Nizami GəncəvininXəmsə”si türk dilində oxucuların ixtiyarına verilib

 

Dekabrın 6-da Azərbaycan Milli Kitabxanasında Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 5 poemasından ibarətXəmsə”sinin (“Sirlər xəzinəsi”, “Xosrov Şirin”, “Leyli Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) türk dilində təqdimat mərasimi olub.

      Tədbirdə tanınmış elm ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Təqdimat mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Azərbaycan cəmiyyətində kitaba olan maraq getdikcə artır: “Bu il ölkəmizdə, eləcə Milli Kitabxanada kitabla bağlı bir sıra tədbirlər keçirilib. Onlardan biri bu il 6-cı dəfə təşkil olunan Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası olub. Sevindirici haldır ki, Azərbaycan kitabı tək bizim oxucular tərəfindən deyil, beynəlxalq aləmdə tanınır, müxtəlif dillərə tərcümə edilərək təqdim olunur. Bu da, təbii ki, dünyada Azərbaycan kitabına marağı artırır”.

Nazir qurumun təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin onların əsərlərinin digər ölkələrdə tanıdılması təbliği məqsədilə 2016-cı ildən etibarənAzərbaycan kitabının dünyada tanıdılmasılayihəsinin həyata keçirildiyini diqqətə çatdırıb. O, son illər Mədəniyyət Nazirliyinin Türkiyənin nəşriyyatları ilə birgə müxtəlif layihələri həyata keçirtdiyini söyləyib. Bu istiqamətdəZengin Yayıncılıknəşriyyatının fəaliyyətini yüksək qiymətləndirən nazir deyib: “Bu nəşriyyat tərəfindən son illər ölkəmizin görkəmli ədəbiyyat, elm xadimləri daxil olmaqla ümumilikdə 30 müəllifin 46 adda kitabı türk dilində çap edilib. Belə nəşrlərdən biri bu gün təqdimatı keçirilən Nizami GəncəvininXəmsə”sinin türk dilində çap olunmasıdır. Bu işlərdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Əminəm ki, Nizaminin ədəbi irsi türk oxucusu tərəfindən yenidən rəğbətlə qarşılanacaq Azərbaycan xalqının böyük mədəniyyətə malik xalq olduğu bir daha sübuta yetiriləcək”.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki qardaş ölkənin xalqlarını bir-birinə bağlayan ən möhkəm bağlardan birinin ədəbiyyat olduğunu qeyd edib. Türkiyədə klassik ədəbiyyatdan yazarkən Nizaminin, Füzulinin adını çəkməmək mümkün deyil. Biz bu şairlərin mədəniyyətimizin ən dəyərli parçaları olduğunu bilirik. Lakin Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması məqsədilə hələ çox işlər görülməlidir. 70 illik Sovet dövrü bu iki xalqı bir-birindən ayırıb. Biz biri-bizimizi daha yaxşı tanımaq, daha da yaxınlaşmaq üçün keçmişimizi dərindən öyrənməliyik”, - deyə səfir bildirib.

Böyük Azərbaycan şairi Nizaminin əsərlərinin türk dilində işıq üzü görməsini Xalq yazıçısı Elçin Əfəndiyev ədəbiyyat hadisəsi olmaqla yanaşı, böyük mədəniyyət hadisəsi adlandırıb. Nizami Gəncəvinin bütün dövrlərin müasir olduğunu söyləyən Xalq yazıçısı Nizaminin Avropada Azərbaycan şairi kimi tanınıb, oxunmasına çox sevindiyini bildirib.

Zengin Yayıncılıknəşriyyatının direktoru Sevinc Fırat vurğulayıb ki, Azərbaycanın Mədəniyyət Nazirliyi ilə qurulan əməkdaşlıq nəticəsində bu günə qədər layihə üzrə türkiyəli oxucuların diqqətinə təqdim olunan nəşrlərin üçü elmi, 23-ü bədii, 20 adda kitab isə uşaq ədəbiyyatını əhatə edir: “Nəşriyyat kitabların keyfiyyətli tərcüməsi çapı ilə yanaşı, Türkiyədə yayılması tanıtımına da geniş diqqət ayırıb. Kitablarla bağlı mətbuatda məlumatlar dərc olunub, videosüjetlər yayımlanıb. Eyni zamanda Türkiyənin ən nüfuzlu təhsil müəssisələrinin qarşısındakı reklam lövhələrində elanlar yerləşdirilib”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Nizami dühasının zənginliklərindən söz açıblar. Layihənin Azərbaycan ədəbiyyatının Türkiyə bu ölkə vasitəsilə dünyada tanıdılmasına böyük töhfə olduğunu bildiriblər. Natiqlər belə layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, bunun nəticəsində türk xarici ölkə oxucuları ədəbiyyatımız, mədəniyyətimiz haqqında dolğun məlumat alacaqlar.

Sonra Xalq yazıçıları Mövlud Süleymanlı, Afaq Məsud çıxış edərək bu nəşri Nizaminin Azərbaycan şairi kimi tanıdılması istiqamətində atılmış mühüm addım olduğunu qeyd ediblər.

Sonda şair-tərcüməçi Yurtseven Şenin kitab barədə öz fikirlərini bölüşərək hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, şair-tərcüməçi Yurtseven Şenin tərcüməsindəZengin Yayıncılıknəşriyyatı tərəfindən nəşr olunan kitabın ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanalarına, ali təhsil ocaqlarına s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.

 

Ədəbiyyat qəzeti.- 2019.- 7 dekabr. S. 2.