni həmtadır.

XIX  əsrin sonu - XX əsrin əvvəllərində Bakıda yəhudi «Rusiya imperiyasının təbəəsi» olsa da, ya yəhudi kimi, ya da tədricən rus mədəniyyətinin, rus dilinin daşıyısı kimi təsəvvür edirdi. Məhz Rusiya imperiyanda dil-ədəbiyyat, dil-mədəniyyəti konteksti onlara yəhudi olduqlarını unutdurmadı. Digər tərəfdən, onların yerli dil mədəniyyətləri ilə dialoqa girməsinə sərbəst qovuşmasına əngəl törətdi.

Yüksək tolerantlığı ilə ad qazanmış əcdadlarımız yəhudi soydaşlarımız qarşısında heç vaxt Hamlet sualınıyəhudi olmaq olmamaq) qoymadıBu, tariximizin qürurverici səhifəsidir.

Təəssüf ki, obyektiv tarixi-mədəni, ictimai-siyası səbəblər üzündən Azərbaycanda iki mənəviruhani başlanğıcıntürk-islam yəhudi düşüncəsinin «calağı» alınmadı. Praqa kimi, bir neçə dilin mədəniyyətin qovşağında olan Bakı öz Kafkasını yetişdirə bilmədi.

Tərcümə, ədəbi əlaqələr sahəsində qonşularımızla nisbətdə yəhudi əsilli rus şairlərinin bizə xeyri olmadı. XX  əsrin 30-40-cı illərində erməni gürcü poeziyasının tərcüməsinə təbliğinə birinci sıradan rus şairləri cəlb edilmişdi. B.Pasternakın T.Tabidze, P.Yaşvili, G.Leonidze başqaları ilə dostluğu hələ gürcü ziyalılarınınkulturoloji təkəbbür”obyektidir. Osip MandelştamDördüncü nəsr”ində «pişik kimi qulaq cırmaqlayan erməni nitqin»dən danışır, amma İrəvanda türkcəni eşitmirdi. Bəlkə şair «unudulmuş dili»ni xatırlayırdı? İctimai-siyasi əlaqələrin qırılmasına baxmayaraq, buədəbi-bədii mübadilə indi davam edir.

Amma köhnə Bakı məhəllələri mehribanlığı, 50-70-ci illərin beynəlmiləl, kosmopolit atmosferi Azərbaycan yəhudi lirikasını, yəni yəhudilərin yazdığı Azərbaycan poeziyasını yaratmadı. Azərbaycan türkcəsində yəhudi poeziyası intişar tapmadı. Poetik dillərin qarşılıqlı əlaqəsi baş tutmadı.

Azərbaycan sovet şairi xalqlar dostluğunun parlaq nümunəsi kimi müsbət erməni obrazını yaratmaq eşqinə düşdü. 1905 1918-ci illərin qanlı faciələrini, erməni adlı içimizdəki ilanın qara xislətini unutdu, ədəbiyyatımızda erməni fəal mifoloji obraza çevrildi. Bakının ədəbi landçaftındayəhudi vadisiisə səssiz-səmirsizuzaq, yaşıl adakimi qaldı.

Yusif Səmədoğlu «Qətl günü» romanının personajlar sistemində tatar Temir, erməni Qriqor ilə yanaşı, yəhudi həkim Berqmanın da obrazını yaradır. İsa Muğannadan fərqli olaraq, Yusif Səmədoğlu romanda Berqmana yəhudi olduğu üçün deyil, peşəkarlığına görə münasibət bildirir.

İsa Muğannanın «İdeal» romanında Yevrey obrazı yazıçının konspiroloji ideyasına xidmət etsə , yazıçı SafAğ təlimində İsa peyğəmbərə sevgi ilə «EySar» adı ilə müraciət edir.

Vaqif Səmədoğlunun poetik kosmosunda yəhudi obrazlarının fəallığı ilə diqqət çəkir. Onun yəhudi obrazları adları ilk növbədə musiqi ilə bağlıdır. Bu, şairin konservatoriya təhsili ilə, peşəkar pianoçu fəaliyyəti ilə əlaqədər ola bilir. Onun adlarını xüsusi şərəfləndirdiyi iki pianoçu var. Hər ikisinə şeir ihtaf edir: «Qoca Neyqauza» «S.Rixterə».

