Kamal Abdulla – 69: yalnız faktlar

 

 

Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev)

Azərbaycan alimi, ictimai xadimi, Xalq yazıçısı. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri.

Bakı Slavyan Universitetinin ilk rektoru (2000-2014), Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi (2011-2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri (2014-2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin və Ural Federal Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür.   Sofiya Universitetinin ali mükafatı – “HONORARY BLUE RIBBON INSIGNIA” (“MAVİ LENT FƏXRİ NİŞANI”) laureatı, AMEA-nın “Türkologiya” (“Sovetskaya Türkologiya”) jurnalının baş redaktoru (2016-cı ildən).

 Elmi maraq dairəsi – dilçilik, ədəbiyyat, türkologiya, mədəniyyətşünaslıq.

4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub.  Atası müəllim, anası həkim olub.

 1968-ci ildə  Bakıda 190 saylı orta məktəbi bitirib.

1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

1973-1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub.

1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib.

1977-1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun “Türk dillərinin müqayisəli tədqiqi” şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

1983-cü ildən başlayaraq Azərbaycan televiziyasında “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı.

1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib.

1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri.

1988-1990-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-ci ildən Fondun İdarə Heyətinin sədri.

1990-cı ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun “Ümumi və rus dilçiliyi” kafedrasının müdiri seçilib. 1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri.

1994-1995-ci illərdə Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin “Türk dili və ədəbiyyatı” bölümündə dəvətli professor olaraq fəaliyyət göstərib.

2000-ci ilin may ayında M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib.

2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin fevral ayına qədər rektor kimi fəaliyyət göstərib. Məhz bu dövrdə Bakı Slavyan Universiteti həm ölkə, həm də beynəlxalq səviyyədə böyük nüfuz qazanmış və təqdir edilmişdir.

2011-2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin akademik-katibi vəzifəsində çalışıb.

2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilmişdir. 28 noyabr 2014-cü il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının ilk iclasında bu  qurumun Himayəçilik Şurasının sədri seçilib.

17 fevral 2016-ñı ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə AMEA-nın “Türkologiya” jurnalının baş redaktoru təyin edilib.

2017-ci ildən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dillər Universitetinə rektor vəzifəsinə təyin edilib.

ABŞ (Kolumbiya Universiteti, Harriman institutu), Fransa (İnalko və Strasburq Universitetləri), Almaniya (Mayns Universiteti), Rusiya (Moskva Dövlət Linqvistik Universiteti, Pedaqoji Universitet, Ural Federal Universiteti, REA Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti), Polşa (Varşava Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti), İtaliya (Salesian Vatikan Universiteti) və başqa ölkə universitetlərində mühazirələrlə çıxış etmiş, bir sıra beynəlxalq simpozium, konfrans və kollokviumların (Gürcüstan, Rusiya, Fransa, Almaniya, İngiltərə, İsveç, Yunanıstan, İtaliya və başqa ölkələrdə) təşkilatçısı və iştirakçısı olub.

Dilçiliyə dair “Ïðîáëåìû ñèíòàêñèñà ïðîñòîãî ïðåäëîæåíèÿ â àçåðáàéäæàíñêîì ÿçûêå” (Áàêó, Ýëì, 1983), “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” (Bakı, Maarif, 1999 və təkrar nəşri – Bakı, “Maarif”, 2016), “Azərbaycanda rus dili” (İlyas Həmidovla birgə) (Bakı, 2005), “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik” (Bakı, 2010), “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” (dilçi alimlər ilə birlikdə) (Bakı, 2012), “Azərbaycanca danışaq” (Paris 2008; Buxarest 2010; Budapeşt 2011; Abu-Dabi 2012) kimi kitabları var.

Ədəbiyyatşünaslıq, tənqid və esseistikaya dair “Müəllif – əsər – oxucu” ( Bakı, Yazıçı, 1985), “Əvvəl – axır yazılanlar”( Bakı, Yazıçı, 1990), “Yolun əvvəli və axırı” (Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1993), “300 azərbaycanlı” (Bakı, Mütərcim, 2007),  «Düma ilə Coys arasında» (Bakı, Mütərcim, 2016) kitablarında dünya və Azərbaycan ədəbiyyatının və mədəniyyətinin problematik aspektlərindən bəhs edilir,  qədim və müasir ədəbi prosesin görünməyən tərəfləri işıqlandırılır.

