Azərbaycan
yazıçısı ABŞ-ın nüfuzlu
mükafatını aldı
Yazıçı
Kənan Hacı ABŞ-ın "Mundus Artium Press” adlı təşkilatın
"İlin kitab icmalı üzrə ən yaxşı
yazı” nominasiyasının qalibi mükafatını
qazanıb.
Kənan
Hacı bu mükafatı tanınmış amerikalı
şairin kitabı haqda yazısına görə
aldığını deyib:
"Alban
əsilli Amerikan şairi və ədəbi tənqidçisi
Gjeke Marinajın "Eşq” seriyasından dərc olunmuş
"Sevginin 24 saatı” şeirlər kitabı haqqında
yazım bu ilin fevral ayında "Kaspi" qəzetində dərc
olunmuşdu. Müəllif Amerikadan mənə yazıb təşəkkür
etdi və bildirdi ki, bu yazı ingilis və italiyan dillərinə
də tərcümə olunub,orada çox
bəyənilib, ədəbi dərgilərdə çap
olunub.
Gjeke Marinaj Texas Universitetində çalışır. Professordur.
Bu gün isə mənə yazdı ki, sizi təbrik edirəm!
İlin kitab icmalı üzrə ən
yaxşı yazı nominasiyasının qalibi sizsiniz. Mən də çox sevindim. Açığı,
mənim üçün gözlənilməz bir şey
oldu".
Ədəbiyyat qəzeti.-
2019.- 7 dekabr. S. 32.