Cəfər Cabbarlı – 120

 

"Ədəbiyyat söhbətləri"- Əyyub Qiyasın təqdimatında

 

"Azərbaycanfilm" Kinostudiyasının həyətində niyə məhz onun heykəli qoyulub? Axı onun kinoya dəxli var? - bir vaxtlar bu sual məni xeyli düşündürdü cavab tapdıqca onun həm qədər böyük kino xadimi olduğunu anladım...

Kinoşünas, kino tariximizin yorulmaz tədqiqatçısı Aydın Kazımzadənin "Azərbaycan kinematoqrafçıları" kitabında axtardığım sualların cavabını tapdım: C.Cabbarlının milli kinomuzun inkişafındakı danılmaz xidmətləri, yeni yaranmaqda olan kinoya münasibəti, milli kino kadrlarının hazırlanmasında rolu onun qədər hərtərəfli şəxsiyyət olduğunu sübut edir.

Cəmi 35 il sürən qısa ömür geridə qalan işlərin rəngarəng coğrafiyası: dramaturq, şair, nasir, jurnalist kino xadimi... Bu insan, sanki dünyanı, sevdiyi işləri yarıda qoyacağını bildiyi üçün hər zaman tələsib, lakin bu tələskənlikdə pozuqluq, qarışıqlıq yoxdur, bu, son dərəcə nizamlı, düşünülmüş planlı tələskənlikdir. O, gecələr işdən yorğun qayıdıb masa arxasına keçərək milli dramaturgiyamızın ən dəyərli nümunələrini yaradarkən, gündüzlər "Kommunist" qəzeti redaksiyasının incəsənət şöbəsinə rəhbərlik edərkən, işdən-gücdən sıyrılıb yeni yaranmış kinofabrikdə çəkilişlərə baxarkən dünyaya öz istedadının prizmasından nəzər salırdı məhz bu səbəbdən milli kino qısa vaxtdan sonra onun varlığı ilə barışmalı oldu.

Həmin dövrdə kinoda milli kadrlar, demək olar, yox dərəcəsində idi azlıqda olan bir neçə nəfər erməni kinematoqrafçılarının təqib təzyiqinə məruz qalırdı. C.Cabbarlı Azərbaycan kinosunu bütünlüklə milliləşdirmək istəyir, bunun üçün ilk növbədə ssenaristlərin, kinorejissorların, operatorların aktyorların məhz azərbaycanlılar arasından seçilib yetişdirilməsinə çalışırdı. C.Cabbarlının istedad diapazonu çox geniş idi böyük sənətkarın dramaturgiyasına qısqananlar onu teatrdan uzaqlaşdırmağa çalışırdılar. "Yuxarılara" axışan məktublarda: " qədər Cəfər teatrdadır teatr üçün yazır biz ora pyes verməyəcəyik", - ultimatumları gənc dramaturqun dünyasını alt-üst edirdi, lakin özündə təpər tapan Cabbarlı: "Əgər bu doğrudan da belədirsə, o zaman mən teatrı təcili tərk etməliyəm", - deyir, başqa yerlərdə işləyə biləcəyini söyləyirdi.

Operaya münasibət dəyişmişdi bu boşluğu aradan qaldırmaq üçün Cəfər iki liberetto yazmışdı. "Azərkino"da işlərin sükunətlə keçdiyini öyrənmiş, düşünülmüş maneələrin yarandığını dərk etmiş bu sahəyə əlindən gələn köməyi etməyə çalışmışdı. O, intellektual adam idi: kinorejissorun fəaliyyətini kənardan müşahidə edir, onun mizan quruculuğuna fikir verir, öz üzərində işləyərək, bu peşənin sirlərini mənimsəyirdi. Məhz bu bacarığı sayəsində özünü həm ssenarist, həm rejissor kimi sınamışdı.

O, dostları ilə birlikdə kinofabrikdə yaradılmış aktyor kurslarına yazılmağa gedirdi, dəqiq bilirdi ki, onu qəbul etməyəcəklər, lakin onu da dəqiq bilirdi ki, heç olmasa onunla gələn iki nəfəri bu kursa yazacaqlar bu, milli kino aktyorluğu məktəbinin əsasını qoya bilər. İlk peşəkar kinorejissorlarımızdan biri sayılan Mikayıl Mikayılovun kinoya gəlişinin səbəbkarı məhz C.Cabbarlı olmuşdu onun sənət yolu birbaşa həmin aktyor kursundan keçmişdi.

