Bu ayrılıq
- iki əsrin yaşıdı,
O tay-bu
tay bu
ağrını daşıdı.
Heydərbabaya salam
Heydərbaba, yollarına çən
düşüb,
Bir ürəyim iki yerə tən düşüb,
Saçlarıma bir gecədə
dən düşüb,
Qoy çalınsın vüsalımın
nəğməsi,
Gözlə məni, gələsiyəm-gələsi.
Bu ayrılıq - iki əsrin yaşıdı,
O tay-bu tay
bu ağrını daşıdı.
Nakam Araz gözlərimin yaşıdı,
Damcı-damcı əriyibdi giləsi,
Səni görsəm siləsiyəm-siləsi.
Heydərbaba, soylarını harayla,
Dədə Qorqud boylarını
harayla,
Tonqal çatıb, toylarını
harayla...
Qoy ucalsın Ocağının
şöləsi,
Sevincimi böləsiyəm-böləsi.
Heydərbaba, gədiyində itən
iz,
Xudafərin ürəyimdən ötən
iz,
Nakam getdi Şəhriyarım vətənsiz...
Göz yaşıdı çiçəklərin
jaləsi,
Axsa qanım,
laləsiyəm-laləsi.
Heydərbaba, kədərinə qovuşdum,
Bir tarixin dərd-sərinə
qovuşdum,
Arazboyu çox dərinə qovuşdum,
Öyünməsin, çox da, düşmən tələsi...
O tay, bu tay güləsiyəm-güləsi!
Qarabağ
Havalanmır Xanın səsi
dağlardan,
Könlüm düşmür saz vaxtına, Qarabağ.
Xarı
bülbül incik düşüb bağlardan,
Çoxmu qalıb naz vaxtına, Qarabağ?
Sinəmdəki Xocalımın dağıdı,
Yağı elə həmin köhnə yağıdı.
Bu düyün də qara bəxtin bağıdı,
Açanadək döz vaxtına, Qarabağ.
Çox
sirr yatır qara yerin altında,
Yorulmadın dərdin-sərin altında,
İnildəyir xeyir-şərin altında,
Heç düşmədi yaz vaxtına, Qarabağ.
Bir de görüm beləydikmi əzəllər,
Sağaltmayır yaramızı qəzəllər...
Uzaq düşüb Murovdağdan
gözəllər,
Vüsal gəlmir düz vaxtına, Qarabağ.
Şuşam incim, tacım olsun yenə də,
Gur ocağım,
sacım olsun yenə də.
Qoy qələbəm Laçın
olsun yenə də,
Çəksin elə söz vaxtına, Qarabağ!
Qoşa düşmürük
Ay insafsız, bir az da
Tur eşqimdə
ovuldum.
Günah
görmə Arazda,
Gözlərimdə boğuldum.
Mən körpüyəm, sən
divar,
Bu eşq ötəri
belə?
Hər acıma tən də var,
Sevdim kədəri
belə.
Daşa
dəyir hər addım,
Bu sevda cuşa gəlmir.
Ha sınadım, zər atdım,
Bəxtimə qoşa gəlmir.
Sanma daha batmışam,
Gəlib təngdən keçirəm.
Bir günaha batmışam,
Yenə cəngdən keçirəm.
Mindikcə qəm atına,
Çək, göndər ahı mənə.
Çevirib üst qatına,
At hər günahı
mənə.
Payız elə payızdır
"On yeddi"yə daha çələng düzmürəm,
Aramızda hey salıbdı davanı.
Bilirsən ki, "Ayrılığ"a
dözmürəm,
Dəyişərsən "on səkkiz"də havanı.
Arxayın ol, bilirsən ki, çəkərəm
Ürəyimdə neçə-neçə ton yükü.
Dilin acı, mənsə hələ şəkərəm,
Elə bilmə,
bu sevdanın son yükü.
İşıq kimi tut üzünə
yenə də
Mənim qəlbim kağız kimi bəyazdı.
Qaranlığı qalasan da sinədə
İsinməzsən, payız elə payızdı.
Cəm elədim, bircə-bircə
təkini,
Könlümdə yaz təzə çiçək açırdı.
Bu sevgidə istəmirdim
"iki"ni,
Zəndin yenə bir fürsəti
qaçırdı.
Daraldıqca ümidlərin dalanda,
Xəzan yellər saçlarını
darayır.
Unudulub aramızda olan da,
İndi
bizi xatirələr arayır...
Çəkilirsən uzaqlara yenə sən,
Dolanırsan xəyallarda yüz yeri.
Demirəm ki, şahlığından
enəsən,
Qayıtmağa saxla bir az üz
yeri.
Axır
hələ aramızdan
gur sular,
Bu günə də
"Allah-kərim" deyərsən.
Xəbər alıb, məni
bir də sorsalar,
Kəsəsinə, yenə "ərim" deyərsən.
"On yeddi"yə daha çələng düzmürəm,
Aramızda hey salıbdı davanı.
Bilirsən ki, "ayrılığ"a
dözmürəm,
Dəyişərsən"on səkkiz"də havanı.
Qaragilə
Ötüb keçən bu
da gündü,
Bu da bir səs, bu da
ündü.
Qaranlığa hey büründü,
Ha çalışdım üzü
gülə.
Daha gecdi, qaragilə!
Günəş çıxdı, oyanmadı,
Yolum üstə
dayanmadı.
Töküb zülfün sayammadı,
Sığal çəkdim bir
də telə...
Daha gecdi, qaragilə!
Eşqi
bahar biçimdədir,
Qaranquşlar köçündədir.
Könlü hələ seçimdədir,
Bir də düşməz fürsət
ələ.
Daha gecdi, qaragilə!
Lalə,
nərgiz düzüm-düzüm,
Yollarına düzdüm özüm.
Sönməyibdi odum-közüm,
Bir gecədə
döndər külə.
Daha gecdi, qaragilə!
Yüz demədim, min demədim,
Meysiz günə
gün demədim.
Şahlığından en, demədim,
Saya-saya
gözlə hələ...
Daha gecdi, qaragilə!
Eşq oduna necə saldı,
Sinəm üstən küçə
saldı.
Ay üzünə gecə saldı,
Hara gedim indən
belə?
Daha gecdi, qaragilə!
Azərbaycan əsgəri
Şərəf olar, şan olar,
Bir ürəkdə can olar.
Can Azərbaycan olar,
Canında can əsgəri.
Azərbaycan əsgəri!
Cəngi
üstə yarışar,
Ulduzlara qarışar.
Üfüqlərdə sayrışar,
Açılanda səhəri.
Azərbaycan əsgəri!
Öyünməsin qoy yağı,
Sinəsinə çək dağı.
Göz üstə tut torpağı,
Şuşam olsun and yeri.
Azərbaycan əsgəri!
Vətən - Ana seçilməz,
Bir qarış
da kiçilməz.
"Çanaqqala keçilməz",
Qürurudu səngəri.
Azərbaycan əsgəri!
Ocaq çatıb ər Turda,
Bir nur ələ yer-yurda.
Oba burda, el burda,
Alnıaçıq, dik yeri.
Azərbaycan əsgəri!
Xəbər ver sabahlardan,
Müjdəylə açılsın dan.
Əmr edərsə komandan,
Oynadar göyü-yeri.
Azərbaycan əsgəri!
Şərəf olar, şan olar,
Bir ürəkdə can olar,
Can Azərbaycan olar,
Canında can əsgəri.
Azərbaycan əsgəri!
İlqar TÜRKOĞLU
Ədəbiyyat qəzeti.- 2019.-
24 avqust.- S.29.