O xoş
nəfəsində axşam
mehi var,
Meh yaz
küləyindən qopubmu
görən?
Qəriblərin yuxusu
Aşiqlər yuxusunda
hər axşam yarın görər,
Qürbətdə yaşayanlar
doğma diyarın
görər.
Yuxularda
qovuşar
Yurduna-yuvasına.
Həsrətində olduğu
elinə, obasına.
Gecələr şirin olur
qəriblərin yuxusu,
Ayılmaq istəmirlər
yuxulardan çoxusu.
Çətindi yola salmaq
gələn hər günü, ayı.
İçində boğulubdu
qəriblərin harayı.
Vətənə məhəbbəti
tükənməzdi hər kəsin,
Cənnətdən də çox üstün
qərib bilər
ölkəsin.
Hər vaxt sorağındayıq
uzaqda olsaq da biz,
Vurğunluqla çırpınır
Vətənçün hey qəlbimiz.
Qismət olmur
Bölünüb saatlara,
o bölünüb aylara.
Damla-damla
verilir
xoşbəxtlik insanlara.
Verilir ki, arabir
şirinliyin dadaq
biz.
Dərdi-qəmi bir müddət
unudaq biz, ataq biz.
Verilmir tamam, bütöv,
Bəs deyincə
yeyəsən.
Xumarlanıb sevincək;
- Mən xoşbəxtəm
deyəsən...
Taleyindən sən küsüb,
üz döndərib incimə.
Qismət
olmur xoşbəxtlik
sona qədər heç kimə!
Görən
İncə dodağında səhər
şehi var,
Şeh qönçə
gül üstə qonubmu görən?
O xoş nəfəsində
axşam mehi var,
Meh yaz küləyindən qopubmu
görən?
Bənzərsən ətirli çiçəyə,
gülə,
Dilim də söz tutmur mən gəlim dilə.
Odlu baxışımdan hey gilə-gilə,
Həsrətim qəlbinə hopubmu görən?
Sənə vurğun olan Məcnunu tanı,
Nə qədər
gözləyim məqamı,
anı?
Günahkar hünərim, cürətim
hanı,
Yoxsa o qəlbimdə
donubmu görən?
Baxışın qul etdi özünə məni,
Qaldırdı göylərin üzünə
məni.
Yandırdı eşqimin közünə
məni,
Baxıb Kərəm bildi sonumu görən.
Ürək
Bu günə qədər onu
qınamadım heç
nədə,
Vəfalı olmasaydı
bəslənməzdi sinədə.
Qayğısına möhtacam,
cəfakeşdi necə
də!
Yaşadır məni hər gün:
o, gündüz də, gecə də.
Qəfəsdədir elə bil,
hey çırpınır quş
təki,
Çox
ağırdı bədəndə
onun çəkdiyi çəki.
Mənə odur sevdirən
bu dünyanı, həyatı.
Tıq-tıq döyünməyilə
xatırladır saatı.
Verilən bu ömürdə
o bir parlaq mayakdır.
Nə yaxşı ki, dayanmır,
yatmır, hər
vaxt oyaqdır.
Lazımdır insana
Yoxdursa insanda
cəsarət, hünər,
Çətindir zirvəyə onun qalxmağı.
Bu istək könüldə
arzuya dönər,
Görməzsən oraya çıxan qorxağı.
Tələsik məqsədə tez
yetmək olmur,
Aramla çıxılır
zilinə dağın.
Mübariz insanlar heç
vaxt yorulmur,
Geriyə atmazlar qorxub ayağın.
Bir çoxu dayanıb-durur ortada,
Nə yuxarı
qalxır, nə enə bilir.
Qorxur ki, başına gələ bir xata,
Nə gedir, nə geri
o
dönə bilir.
O kəs ki, zirvəyə inamla çıxır
Gördüyü əməldən çox
razı qalır.
Oradan ətrafa fərəhlə
baxır
Dünya gözlərində başqa
rəng alır.
Məni səsləyir vətən
Qürbətdə yazılan şeir
Artıq
qocalmışam mən,
indi bilmirəm nədən.
Yuxularda
hər gecə
məni səsləyir Vətən.
Günlərimi sayıram,
elə bil məhbəsdəyəm.
Ayrı
bir təmənnada,
ayrı bir həvəsdəyəm.
Narahat
hiss edirəm
getdikcə mən özümü,
İstərəm torpağına
gedib sürtəm üzümü.
İstəmirəm gizlədəm
qəlbimdəki duyğumu,
Çox
qarışıq görürəm
hər gecə mən yuxumu.
Torpağından yoğrulub
bütünlüklə bədənim.
Bəlkə məni bağrına
basmaq istər Vətənim?
Qorxuram gecikəm mən
onunla son görüşə.
Vətənin bir parçası
özgə torpağa
düşə!
İsrail,
2019
Vaqif ƏLİYEV
Ədəbiyyat qəzeti.- 2019.-
24 avqust.- S.27.