C.Cabbarlı kinodakı problemlərlə bağlı "Kinoçu" təxəllüsü ilə məqalələr yazır, vaxtaşırı mətbuatda çıxışlar edirdi. Kinoşünas A.Kazımzadənin Respublika Əlyazmalar İnstitutunun arxivindən tapdığı həmin məqalələrdə C.Cabbarlının kino işinə yanğı ilə münasibət göstərməsi, peşəkar kino tənqidçisi kimi kinomuzun zəif yerlərinə saldığı işıq maraq doğurur.

O, ilk milli kinossenarist kimi qiymətli şəxsiyyətdir. "Hacı Qara" (Sona), "Almaz" "Sevil"in ssenariləri son dərəcə dəyərli işlərdir. Cabbarlı "Hacı Qara"nın ssenarisi üzərində işləyərkən M.F.Axundzadənin eyniadlı komediyasını kinoya uyğun şəkildə yenidən işləmiş, bir sıra dəyişikliklər etmişdi. Bu dəyişikliklər əlavələr pyesin bədii dəyərini daha da artırmış, filmi daha da maraqlı etmişdi.

C.Cabbarlı cəhalət nadanlıq içində çapalayan, qəflətdən oyanmaq istəməyən xalqı üçün yorulmadan çalışırdı. "Almaz" "Sevil" filmlərinin çəkilişi üçün lazım olan aktyorların tapılması, dekorasiyaların qurulması, naturanın seçilməsi hətta bəzi rekvizitlərin hazırlanmasında köməyini əsirgəməmişdi. Onun bu cür yorulmaz fəaliyyəti erməni Amo Beknazarovun gözündən yayınmırdı. O, xatirələrində: "...Etiraf etməliyəm, "Sevil"in elə bir kadrı yoxdur ki, C.Cabbarlı orada mənimlə birgə işləməsin. C.Cabbarlının kino sahəsində az işləməsinə baxmayaraq, bir sıra kinematoqrafik hökmlər verməsi məni doğrudan da heyran edirdi", - yazırdı.

Azərbaycanın ilk qadın aktrisalarının kinoya cəlb edilməsinin səbəbkarı C.Cabbarlı olub. "Sevil" filminin çəkilişi üçün baş rola dəvət alan Cənnət xanımın (Gülüş) İzzət xanımın (Sevil) simasında o, milli kinomuzun qadın simalarını kəşf etmişdi.

Dövrünün bütün kino ictimaiyyəti elə hesab edirdi ki, gənc C.Cabbarlı yaxın zamanlarda Azərbaycan kinorejissorluq məktəbinin ən istedadlı simalarından birinə çevriləcək. Buna onun yaradıcılığının bütün çalarları imkan verirdi məhz buna görə çəkilişlərinə hazırlaşdığı "Almaz" filminin rejissorluğunu öz üzərinə götürmüşdü. Hətta rol bölgüsü etdiyindən M.A.Əliyev, İ.Hidayətzadə, Ə.Hüseynzadə, Ə.Məmmədova baş rol ifaçısı İzzət Orucova çəkilişlərə hazırlaşırdı...

1934-cü ilin son səhəri bu böyük insanın istedadlı sənətkarın üzünə açılmadı. 31 dekabrda qəfil amansız ölüm 35 yaşlı sənətkarın yaradıcılıq eşqi yaratmaq arzusu, xalqı üçün mədəni irs qoymaq duyğuları ilə döyünən ürəyini susdurdu. Onun ölümü bütün Azərbaycan xalqını, kino teatr ictimaiyyətini, "Almaz" filminin bütün yaradıcı heyətini sarsıtdı.

1935-ci il "Bakinskiy raboçiy" qəzeti öz Yeni il sayını dahi sənətkarın ölüm xəbəri ilə yayımladı. "Dramaturq-ssenarist-rejissor" məqaləsində yazılmışdı: "Sovet teatrına kinosuna, Azərbaycan incəsənətinə ağır itki üz vermişdir, onlar C.Cabbarlının simasında böyük dramaturq, istedadlı ssenariçi rejissoru itirmişlər. Cabbarlı yoxdur, sovet dramaturgiyasının kinematoqrafiyasının məhsuldar, qızğın mübarizi yoxdur. Lakin vaxtsız qırılmış ömrü ərzində o, bizimçün böyük zəngin bədii irs qoyub getmişdir...".

Bu fkirlər həmin zamanın içində olan insanlara aid idi Cabbarlının yoxluğundan ölümsüzlüyə keçən vaxtın kölgəsində qalan 85 il ərzində dəyişməz olaraq qalır. Bəzən yaşayıb qalaq-qalaq kitablar yazan, ölümü ilə bir anda unudulanları düşünür qısa ömrü ilə əbədiyyət qazanmış imzaları xatırlayıram, ağlımda bir fikir dolaşır: "Ölməzlər ölməzlər!".

 

Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2019.- 14 dekabr.- S.9.