Fərid Hüseynin kitabı
Serbiyada nəşr edildi
Edebiyyatqazeti.az xəbər verir ki, «Kaspi»
qəzetinin Ədəbiyyat
Əlavəsinin redaktoru,
şair Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib.
«Qəlbin tərbiyə dərsləri» adlı kitabdakı şeirləri
rus dilindən serb dilinə
tanınmış ədəbiyyatşünas,
nüfuzlu ədəbi
tənqidçi, mütərcim
Nina Smic tərcümə
edib.
Nəşrdə müəllifin 60 şeiri
yer alıb.
«CompuTech» nəşriyyatında
işıq üzü
görən kitaba F.Hüseynin şeirləri
haqqında iki məqalə daxil edilib: Məqalələrin
birini Serbiya Yazıçılar Birliyinin
sədri, tanınmış
şair Radomir Andriç, digərini isə nəşrin mütərcimi qələmə
alıb.
Ədəbiyyat qəzeti.- 2019.-
24 avqust.- S.32.