Qorqudşünaslığa dair “Gizli Dədə Qorqud” (Bakı, Yazıçı, 1991), “Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2” (Bakı, Elm, 1999), «Òàéíûé Äåäå Êîðêóò» (Bakı, Mütərcim, 2006), “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” (Bakı, Mütərcim, 2009), “Kitabi-dədə Qorqud” dastanının poetikasına giriş” (Bakı, 2017), «Ââåäåíèå â ïîýòèêó «Êèòàáè-Äåäå Êîðêóä» (Ìîñêâà, Õóäîæåñòâåííàÿ ëèòåðàòóðà, 2018) adlı kitablar yazıb nəşr etdirmişdir.

“Gizli Dede Korkut” kitabı Bursada (Bursa, Ekin Basınevi, 1995), İstanbulda (İstanbul, Ötükən Basınevi, 1995) və “Mitten yazıya ve ya Gizli Dede Korkut” kitabı İstanbulda (İstanbul, Ötüken Basınevi, 2013) türk dilinə çevrilərək çap olunub. “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar nəğməsi” adlı müqaisəli elmi araşdırmalar proyektinin əsas müəlliflərindən (prof. Z.Hartman və prof. H.Buşhotenlə bir yerdə) və 10 il ərzində bu istiqamətdə alman alimləri ilə bir yerdə həyata keçirilən konfrans, dəyirmi masa və nəşrlərin təşkilatçılarından biridir.

Ədəbiyyat və poetika məsələlərinə həsr edilmiş “Ëåêöèè â Áàêèíñêîì ñëàâÿíñêîì óíèâåðñèòåòå” (Áàêó, Ìóòàðäæèì, 2003) (“Bakı Slavyan Universitetində mühazirələr”) adlı kitabı (akad. A.Mirzəcanzadə ilə birlikdə) ədəbiyyat və poetika məsələlərinə həsr edilib.

2015-ci  ildə “ADA” Universitetdə “Azərbaycanşünaslıq” fənnini tədris etmişdir. 

2015-ci ildə (prof. E.Nəcəfov ilə həmmüəlliflikdə) “Multikulturalizm” fənni üzrə “Multikulturalizmə giriş” (Bakalavr səviyyəsi üçün) və “Azərbaycan multikulturalizmi” (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlamışdır. “Azərbaycan multikulturalizmi” adlı ali məktəblər üçün dərsliyin elmi redaktoru (prof. E.Ə.Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir.

Bakı Slavyan Universitetində işıq üzü görən “Filoloqun kitabxanası – 100” (2005); “Dünya nəsri” (2008) proyeklərinin ideya müəllifi və təşkilatçısı olub.

Azərbaycanda ilk dəfə hazırlanmış Azərbaycan Tərcümə Ensiklopediyasının (Bakı, 2018-ci il) ideya müəllifi və baş redaktoru.

300-ə yaxın elmi və publisistik məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.

Kamal Abdullanın bədii əsərləri – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.

Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox…”, «Sirlərin sərgüzəşti», “Tarixsiz gündəlik” romanlarının, şeirlər, esselər və hekayələr toplularının müəllifidir.  Onun dram əsərlərindən ibarət  Azərbaycan, rus, türk dillərində bir neçə kitabı — “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Bir, iki, bizimki!” (Bakı, Mütərcim, 2003), “Casus” (Bakı, Mütərcim, 2004), “Ruh” (Ankara, 2006), “Âñå ìîè ïå÷àëè”(Âàêó-Ìóòàðäæèì-2009)  nəşr olunmuşdur:

Rus poeziyasının gümüş dövrü şairlərindən etdiyi tərcümələr “Gümüş dövrün sirləri” adlı tərcümə kitabçasında yer alıb (Bakı, Mütərcim, 2001). “Qəribədi, deyilmi?!” (Bakı, BDU-nun mətbəəsi, 1998), “Nar çiçəkləri” (Bakı, Mütərcim, 2014) kitablarında müəllifin orijinal şeirləri cəmlənib.

“Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002) adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri, pyesləri toplanıb.

Dədə Qorqud və Şah İsmayıl dövrlərindən bəhs edən “Yarımçıq əlyazma” romanı Bakıda ilk dəfə 2004-cü ildə çap edilib. Roman Azərbaycanda 2013-cü ildə təkrar nəşr edilib. Bundan sonra “Le Manuscrıt inachevé” adı ilə Fransada (Paris, L’Harmattan, 2005, təkrar nəşr: 2013), “Eksik El Yazması” adı ilə Türkiyədə (İstambul, Ötüken, 2006, təkrar nəşr: 2014), Rusiyada “Íåïîëíàÿ ðóêîïèñü” adı ilə (Moskva, Xroniker, 2006, təkrar nəşr: “Ðîìàíû” kitabında, Moskva, Xudojestvennaya literatura, 2013, «Ïîä ñåíüþ Êàðàãà÷à», Moskva, Xudojestvennaya literatura, 2016), Braziliyada “O Manuscrito İnacabado” adı ilə (João Pessoa, İdeia, 2009), Polşada “Zagadkowy Rękopis” adı ilə (Torun, 2009), Misirdə “رلمخطوط المبتو” adı ilə (Qahirə, 2012), Amerikada “The Incomplete Manuscript” adı ilə (Huyston, 2013), Qazaxstanda “Òîëûê åìåñ êîëæàçáà” adı ilə (Astana, 2013), Avstriyada «Das unvollständige manuscript» adı ilə (Viana, 2013), Qırğızıstanda «Òîëóê åìåñ êîëæàçìà» adı ilə (Bişkek, 2014), İtaliyada “İl Manoscritto İncompleto” adı ilə (Roma, 2014; Roma, 2015), Monteneqroda “Nepotpuni rukopis” adı ilə (Podgorica, 2015),  Yaponiyada 欠落ある写本 adı ilə  (Suseyşa, 2017) çap edilib.

