Göylərdən
gələn Kitabı, Oxu, göylərin eşqinə.
Göylərin eşqinə
İtirsək
borcu, hesabı,
Ruh çəkəcək bu əzabı.
Göylərdən
gələn Kitabı,
Oxu, göylərin eşqinə.
Nurlandıraq
qəlbimizi,
Qoy tox
olsun qəlbin gözü,
Yaradıbdır
Tanrı bizi,
Axı, göylərin eşqinə.
Mənəviyyat
bilsək nədir,
Rahat olar
qəlb məbədi, -
Tutanda
bizi əbədi
Yuxu, göylərin eşqinə.
Yaxşılıq
et savab qazan,
Allaha
yaxın olasan,
Bu
ömrü sanır imtahan,
Çoxu göylərin eşqinə.
Anamsız
Dünya
işığına həsrətdi anam,
Dünyanın işığı söndü
anamsız.
Nə qədər
sağ idi qoymadı sınam,
Qəddim də, qəlbim də sındı anamsız.
Həm
sevincim idi, həm qəmim idi,
Könlümə yeganə həmdəmim idi.
Mənim
kəhkəşanım, aləmim idi,
Gen
dünya zindana döndü anamsız.
Ümid
qaynağımdı, mehribanımdı,
Sevgisi,
qayğısı can dərmanımdı,
Dərdimi
açdığım tək ünvanımdı,
Yanar ürəyim də dondu anamsız.
Darıxa-darıxa
ağlayır içim,
Bu qərib
dünyadan hayana köçüm,
Azmışam,
tənhayam necə yol seçim,
Yollarım dumandır, çəndir anamsız.
Bu
ölüm həyatı gözümdən saldı,
Analı
dünyamı əlimdən aldı,
Burda
yaşamağa səbəbmi qaldı,
Göylər də başıma endi anamsız.
Varmı?
Bütün
ölümlər vaxtsızdır,
Ölümün xoş vaxtı varmı?
Hər
könülü oxşamağa,
Dünyanın boş vaxtı varmı?
İnsan mələkmi, bəşərmi?
Bir dənlə nurdan düşərmi?
Hər daş atan bəxtəvərmi?
Heç ömrün daş vaxtı varmı?
Bu ömür kimə yarıyıb?
Bədəndə
ruhu qarıyıb,
Deyirlər
bəxti quruyub,
Bu bəxtin yaş vaxtı varmı?
Könlümcə
qurmadım ömrü,
Mənzilə
vurmadım ömrü,
Gəlincə
Allahın əmri,
Əcəlin çaş vaxtı varmı?
Düşürəm
Ay baş
alıb gedən ömür,
Saxla, özümdən düşürəm.
Yaşadıqca,
damla-damla,
Axıb
gözümdən düşürəm
Fayda verməz
qurumuş arx,
Ömür
dönməz dönsə də çarx,
Külə
dönür bu gur ocaq,
İsti közümdən düşürəm.
Aliyəm
düzlər içində,
İzim
var izlər içində,
Ucaldım
sözlər içində,
İndi sözümdən düşürəm.
İncidir
bu cəbr məni,
Ovundurub səbr
məni,
Qorxutmayır
qəbir məni, -
Amma dözümdən düşürəm.
Könlümə
Eşqlə
dolu baxışları,
Şəhla-şəhla düz könlümə.
Hər kəlməni
bir mey kimi,
Məlahətlə süz könlümə.
Həsrət
verər ömrü bada,
Su
çiləmə yanar oda,
Sevgin dərya,
könlüm ada,
Qəvvas kimi üz könlümə.
Ümidlərim
səndə qalıb,
Sevgin ilə
içim dolub,
Ürəyindən
yollar salıb,
Hər qoyduğun iz könlümə.
Daha məni
Dünya malı sevindirməz,
Bu yaşımda daha məni.
Ömür
yeyib sevincimi,
Öyrəşdirib aha məni.
Dadansa
yalan dilimə,
Savab
düşməz əməlimə,
Ucuz
alıb, əcəlimə,
Həyat satdı baha məni.
Ötənləri
qəlb özləyir,
Hər
bir anı əzizləyir,
Qarşıdasa
nəqd gözləyir
Bir məzarlıq kaha məni.
Bu dünya
Bir ucu
gözümdür, bir ucu qəlbim,
Görümdən duyuma yoldur bu dünya.
Mən də
bu yolları yurd bilib gəldim,
Bircə addımımla doldu bu dünya.
Gücünü
göstərib özünü öydü,
Cığal
uşaq kimi qəlbimə dəydi,
Boynumdan
asılıb qəddimi əydi,
Sandım ki bir sınıq qoldur bu dünya.
Qoymadı
könlümcə qurum ömrümü,
Yaşaya-yaşaya
yorum ömrümü,
Bu nakam
ömrümü, yarım ömrümü,
Sığallayıb
girov aldı bu dünya.
Qıcırtdı
nəfsini ömrə dişbədiş,
Dərdi
yetişməmiş, yedi bişməmiş,
Söz-sözə
gəlməmiş, məqam düşməmiş,
Pöhrə ümidləri yoldu bu dünya.
Giley
Müzəffərin qəbahətidir,
Sevgi qəlbimizin
bəsirətidir,
Kainat
Tanrının öz surətidir,
Müdrik çöhrəsində xaldır bu dünya.
Çəkir məni
Bir vaxt xəyalımı
göylər çəkirdi,
İndi var gücüylə yer çəkir məni.
Doğuş
da, həyat da, ölüm də sirdir,
Aşikar görünən sirr çəkir məni.
Dünya
düşüncəmə, duyğuma sindi,
Çəkdim
qayğıları könlüm isindi,
Bir zaman təklikdən
qorxardım, indi
Cəmlərdən qaçıram Bir çəkir məni.
Yaşamaq
eşqi də düşüb həvəsdən,
Nicat
gözləyirəm bir son nəfəsdən,
Bir
gün çıxacaqdır ruhum qəfəsdən,
Həyat zindanından hür çəkir məni.
Bu
dünya zülmətmiş, boğulur gözüm,
Bəsirət
gözüdür xilaskar, çözüm,
Səbrim
bələdçimdir, bir az da
dözüm,
Əbədi, müqəddəs nur çəkir məni.
Müzəffər
MƏZAHİM
Ədəbiyyat qəzeti.-
2019.- 7 dekabr. S. 30.