Azərbaycan
Yazıçılar Birliyi Gənclər
Şurasının sədri,
şair Fərid Hüseyn Serbiya
Yazıçılar Birliyinə üzv qəbul edilib
Azərbaycan Yazıçılar Birliyinin
Gənclər Şurasının
sədri, şair Fərid Hüseyn Serbiya Yazıçılar
Birliyinə üzv qəbul edilib.
Serbiya Yazıçılar Birliyinin bu qərarı barədə gənc şair açıqlamasında deyib: "Mən 4 dəfə Dünya Yazarlarının Belqrad görüşündə iştirak etmişəm. Bu il Belqraddakı "CompuTech" nəşriyyatında "Часови васпитань духа" - "Qəlbin tərbiyə dərsləri" - adlı şeirlər kitabım serb dilində işıq üzü gördüb. Hər iki ölkənin ədəbiyyatı qarşılıqlı şəkildə tərcümə olunur, maraqlı layihələr reallaşdıracağıq. Üzvülüyə layiq bilənlərə təşəkkür edirəm".
Ədəbiyyat qəzeti.- 2019.- 28
dekabr.- S.32.