Sufi dərvişlərin həyatından bəhs edən “Sehrbazlar dərəsi” romanı Bakıda 2006-cı ildə (ikinci nəşr: Bakı, “Qanun”, 2018), “Büyücüler deresi” adı ilə Türkiyədə 2007-ci ildə (təkrar nəşr: İstanbul, 2010), “Äîëèíà Êóäåñíèêîâ”  adı ilə Rusiyada 2010-cu ildə (təkrar nəşr: “Ðîìàíû” kitabında, Moskva, Xudojestvennaya literatura, 2013, «Ïîä ñåíüþ Êàðàãà÷à», Moskva, Xudojestvennaya literatura, 2016), «Stebukladarių slėnis» adı ilə Litvada 2013-cü ildə, «Ñèêûðøûëàð àíãàðû» adı ilə Qazaxstanda 2013-cü ildə, «La vallée des magiciens» adı ilə Fransada 2013-cü ildə, «魔術師の谷» adı ilə Yaponiyada 2013-cü ildə, İranda 2014-cü ildə, «Valley of the sorcerers» adı ilə Amerika Birləşmiş Ştatlarında  2015-ci ildə, “La valle dei maghi” adı ilə İtaliyada “Sandro Teti Editore” nəşriyyatında 2016-cı ildə, «Cămpia Vrăjitorilor» adı ilə Rumıniyada «Princeps Multimedia» nəşriyyatında 2019-cu ildə çap olunub.

Kamal Abdullanın “Unutmağa kimsə yox…” romanı 2011-ci ildə Bakıda (ikinci nəşr: Bakı, “Qanun”, 2018) çap edilmişdir.  Roman «È íåêîãî çàáûòü…» adı ilə 2015-ci ildə Bakıda, “Qanun” nəşriyyatında rus dilində,  2016-cı ildə «Ïîä ñåíüþ Êàðàãà÷à» kitabında, Moskvada, «Xudojestvennaya literatura» nəşriyyatında çap edilmişdir.

Müəllifin öz məktəb həyatından bəhs edən “Tarixsiz gündəlik” povesti 2005-ci ildə Bakıda çap edilmişdir. 2007-ci ildə povest «Îòêðûâàÿ äðóã äðóãà» adlı topluda “Äíåâíèê ñ çàìåòêàìè íà ïîëÿõ” adı ilə rus dilində çap edilmişdir.  “Tarixsiz gündəlik» povesti 2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə «Əsərlər toplusu» adlı kitabda dərc edilib. Həmçinin 2007-ci ildə povest “Åäèí êúì äðóã” adlı topluda “Äíåâíèê ñ áåëåæêè â ïîëåòàòà” adı ilə bolqar dilində çap edilmişdir.

Moskvada «Ãîñïîäèí äîðîãè» adlı şeirlər və pyeslər toplusu nəşr edilmişdir (Ìîñêâà, Ðèô Ðîé, 2004).

2009-cu ildə “Hekayələr”(Bakı, Mütərcim) kitabı çapdan çıxmışdır. 2012-ci ildə “Labirint” adlı hekayələr kitabı çap olunmuşdur. 2014-cü ildə “Sirri-zəmanə» adlı  hekayələr toplusu çap olunmuşdur.  2014-cü ildə Moskvada son illər qələmə aldığı hekayələri toplanmış «Ïëàòîí, êàæåòñÿ, çàáîëåë…», 2017-ci ildə “Edam vaxtını dəyişmək olmaz” hekayələr kitabı, «Platon se izgleda razboleo…» hekayələr toplusu Serbiyada  Belqrad, Verzal. D.o.o nəşriyyatında 2018-ci ildə çap olunmuşdur.