V.Səmədoğlu sevdiyi şairlər arasında Boris Pasternakın adını birincilər sırasında çəkir. Ümumiyyətlə, “B.Pasternak V.Səmədoğlumövzusu ayrıca tədqiqat obyekti ola bilər.

 

Ay Allah, kömək et,

kömək et, ölümdən əvvəl

çıxsın beynimdən

Füzulinin,

Pasternakın şeirləri

 

Bir xalq özünün faciəsini mahnısında, musiqisində yaşada anlada bilir.  V.Səmədoğlunun «Köhnə yəhudi mahnısı» adlı kinossenarində (1971-ci il) qoca yəhudi Azariy Mixayloviç Saraya (adlara fikir verin) əski bir mahnının notunu verir, cəbhədə, əsgərlər qarşısında oxumasını istəyir: «Da, doçenka, v lesu i zimoy. A do zimi bıl proqrom, doçenka, sladenkaya moya, a u mamoçki nikoqo, nikoqo krome menya ne bılo. A pryatalis v lesu. ne boysya, sirotka moya qolubaya, te boysya, vot koqda v lesu zavil pervıy volk, ya zaplakal. Ved Azariy Mixayloviç toqda bıl malenkim, slabenkim Zarikom, kotorıy bolşe vseqo v mire lyubil sladkie orexi. Vot ya i zaplakal. A, çto ya ne plakal, mamoçka spela mne pesnyu. Vot etu samuyu pesnyu. Mne ee notami zapisal moy dvoyorodnıy brat Dodik, pokoynıy David baron, otliçnıy muzıkant on bıl, doçenka moyaYa xoçu podarit etu pesnyu tebe, ved u tebya anqelskiy qolosoçek, ya çasto sluşayu tebya za stenoyVıuçi etu pesnyu. İ esli v Belorussiyi, v lesu, zavoet volk, spoy, moya qolubenkaya, etu pesnyu, i volk ubejit. Eto staraya evreyskaya pesnya, kotoruyu boyatsya volki. Vse volki mira…»

Vaqif Səmədoğlu üçün «yəhudi mahnısı» bir xalqın, bir insanın tale metaforasıdır. Dünya insan tragizminin metaforasıdır. «Yəhudi melodiyası» itirilmiş cənnətin nostaljisi, sönmüş ümidlər, qurumuş gözyaşları deməkdir.

Bir şeirində «yəhudi metaforaları» ilə yüklənibdir - «Vaxt hettosu», «vaxt yəhudisi» ilə özünün dözülməz psixoloji durumu arasında assoiativ əlaqə yaradır ki, bütövlükdə şeir insan ömrünün ümidsizliyi haqqında pritça kimi səslənir:

 

Gecikir qatar indi beş saat

Adamlar, sərnişin yox,

Məhbus kimi dilxor,

Dərdli, ümidsiz.

Biz indi

yolun tutduğu

vaxt yəhudisiyik.

atılmışıq,

Toplaşmışıq bir yana.

On dörd vaqonlu

vaxt hettosunda.

 

Vaqif Səmədoğlu üçün «yəhudi mahnısı» bəşər övladının yaşam faciəsinin dissonansıdırsa, həm ölüm həyat haqqında həqiqətin ifadəsi idi: Varşava hettosunda yəhudinin son nəğməsi Hz. İsanın çarmıxda son sözü eyni sirri agah edir.

 

Qoy ölümdən əvvəl

yadıma düşsün

Varşava hettosunda oxunan

mahnıların bilmədiyim sözləri

 

Vaqif Səmədoğlu ağır xəstələnmişdi, müalicəsini İsraildə davam etdirirdi. Onda düşünürdüm: görəsən, qürbətdə, klinikanın pəncərəsindən yenə o köhnə yəhudi mahnısını eşidirdimi? Ömrünün son akkordları bu mahnının sözlərini unutdura bilməzdi

 

Rüstəm Kamal

 

Ədəbiyyat qəzeti.- 2019.- 24 avqust.- S.23.