Azərbaycanda onun haqqında “Kədərin sirri” (müəllifi Elçin Səlcuq), “Kamal Abdulla: seçimin morfologiyası” (müəllifi prof. Asif Hacılı), “Kamal Abdulla: Yazıdan mifə” (müəllifi Rüstəm Kamal), Türkiyədə “Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində” (müəllifi Mehman Musaoğlu), Rumıniyada « Êàìàë Àáäóëëà: Ôèëîñîôèÿ ïîëíîòû» (müəllifi Lyudmila Bejenaru), İranda «Sehrbazlar dərəsi. İç-içə sirlər dünyası» (müəllifi Araz Abbasəli Əhmədoğlu) və «Yarımçıq əlyazma. Şahəsərin Şahəsəri» (müəllifi Araz Abbasəli Əhmədoğlu) adlı kitablar çap olunub. Rusiya, Türkiyə, ABŞ, Fransa, İtaliya,  Braziliya, Polşa, Litva, Rumıniya, Qazaxstan, Qırğızıstanda və başqa ölkələrdə onun elmi və bədii yaradıcılığına həsr edilmiş məqalələr çap edilib.

1999-cu ilin dekabr ayında Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan «Kitabi-Dədə Qorqud» dastanının tədqiqindəki xidmətlərinə görə ona Ölkə Prezidenti Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının əməkdar elm xadimi” adı verilmişdir.

2007-ci ildə Rusiya Federasiyasının Puşkin medalı;

2007-ci ildə Azərbaycanda Humay mükafatı;

2007-ci ildə 525-ci qəzetin “İlin romanı” adlı mükafatı;

 2007-ci ildə Monitorinq qrupunun “İlin ədəbiyyat adamı”;

2009-cu ildə Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə “Karl Kramej” medalı;

2009-cu ildə Polşa Respublikası prezidenti Lex Kaçinski tərəfindən təqdim edilən “Böyük Xaç” kavaler ordeni;

2009-cu ildə Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomu;

2010-cu ildə Dədə Qorqud Milli Fondunun “Dədə Qorqud Milli Mükafatı” “Azərbaycan dünyası” beynəlxalq jurnalının "Vətən övladı" qızıl medalı;

2010-cu ildə III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində “Yarımçıq əlyazma” romanına görə “Son 10 ilin ədəbi əsəri” mükafatı;

21 may 2015-ci ildə İranın Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresində “Elmi fəaliyyətə görə” ən yüksək mükafat;

21 sentyabr 2015-ci ildə “Yarımçıq əlyazma” romanı İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizi;

3 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni;

23 mart 2016-cı ildə Rusiyanın məşhur “Õódîjåstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib…” (“Plàton, êàjåtsya, zàbolel…”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan yüksək mükafata — “Qızıl Delviq”ə layiq görülüb;

2017-ci ildə Şərqi Avropada ilin ən bacarıqlı şəxslərini seçən Regional Agentlik və onun nəşr etdiyi "Euromanager" jurnalı tərəfindən "Müasir dünyanın dini, irqi və etnik ayrı-seçkilik kimi problemlərindən əziyyət çəkən Avropa regionunda multikulturalizm ənənələrinin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə" mükafatı.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə  Xalq yazıçısı” fəxri adına layiq görülüb.

Kamal Abdulla “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusunda qalib olub.

15 mart 2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019) ilə bağlı yubiley medalı;

10 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

19 iyul 2019-cu ildə Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Sərəncamı ilə “Azərbaycan diplomatik xidmət orqanları – 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

13 sentyabr 2019-cu ildə Macarıstan Prezidentini Yanoş Aderin tərəfindən  Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə “Zabit Xaçı” ali xidmət ordeni ilə təltif olunub.

Kamal Abdulla həmçinin Azərbaycan dilinin, mədəniyyətinin və multikulturalizminin Avropa və Amerika, Yaxın və Uzaq Şərq ölkə universitetlərində təbliği ilə bağlı geniş fəaliyyət göstərmiş, Azərbaycan həqiqətlərinin bu yolla da beynəlxalq içtimaiyyətin diqqətinə çatdırılmasında real işlər görmüşdür. Onun bilavasitə təşkilatçılığı və iştirakı ilə Azərbaycan dili və mədəniyyəti, multikulturalizm fənləri bu gün də Rusiya, Gürcüstan, Almaniya, İtaliya, Braziliya, Argentina, Uruqvay, İndoneziya və başqa ölkələrin universitetlərində uğurla tədris edilir.

Sonda demək istərdik ki, oxucunun diqqətinə təqdim edilən bu faktları daha çox “seçilmiş faktlar” adlandıra bilərdik.

 

 

Tərtib etdilər:

Cavid Zeynallı

Elçin İbrahimov,

Sərraf Balaxan,

Kəramət Böyükçöl.

Ədəbiyyat qəzeti.- 2019.- 7 dekabr. S. 12-13.